Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 15:11

Rubrikalar / Mətbuat icmalı

Stalinin ölümü

"Kommunist" qəzeti
Şriftin ölçüsünü dəyiş - +
5 Mart 1953 – cü il. Bu tarix bütün SSRİ əhalisini dəhşətə gətirdi. Sevinənlər də oldu, ağlayanlar da, «ölkənin gələcəyi itdi» deyənlər də. Həmin gün Stalinin vəfat etdiyi tarixdir. Bəs o zamankı qəzetlər bu barədə nələr yazırdı?

Stalin iflic oldu


«Kommunist» qəzetinin 5 mart 1953–cü il sayında Stalinin səhhəti haqqında bülletenlər sıralanıb. Onlardan bir neçəsini diqqətinizə çatdırıram:

«1953–cü il martın 4–də saat 2–də İ.V.Stalinin səhhəti haqqında bülleten.
1953–cü il martın 2–nə keçən gecə İ.V.Stalinin beyninə birdən-birə qan sızmış, nəticədə sağ qıçı və sağ qolu iflic olmuş, huşunu itirmiş və dili tutulmuşdur».

«Martın 4-də gecə saat 2–dək İ.V.Stalinin səhhəti ağır vəziyyətdə qalmaqda davam etmişdir. Beyin funksiyalarının pozulması dərəcəsi bir qədər artmışdır.

SSRİ Səhiyyə naziri A. F. Tretyakov».

Stalinin vəfatı haqqında bülleten


«5 mart günortadan sonra xəstənin halı olduqca sürətlə ağırlaşmağa başlamışdı. Xəstə üzdən və çox tez–tez nəfəs alırdı, nəbzinin sayı dəqiqədə 140-150–yə çatmışdı. Saat 21:50 dəqiqədə ürək– damar və tənəffüs çatışmazlığı artmaqla İ.V.Stalin vəfat edib».

Stalinin vəfatından bir gün sonra, yəni martın 6–da Nazirlər Soveti qərar verib: «Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ İttifaqı Nazirlər Sovetinin qərarı.
1953–cü il martın 6-7-8-9–u matəm günləri elan edilsin». « Kommunist» qəzeti 6 mart, 1953-cü il

Bəs sonrakı illər qəzetlər bu barədə nə yazır?


1954–cü il 5 mart, «Kommunist» qəzeti:

«Bu gün Leninin ölməz işinin dahi davametdiricisi İ.V.Stalinin vəfatının il dönümüdür.

Stalinin ölməz adı sovet xalqının və bütün tərəqqipərvər bəşəriyyətin qəlbində əbədi yaşayır. Yaşasın hər şeyə qalib gələn böyük Marks-Engels-Lenin–Stalin nəzəriyyəsi! Yaşasın xalqımızın rəhbəri – Sovet İttifaqının böyük Kommunist Partiyası!».

Və İ.V.Stalinin xatirəsi adlanan kiçik bir məqalə.

1955–ci il qəzetləri isə Stalinin ölümü, ümumiyyətlə onun barədə heç bir şey yazmayıb. 1963, 1973 – cü il qəzetləri də eləcə Stalini xatırlamaq istəmir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Miri Haradan: Simali Kipr
13.03.2010 04:58
Stalin celladin teki olub. o nece-nece soydasimizi represiya qurbani edib. ona ne haqq qazandirirsiniz?

Kimdən: Musteqil Haradan: Baki
12.03.2010 03:51
Allah Stalin ve Mir Cefer Bagirova rehmet elesin.

Kimdən: Avropali xanim Haradan: Cexiya
10.03.2010 01:47
Stalin dovlet bascisi olmus, Boyuk Veten muharibesini qelebeye catdirmis,olkede her il bazar iqtisadiyyatinda ucuzlasdirma aparmis,hami kimi oqlunu cebheye yollamis, esir dusen esger oqlunu generala deyismemis,dovlet basina pille-pille qlxaraq xalq terefinden secilmisdir. Hakimiyyetde olduqu illerde boyuk sehvlere de yol vermis,etrafindaki dusmen ve yaltaq quvvelerin de fitvalarina gedib/ Beriya ve basqalari/kutle-kutle gunahsizlari repressiya qurbani etmisdi. Bu faktdir. Amma unutmaq lazim deyil ki,o, dahi ve tarixi sexsiyyet olmusdur.Istesek de, istemesek de bu heqiqetdir, bu bizim tariximizdir.Tarixi ise danmaq olmaz.Esrler otur,xosumuza gelmeyende abideleri sokur, heykellerimizi daqidiriq ki,bu, dusmendir.Kitablarda tariximizi ya doqru yazmir, ya da gizledirik.Belemi gelecek nesillere ibret veririk?

