Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:35

Cəmiyyət

Sürücülərə benzin «atırlar»

Gəncə şəhərində təxminən 30-a yaxın qaz və neft yanacaqdoldurma məntəqəsi var
Şriftin ölçüsünü dəyiş - +
Gəncə şəhərində avtomobil istifadəçiləri şikayət edirlər ki, yanacaqdoldurma məntəqələrində onları aldadırlar. Deyirlər ki, avtomobilə vurulan yanacaq ödədikləri məbləğə uyğun olmur. Bu vəziyyətdən daha çox çörək pulunu maşın sürməklə qazanan taksi sürücüləri əziyyət çəkir:

«Əskik vururlar, sürəndə hiss eləyirik. Kilometraj vermir. Məsələn 10 litr vurursan, 100 kilometr getməlidir, 80 kilometr gedir. İndiyə kimi nə qədər ki, maşın sürürəm, elə belə olub».

«Guya ki, 50 litr vururlar bu təxminən yarım bak olmalıdır, amma baxırsan maşının sayğacında heç yarım baka çatmır. Aldadırlar».

SÜRÜCÜNÜ ALDATMA TEXNİKASI

Uzun müddətdir ki, avtomobillərin qazdoldurma məntəqəsində işləyən Zahid alıcıları aldatdığını təsdiqləyir. Zahid deyir ki, bu yolla günə maaşdan əlavə təxminən 130-140 manat gəliri olur:

«Tutaq ki, bir bakda 50 litr yazılıb, müştərinin başını qatmaqdan ötrü söhbətə tuturuq. Çəndən gələn qazın kranını açıq qoyuruq, guya onun bakı doldu. Halbuki bizdən gələn qazdı. O da həmin kilometrajı vermir, deyək ki, sürməlidir 300 kilometr, amma 200 sürür. Bu da bizim qazancımızdır. Bu dəqiqə demək olar ki, hamı elə işləyir».

Bəzi sürücülər isə deyir ki, 200-300 qram az benzin vurulmasından narahat deyillər, onları qayğılandıran benzinin keyfiyyətində ziyana düşməkləridir:

«Benzinin keyfiyyəti yoxdur. Maşını sürürsən, 10 kilometrə 5 litr heç görmür. Benzinin keyfiyyəti pisdir, əvvəlkilərlə çox fərq var».

DÖVLƏT MÖHÜRLƏRİ QIRILIB

Elə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı ərazi idarəsinin rəis müavini Qasım Hüseynov da deyir ki, ötən ay Qərb bölgəsindəki yanacaqdoldurma məntəqələrində reyd keçiriblər. Reyd zamanı məlum olub ki, təxminən 70 faiz yanacaqdoldurma məntəqəsində alıcılar aldadılır:

«Doğrudan da dövlət möhürləri əksər yanacaqdoldurma məntəqələrində qırılıb və standartın tələbinə görə, 10 litrdə 50 milli litr xətaya yol verildiyi halda, bu, bəzilərində 250-300 millilitr arası təşkil etmişdi».

CƏRİMƏ: ƏN AZI 1500 MANAT

Qasım Hüseynov deyir ki, yanacaqdoldurma məntəqələrində benzinin kəmiyyəti ilə bağlı aşkar olunan qanun pozuntusu ilə bağlı aktlar tərtib olunub və məntəqə sahiblərinə xəbərdarlıq məktubu göndərilib. Belə halların yol verilməsinə təkrar rast gəlinəcəyi təqdirdə vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək, hüquqi şəxslər isə 3 min manatdan 5 min manatadək cərimə olunacaq.

Aldadılan sürücülərin bir çoxu Azad İstehlakçılar Birliyinə də müraciət edir. Birliyin sədri Eyyub Hüseynov:

«Azad İstehlakçılar Birliyinə yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı, yanacağın az vurulması ilə bağlı xeyli sayda şikayətlər edilir. Yəni istehlakçı hüququna əhəmiyyət verilməməsi ilə bağlı».

