Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:56

Cəmiyyət

Doğuş vaxtı qadınlar niyə ölür?

Son illər Azərbaycanda ana və uşaq ölümünün sayı azalsa da, rəsmi statistika real rəqəmləri əks etdirmir
x
Son illər Azərbaycanda ana və uşaq ölümünün sayı azalsa da, rəsmi statistika real rəqəmləri əks etdirmir
Şriftin ölçüsünü dəyiş - +
Ötən 10 gündə Bakıda doğuş zamanı 2 ana ölüb. Onlardan biri Zirədəki Diaqnostika Mərkəzinin Doğum şöbəsində, digəri isə 1 saylı Şəhər Xəstəxanasında baş verib.

Səhiyyə Nazirliyinin ilkin açıqlamasına əsasən, Zirədəki ölüm dölün həddən artıq iri olması, 1 saylı xəstəxanadakı ölüm isə ananın böyrəklərində yaranan kəskin problemlə əlaqədardır.

Səhiyyə Nazirliyinin Tibb Xidmətinin Təşkili İdarəsinin rəis müavini Elmira Əliyeva deyir ki, indi nazirlikdəki xüsusi komissiya ölüm faktlarının dəqiq səbəblərini araşdırır.

Qeyd edək ki, ana və uşaq ölümünün sayı barədə beynəlxalq qurumların hesabatı ilə rəsmi statistika üst-üstə düşmür.

UNICEF-in hesabatına əsasən, 2007-ci ildə hər 1000 yeni doğulan körpəyə 34, 5 yaşadək uşaqlara isə 39 ölüm halı düşüb.

ANA ÖLÜMÜNÜN SƏBƏBİ...

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin başçısı Azər Mehtiyev deyir ki, son bir neçə ildə Azərbaycanda ana və uşaq ölümünün sayı azalsa da, rəsmi statistika real rəqəmləri əks etdirmir:

«Azərbaycan hələ də MDB məkanında ana və uşaq ölümü yüksək olan Orta Asiya respublikaları ilə bir sırada dayanır. Aparılan araşdırmalar göstərir ki, yeni doğulanlarda ölümün səbəbi daha çox tənəffüs orqanlarının infeksiyası, mədə-bağırsaq xəstəlikləridir. Ana ölümlərinin səbəbləri sırasında isə ilk yerdə anemiya dayanır. Erkən nikah, ev şəraitində doğuşlar da problemin əsas səbəbləri sırasındadır».

Azər Mehtiyevə görə, beynəlxalq hesabatlarla rəsmi statistika arasındakı fərqin səbəbi faktların qeydiyyata alınmamasıdır.

«PROBLEM TƏKCƏ NAZİRLİYİN DEYİL... »

Tibbi Xidmətin Təşkili İdarəsinin rəis müavini Elmira Əliyeva bildirir ki, əhali arasında maarifləndirmə işlərinin aparılması, tibb personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi Azərbaycanda ana və uşaq ölümlərinin sayının kəskin azalmasına səbəb olub:

Azər Mehtiyev
«2000-ci ildə hər 1000 yeni doğulan (0-6 günlük) körpə arasında ölüm sayı 4.5 promilli idisə, 2009-cu ildə bu rəqəm 2.7-yə enib. 1 yaşınadək uşaqlar arasında ölüm faktı 2000-ci ildə 16.4 promilli idisə, 2009-cu ildə bu, 11.3 promilli olub. Bütün şəhər, kənd və qəsəbələrdə tibb xidməti şəbəkəsi yaradılıb. Ancaq bəzən qadınlar özləri hamiləlik dönəmində tibbi xidmətdən imtina edirlər ki, bu da sonda fəsadlara səbəb olur».

Səhiyyə Nazirliyi təmsilçisinin fikrincə, ana və uşaq ölümü təkcə Səhiyyə Nazirliyinin deyil, bütün cəmiyyətin problemidir. Çünki problemin kökündə gender bərabərliyindən başlayaraq, vətəndaşların sosial durumunadək bir sıra ciddi amillər dayanır.

Demoqraf Çingiz Baxış isə iddia edir ki, rəsmi statistikadakı rəqəmlər real rəqəmlərdən ən azı 4 dəfə azdır:

«Azərbaycan yeni diridoğulma meyarına keçməyib. Bu meyara görə, 22 həftəlik və çəkisi 500 qramdan artıq olan körpələr uşaq sayılır. Azərbaycanda isə hələ də sovetlər dönəmindəki kimi, 28 həftəlik və çəkisi 1 kq-dan az olmayanlar diridoğulan sayılır. Bu meyarla ölçülsə, Azərbaycanda indiki rəqəmləri qat-qat üstələyən rəqəmlər ortaya çıxacaq. İndiki rəqəmlərə inansaq, Azərbaycan ana və uşaq ölümünə görə dünyanın aparıcı ölkələri ilə eyni sırada dayanır. Bu, absurddur».

