Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Yeni mənzillərin yeni problemləri…

Əlillər üçün mebelli mənzillərdən biri prezidentə təqdim edilir

Əlillər üçün mebelli mənzillərdən biri prezidentə təqdim edilir

07.03.2010
Suraxanı rayonu Hövsan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən binanın sakinləri iddia edirlər ki, yeni mənzilləri onlara yeni problemlər yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş binada ev sahibi olacaqlarını uzun müddət gözləmiş sakinlərin sözlərinə görə, binadakı vəziyyət heç də təqdim edildiyi kimi deyil:

81 MƏNZİLDƏN CƏMİ 9 MƏNZİLƏ MEBEL VERİLİB

- Televizorda nə danışılıb, nə göstərilib, o, öz yerində. Bütün mənzillərin mebellə təchiz olunmaması ilə bağlı şirkətlə danışdıq. Bildirdilər ki, cəmi 9 mənzilə nazirlik tərəfindən hədiyyə edilib.

- 81 mənzildən cəmi 9 mənzilə mebel verilib. Hamısına verilməyib.

- Hələ də bizə ünvan verilməyib. Sabahı gün mənə yaşayış yerindən arayış lazım olsa ala bilməyəcəyəm. Biz hələ də qeydiyyata düşməmişik.

2009-cu ilin oktyabrında istifadəyə verilən binanın sakinləri indi ən əsas problemlərinin qaz olduğunu deyirlər:

- Şikayətimiz qaz problemidir. Evlərə gəlir qaz, amma istixananı işlədə bilmir. Sistem elə qurulub ki, həm istilik verməlidir evə, həm də isti su ilə təmin olunmalıdır.

- Dekabrın 30-da istixana işə düşüb. 2-3 gün evlər isindi. Ondan sonra qazımız təmiz kəsilib. Hazırda evimiz soyuqdur. Adamlar elektrik peçlərindən istifadə edir. Ayın axırında sayğacları 150-200 manat pul yazır.

Prezident İlham Əliyevin də açılışına qatıldığı binanın sakinlərinin sözlərinə görə, tikintini aparan şirkət layihəni düzgün hazırlamayıb:

HEÇ BİR YERDƏ BELƏ LAYİHƏ YOXDUR


-«6 mərtəbə» adlı şirkətdir. Turbaların yeyintisidir nədir, deyə bilmərəm. Qazın layihəsini düzgün aparmayıb. Burda başqa istixanalar da var. Hamısının istixanasına ayrıca xətt çəkilib. Ancaq bizim binada abunə xəttinin üstü ilə həm evlərə qaz gedir, həm də istixanaya. Heç bir yerdə belə layihə yoxdur.

- Bütün hallarda layihə çəkiləndə istixananın nə qədər qaz tələb olunması nəzərə alınmalı idi.

- Qazanxanaya əlavə xətt çəkilməlidir. Evlərlə qazanxana bir xəttə qoşulmamalıdır.

Binanın ocaqçısı Eldar Süleymanov isə deyir ki, istixanaya verilən qazla binanı istiliklə təmin etmək mümkün deyil:

- İstixanaya ən aşağı 25-30 bar verilməlidir ki, mən binanın sakinlərini istiliklə və isti su ilə təmin edim. Hazırda qazanxanaya verilən qaz 0,4 millibardır ki, qazan zorla işləyir. İşləməsə bundan yaxşıdır. Abonentlərin qazı ilə istixananın qazını bir götürdüklərinə görə mümkün deyil istilik vermək. Buna ayrıca qaz çəkilməlidir.

QAZIN TƏZYİQİ AŞAĞIDIR

«6-ci mərtəbə» şirkətinin əməkdaşı isə əsas səbəb kimi qazın təzyiqinin aşağı olmasını göstərir:

- Proyekti veriblər, biz də proyektə uyğun işi icra etmişik. Proyektdə göstərilənlərdən kənara çıxmamışıq. Sadəcə olaraq xətdə qaz yoxdur. Qazın təzyiqi aşağıdır.

BİNANIN BÜTÜN PROBLEMLƏRİ YAXIN VAXTLARDA HƏLL OLUNACAQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elnur Kələntərli isə deyir ki, binanın bütün problemləri yaxın vaxtlarda həll olunacaq:

- Binanın bütün sakinləri tam köçəndən sonra qazlaşdırılmada olan problemlər aradan qaldırılacaq. Qazın çəkilməsi üçün binanın bütün sakinləri köçməlidirlər. Biz bunu əvvəlcədən onlara bildirmişdik. Qeydiyyat məsələsi ilə bağlı isə bina 6 ay nazirliyin balansında olacaq, yerli icra hakimiyyətinə təhvil verildikdən sonra sakinlərin bütün problemləri həll olunacaq.

Elnur Kələntərlinin mənzillərin mebellə təchiz olunması məsələsinə isə münasibəti bu cür oldu:

- Nəzərdə tutulmayıb ki, bütün mənzillərin hamısı mebellə təchiz olunsun. Tikinti şirkətinin özü hədiyə olaraq əsasən birinci mərtəbədəki mənzilləri mebellə təchiz edib. Amma konkret olaraq seçim olmayıb ki, hansı ailəyə verək, hansına yox.