Kimdən: Üluska Haradan: cähännämdän
09.03.2010 18:30
Gardaslar Stalin nä etsädä,düz vä yalnis.Hämisä xalgi düsündü,cirig kiteldä öldü.Daha zäli kimi xalgin ganini sormädi,adalar,villalar ,kazinolar almadi.Atasina körä ogluna väzifä verilmädi.Yoxsa idiki kimi

Kimdən: Qafqazli Haradan: Qafqazdan
09.03.2010 11:58
Stalin dahi sexsiyyet olub. Bunu danmaq olmaz. Bele insanlar dunyaya nadir hallarda gelir. Onun kimi iradeli cesaretli Insanlara her zaman ehtiyac var, lakin bele insanlar ozlerinden sonra ele bir iz qoymalidirlarki onlar haqqinda nese bir yaxsi fikir qalsin. (Dahiliyi bura qatmayin) Dahiliye qaldiqda Hitler kimi dahi insan olmayib. Muharibeden meglub kimi cixmis almaniyani qisa muddet erzinde dunya dovletlerine meydan oxuyan bir dovlet seviyyesine qaldirmaq adi insana xas olan bir sey deyil. Stalinin dahiliyini danmiram lakin onu tarixde musbet insan kimide gormek cetindir.

Kimdən: Musteqil Haradan: Baki
09.03.2010 04:05
Hörmetle:Ali yazdiqlarini men tam destekleyirem.Men de bele bir ifade ishletmek isterdim.Stalin ve Mir Cefer Bagirovu( Allah onlara rehmet )
Stalin öz oglunu muharibeye göndermish,Generalla deyishmemish.
Onlarin dövrunde bir fehlenin burnu qanamamish.Beli tarix tekrarlanir hacansa ele sexsler hakimiyyete gelecek xalqin serveti hesabina varlanmish,memurlarimizin elinden vari dövleti alib kasib tebeqelere verecekler.Bir zaman gelecek bunlari xalq dushmeni adlandiracaqlar.
Ezizlerim bu bele deigil.Bu gun xalqin servetini talayib yeyib,xalqa zulm eden,xalqi dilenci veziyyete salan insanlar xalq dushmenidir.Bu hacansa divar qutaracaq,xalqin esl liderleri hakimiyyete gelecek.

Kimdən: ali
08.03.2010 17:09
Hesab edirem ki Stalin cox boyuk shexsiyyet olub
Bunu inkar etmekle deyil ki
Sadece olaraq o dovrde Xrushov kimi tesadufi shexsiyyet bunu yox etmeye calishdi,amma Stalinin elediyini cox az adam ede bilib
Dunya tarixine baxsaniz buna emin olarsiz
Stalini o adamlar tenqid edir ki ,dunyanin gelish gedishini anlamirlar,bezi zirrama jurnalistler var ki hec neden xeberi yoxdur,ust-uste 10 kitab oxumayib,amma,dahileri qoyub qabagina dosheyir.
Hunerin var onun elediyinin minde birini ele,sonra da onu tenqid ele
Stalinin elediklerinin gucune bu gun rusiya hele de o etaletle gedir
Bir de dunya tarixinde en dehshetli muharibeni Stalin qazanib
Kim ne deyir desin,o kishinin rolu HEDSIZ DERECEDE BOYUK OLUB bu qelebede
bunu dunya bilir
Bilmeyenler ozu biler
Hayif ki indi bele kishiler artiq yoxdur
esl kishi olub
Kim deyirse ele bir kishi var desin biz de bilek

Kimdən: Moshu Haradan: Goyezen
08.03.2010 09:13
amma 2010-cu ilin qezetleri yeniden Stalini xatirlatdi bizlere.

Kimdən: 1917 Haradan: Baku
07.03.2010 22:03
Stalinin gosterilen tarixlerdeki metbuatlarda adinin cekilmemesi ve yad edilmemesi mehz bu dovrlerde artiq SSRI - nin inqilabi sosialist quruculugu yolundan donmesi ve Stalin dovrunde tutulan sosializm qurma yolundan cekilmesi ile baglidir. Bu dovrdeki addimlar mehz SSRInin sonunu hazirladi.
Yoldash Stalin marksizm - leninizmin layiqli davamcisi idi. Ozunun dediyi kimi, onun adi ne qeder kirle ortulse de,tarixin kuleyi bu kiri temizleyecek ve heqiqet uze cixacaq...