Gəncə şəhərində təxminən 30-a yaxın qaz və neft yanacaqdoldurma məntəqəsi var. Yaxın vaxtlarda həmin məntəqələrdə yanacağın keyfiyyəti ilə bağlı reydlərə başlanacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Xaqani Haradan: Yeni Yasamal
17.03.2010 12:15
Yasamalda yerləşən "Günəş Petrol" yanacaqdoldurma məntəqəsində 099 markali avtomobilə bakda 2-3 litr benzin ola-ola 56 litr benzin vurdular....

Kimdən: Zaur Haradan: gurbetden
10.03.2010 13:56
AY MILLET BU XEYIRXAH IGTIDARDAN NE VERMISIZ ALA BILMIRSIZ?XOWUNUZ GELMIR VETENI TERK EDIN,BIZIM KIMI!BENZININ AXIRINCI DEFE GIYMETINI GALDIRANDA DEYIRDILER KI,BURDA NE VAR KI,GURCUSTANNAN EYNI GIYMETEDI BENZIN!DUZ DEYIRLER GURCUSTANDA NEFT CIXIR,BIZDE YOX,ORDA RUWVET VAR BIZDE YOX,BIZIM BENZIN KEFIYYETDIDI OLARINKI YOX!

Kimdən: xarici Haradan: bakıdan
09.03.2010 12:01
Bakü'de bendeki 4 yıllık istatistik bu şekildedir.
A FİRMASI 100 KM DE 9.34 LTR, ÖLÇÜM SAYISI 5 (BU YENİ İSTASYONUNUNDAN ALINAN BENZİN, ESKİ İSTASYONLARININ RAKAMI 10,5 LTR ÇIKIYOR)
B FİRMASI 100 KM DE 9.58 LTR, ÖLÇÜM SAYISI 84
C FİRMASI 100 KM DE 10.11 LTR,ÖLÇÜM SAYISI 112
D FİRMASI 100 KM DE 10.13 LTR, ÖLÇÜM SAYISI 65
E FİRMASI 100 KM DE 10.55 LTR,ÖLÇÜM SAYISI 11

Mecbur kalmadıkça B ve A dışından benzin almıyorum. Yeni açılan istasyon ve merkezi yerde olmayan istasyonların güvenilirliği daha fazla. Müşteri tutabilmek istedikleri için çalmıyorlar.

Kimdən: Şahin
09.03.2010 09:14
Beləliklə həm Əli aşından oluruq, həm də Vəli aşından...

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
09.03.2010 09:08
Mən bir dəfə rayona getmək üçün "Şamaxinka"dakı "LUKOİL"da dedim maşının (Jiquli LADA 07) bakını doldursunlar. Bakın dibində təxminən iki litr benzin olamlı idi. Bakı doldurdular və məlum oldu ki, 41 litr "vurublar". Əvvəla, bu maşınların bakı 39 lidtrdən bir az çox tutur. İkincisi, maşında, təxminən iki litr benzin var idi. Üçüncüsü, bunların hesabınca 41 litr vurulmuşdu. Rəhbərliyi çağırdım. Heç bir izahat verə bilmədilər.Ağzıma gələni deyib də getdim. Kimə şikayət edəydim. Benzin satışının başında "Ailə"nin özü dayanır. DAha oradan benzin almıram. Guya hayıf çıxıram.
Cavab

Kimdən: Aslan Haradan: Batum
09.03.2010 22:38
qardashin sozuna quvvat,bir dafa Qazaxdan kecib Gurcustana gedirdim,Qazaxdaki Azpetroldan benzin vurdurdum,mashinda 5-6 lt benzin var idi taxmini, Baki doldurdular va gordum ki 62 lt yazilib,gulmak tutdu mani,axi mashinin baki 60 lt tutur.operator ozunu itirdi,mudur galdi,mashinin kitabini gostardim, mudurlari da duruxub qaldi. 55 lt benzinin pulunu verdim.
millat deqradasiya olur, operatorun va ya mudurlarinin gunahi yoxdur, onlarada bu tapshirilib, onlar icra edirlar, baliq bashindan curuyar deyiblar...

Kimdən: asif Haradan: baki
08.03.2010 14:40
Azerbaycanda demek olar ki butun zaprafkalar atir. onlara qab verirsen ki litrle doldur doldurmurlar cun ki onda bilinir.