Hüquq müdafiəçisi İradə Cavadova isə deyir ki, əgər bu vətəndaşların problemləri həll olunmazsa, onların hüquqlarını tələb etmələri bir qədər çətin olur:

- Çünki onlara deyirlər ki, bu ev sənə pay verilib. Allahına şükür et ki, sənə pulsuz ev verilib.

Vəkil Azər Nağıyev isə hesab edir ki, mənzillərin bəzisinin mebellə təchiz olunması sosial ədalətsizlikdir:

BU SOSİAL ƏDALƏTSİZLİKDİR

- Dövlətin üzərinə götürdüyü sosial öhdəlikləri var. Onlardan biri əhalinin müəyyən sosial qruplarını mənzillə təmin etməkdir. Bu mənzillərin ya hamısı, ya da heç biri mebellə təchiz olunmalı idi. Sosial statuslu şəxslərin hər birinə mənzillərin açarı eyni vaxtda verilir. Yeni mənzil sahibləri mənzilə daxil olarkən, birində mebelin olub, digərində olmaması sosial ədalətsizlikdir.

Fevralın 23-də Lökbatanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün daha bir yaşayış binası istifadəyə verilib. 9 mərtəbəli 81 mənzildən ibarət binanın tikintisinə 2007-ci ilin sonlarında başlanılıb. Binanın 9 mənzili 3 otaqlı, 72 mənzili isə iki otaqlıdır.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Baki
09.03.2010 18:06
Men ele adam taniyiram ki, o bu veten ugrunda canini uf demeden qurban vermeye hazir idi. Lakin ona gosterilen munasibet onu Azerbaycan vetendashligindan imtina etmesine getirib cixardi

Kimdən: Moskva
09.03.2010 17:04
Bizler bu gun yashamagimizi oz canlarindan ve saglamliqlarindan kecen bu insanlara borcluyuq. Ona gore de biz xalq olaraq onlarin ve yaxinlarinin rahat yashamini teleb etmeliyik. Sizin dushduyunuz durum meni cox uzdu

Kimdən: Baki
09.03.2010 16:14
Men 1988-1999-cu ile qeder bu veteni qorudum Camaat olkedeki cevrilishden istifade edib ermenilerin evine girende men muharibede oldum Indi men 3 ushagimla qalmisham kucelerde Budur haqq edalet. Hele sizler vallah sevinin ki, bu evi qalibsiniz

Kimdən: Nailä Şəhər: Almaniya
09.03.2010 15:43
Allahina onda "shükür "edärdi ki,(häm dä sänä) sän dä onun kimi el-obandan gacgin düshärdin,häyatin tam tärsinä cevrilärdi taleyin gärdishiylä,sängärlärdä döyüshänläri izsiz-tozsuz itäydi,bayramlarda gäbri üstä belä cixa bilmädiyi itkinlärin olaydi vä-sänä bir otab düshärdi,ona iki!

Kimdən: AZERIDEN Şəhər: RUSIYADAN
08.03.2010 19:42
AXMAQ YAZILARI VERIRSINIZ.BES MUBARIZEYE CHAXRI$I NIYE VERMIRSINIZ?KIMDEN QORXURSUNUZ,AY DEMOKRATIYA TEREFDARLARI?EKSER YAZILARI DA ELE RADIOI$CHILERI YAZIR.

Kimdən: azeriden Şəhər: rusiyadan
08.03.2010 17:40
ab$-in quyruqlaRINA SALAMLAR.

Kimdən: azriden Şəhər: rusiyadan
08.03.2010 17:38
tali$,indi de burda su bulandirirsan.bedbax sensen ki,burnundan uzagi gormursan.yeqin yazdigin 12-den sonraya du$ub.anlayiram seni.

Kimdən: Talish Şəhər: Baki
08.03.2010 07:35
Ay badbaxt, Azerbaydcanda birdana mustagil informasiya gurumu var o da azadlaq radiosu dur, halaldi size camiatin problemlarini gostarirsiz.

Kimdən: AZERIDEN Şəhər: RUSIYADAN
07.03.2010 17:15
AZADLIQ RADIOSU, Ali Kerimli DEMI$KEN IZAHAT VERIN GOREK SIZ KIMIN PULU ILE FALIET GOSTERIRSINIZ VE MILLIYETINIZ NEDIR. HECH ERMENI SAYTLARI AZERBAYCAN HAQQDA BU QEDER NEQATIV MATERIAL VERMIR. AZERBAYCANIN EN VARLI CAMAATI ELE QACHQINLARDI. SIZ NE YAZDIGINIZI ANLAYIRSINIZ? ALLAH SIZIN CEZANIZI VERECEK. AZ QALIB.
Cavab

Kimdən: Ruslan Şəhər: Bakı
08.03.2010 10:32
Azadliq kimin pulu ile fealiyyet gosterir, izahat vermelidir, razıyam.
Radionun milliyəti olmur, professor! orada işləyənlərin milliyəti var, onlar da sənin düşüncənə sığmayan vicdanla işləyirlər!
Neqativ material dediyin də sənin düşüncənə sığmır. Azərbaycanda hər bir sahədə neqativlik var, hətta Azadlıq bunu üzə çıxarmasa belə, azərbaycanlı olsaydın bilərdin! Gömrükdən ayağını bir addım atanda hiss edərsən.
Cavab

Kimdən: Moshu Şəhər: Goyezen
08.03.2010 10:09
Doktor Ravik demishken, sen qara kurtkalardansan.Bunun menasini anlamasan, muraciet edersen,izahini vererik.