İqtisadçı Azər Mehtiyev düşünür ki, bu sahədə məsuliyyət artırılmalıdır:

«Ana və uşaqların sağlamlığı üçün məsuliyyət daşıyan tibb işçiləri dəqiq bilməlidir ki, işə məsuliyyətsiz yanaşsalar, onları nə gözləyir. Çox təəssüf, sərt tədbirlər olmadan problemi nizamlamaq mümkündür deyil».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Avropali xanim Haradan: Avropa
07.03.2010 15:56
Azerbaycanda sehiyyenin hansi veziyyetde olmasi hec kese sirr deyil ve yalandan oz-ozumuzu aldatmaqin menasi da yoxdur.Bu gozel movzuya ismaris yazanlarla tam raziyam.Movzu herterefli ehate olundu.Bir seyi elave edim.Bezi uzdeniraq hekimlerimizi bu asaqi seviyyeye getirib cixaran,elbette ki, tibb universitetinin mesuliyyetidir.Pulla tehsilini basa vuran gelecek hekimlerimizin sonu ancaq tehsil muddetinde serf etdiyi pullari geri qazanmaq meqsedi olacaq.

Kimdən: AZERIDEN Haradan: RUSIYADAN
07.03.2010 15:22
BU MEQALEYE AID OLAN ARQUMENTIM SIZI QANE ETMEDI?NEDI,MENLIYINIZE TOXUNURAM?BES AZERBAYCAN XALQININ MENLIYINE TOXUNANDA SIZ NE DU$UNURSUNUZ?

Kimdən: Musteqil Haradan: Baki
07.03.2010 05:02
Ardi-2
Bu Allahin qarshisinda her bir insanin borcudur dininden asli olmayaraq.Gelin indi Azerbaycanda hekimlerimizin hamile qadinlari nece muayine edir ve mualice edirler.Hamile qadin hekimin yanina getdikde,bezi hekimlerimiz qadini muayine etdikde onu aldadir ki, ushaq inkishaf etmir.Bunun meqsedi nedir.Hamile qadina coklu lazim olamayan dermanlar yazir,sonra söyleyir get 10 gunden sonra gelersen.Qadin 10 gunden sonra geldikde yene rushvet verir hekim muayine edir,söyleyir bir az inkishaf etmish bele -bele insanlari, bezi savadsiz,bezisi ise pul qazanmaq ucun bunu edirler.Hekimlerimiz butun aptek mudurleri ile elbir ishleyirler.Burda hekimler xeste apteke ne geder cok gönderseler bir o gederde aptek mudurunden faiz alirlar.Lazimsiz dermanlari hamile qadina vurduqda ister isemez ushaqin inkishafina ve qadinin öz orqanlarina bu tesir edir.Burda ya ushaq elil dogulur ve yaxud dogush zamani ölur.Ana da eyni qayda ile.Nezerinize catdirim ki, hamile qadin dogush zamani da bele hadiseler olur. Hamile qadin xestexanaya getirildikde,eger hemin hekimin vaxtina az qalirsa eve getmege.Hekim qadina ister istemez iyne vurur,dogushu tezleshdirir,buda bele elil ve yaxud xeste olmagina ehtimal yaradir.
Hamile qadinin xestexanaya yerleshdirdikde orda hekimlerin mezendesi var.Misal ucun,tecrubesi cok olan hekimin qiymeti 500- dollar. Orta hekim 300-dolar. Dogushdan bir az anlayan 100-dollar.Hec pulu olmayaninda özunuz dushunun nece olar.Allaha qaldii.Dogushdan sonra ushaqlarin göbegi men sehv etmiremse 3-4 gunden sonra dushmeli.Hemin zaman eger tibb bacisi növbetcidirse ushagin göbeginin dushmesine bir gun qalmish tez qopardir ve mushtuluq almaq ucun.Bu da her zaman qopartdiqda ushaqin göbeginde balaca deshik qalir,bu o qeder balaca desikdir hesab edin iynenin ucu qeder.Burdan hava girir ushaqin qarnina ister istemez o ushaq xeste olur.Bunu lazer vasitesi ile de etdikde tecrubesiz hekimlerimiz bunu yaxshi etmedikde ister istemez bele ola bilir.Bu ushaq daimi xestexanada ve yaxud evde özunu narahat hiss edir.Böyuyenecen hekim nezareti altinda olur.Beli Azerbaycanda olan hekimlerimiz bezisi insanlari duzgun mualice etmirler,bununda sebebi,onlarda rushvet vermish hekimlik dereceleri almishlar.Tecrubeli hekimlerimizede bu ister istemez öz tesirini gösterir.
Men bir misalda getirmek isterdim.Menim heyat yoldashim hamile olan zaman hekime getmish muayine olunmaga ,hekim söylemish ushaq inkishaf rtmir.5-m uzunluqunda vereqde derman yazir buna.Heyat yoldashim eve gelib bashlayir aglamaga ki,ushaq qarninda öludur.
Men eve geldikde bu hadisenin shahidi oldum.Hemin vereqi alib cirdim tulladim.Söyledim hec bir hekime getme.Seherisi gunu hemin hekimin yaninda oldum ,cok söhbet etdik.O menden sorushdu siz hekim ishlemisiniz.Hekimin adini demeyecem.Nece vaxt sonra heyat yoldashimi xestexanaya yerleshdirdik.Allah butun insanlarin övladlarina can saqligi versin ,arzu edirem ele hekimlerin eline dushmeyesiniz.
Hemin ushaqin 18 yashi var cok saglam,derakeli bir ushaqdir.Ölum hadiseleri yalniz hekimin sehf muayine etmesinden ireli gele biler.Hekimlerimiz öz hekimlik andlarini layiqince yerine yetirmirler.
Elbbetde ki, butun hekimler yok bezi hekimlerimiz.

Kimdən: Musteqil Haradan: Baki
07.03.2010 04:56
Men bu mövzuya fikirimi bildirmek isteyirem.Azerbaycanda hamile qadinlara hekimlerin munasibeti bir o qederde pesheshine sedaqetle yanashan hekimlerimiz yoktur. Ona göre ki, eger Azerbaycan sehiyyesinde rushvetxorluq bash alib gedirse.Hamile qadinlar hekime getmekden imtina edirler. Bunun sebebi nedir,hekimlere rushvet vermesen hamile qadinlara yalandan olsada yalan diaqnoz söyleyirler ki, hamile qadin bundan qorxsun ve mecburi hemin hekime hardan olursa olsun pul tapib getirsin.Elbetde ki, bu butun hamile qadinlara shamil olunmur.Yalniz ailelerin ki,sosial veziyyetleri cok agirdir. Dövlet terefinden hec bir yardim olunmur.Azerbaycanda varli ,imkani olan hamile qadinlar ise isdeikleri kimi muayine ola bilirler.Gelin bir meseleye toxunaq,hamile qadin hamilelik dövru,bunu hamimiz bilirik,hamile qadin butun vitamin meyveler ve.c yemelidir ki, hem özu hemde onun qarnindaki ushaqin inkishafi daha yaxshi olsun.Eger hamile qadin,shehere cixirsa,uregi isdediyi bir meyveni alib yeye bilmirse siz bu haqqda ne dushunursunuz.Demeli sosial veziyyetleri agir olan hamile qadinlarimiz bundan mehrumdurlar.Bunun sebebleri cok incedir eger burda bunlari incelesek belke bir il zaman lazim olacaq.
Bu en böyuk bir gunahdir. Bezi insanlarimiz ise söyleyir ki,eger yashaya bilmirsense evlenme,ve ushaq getirmeyin.Bele olmaz ezizlerim.
Bu gun Allah insani yaratmish,insan heyatda yashamaq ucun butun nemetlerden dadmali. Son menzile qeder.15-il qabaq men bir meyve dukaninda meyve alarken,bunun shahidi oldum.Hamile qadin yaxinlashdi saticiya alca ve xiyarin qiymetini sorushdu.Sonradan cok pis baxaraq ordan uzaqlashmaq istedikde, men bunu anladim.Hemin qadinin pulu catmadi ve yaxud pulu yok idir.Men saticidan 1kq alca ve 1kq xiyar alib hemin qadina uzatdim ve söyledim bacim utanmayin mende sizin qardashiniz göturun.Qadin göturub teshekur etdi ve yoluna davam etdi.Men bunu söylemekde meqsedim o deyil ki, men bunu etdim söyleyirem. Ardi -1