Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:15

Verilişlər / Kontekst

Aclığa başlayan polis mayorunun dramı

Emin Əhmədbəyovun məhkəməsi

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Vətəndaşlıqdan imtina edən, Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərən və bütün bunlardan sonra ötən ilin dekabrında həbs olunan polis mayoru Emin Əhmədbəyov məhkəmədə elan edib ki, martın 5-dən aclığa başlayır.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı olan Emin Əhmədbəyov zor tətbiq etməkdə təqsirləndirilir. Onun prosesi Yasamal Rayon Məhkəməsində keçirilir. Polis mayoru aclığa başlamasını məhkəmənin qeyri-obyektiv aparılması ilə əlaqələndirib.

SİFARİŞLİ HƏBS?

Emin Əhmədbəyova verilən ittihama görə, ötən il dekabrın 1-də Yasamal rayonu ərazisindəki Mətbuat prospektində onun «Pajero» markalı maşınını saxlayan yol polis müfəttişi Məhərrəm Qurbanovla mübahisə edib və sonuncuya xəsarət yetirib. Emin Əhmədbəyovsa həbsini sifarişli sayır: «Deyəydilər ki, a kişi, səni tutacağıq, ona görə ki, sən vətəndaşlıqdan imtina eləmisən, işin Avropa Məhkəməsindədir. Səndən xahiş edirik, yaz raportunu, çıx işdən. Mən də başa düşərdim, yazardım raportumu, çıxardım işdən».

Təqsirləndirilən şəxsin vəkili Namiq Hacıyev məhkəmə istintaqı zamanı ittihamların sübuta yetirilmədiyini əsas gətirərək prosesdə məhkəmə istintaqının təzələnməsinə dair vəsatət verib. Məhkəmə vəsatətə martın 9-da münasibət bildirəcək.

EMİN GÜNAHSIZDIR

Emin Əhmədbəyovun həyat yoldaşı Nigar xanım deyir ki, məhkəmədə dindirilən bütün şahidlərin ifadələri təqsirləndirilən şəxsin xeyrinə olub: «Bu boyda məhkəmə olub, şahidlər də ifadə veriblər ki, Emin günahsızdır. Amma yenə də onu həbsdə saxlayırlar, heç kim bir qərar çıxara bilmir. Ortada heç bir sübut olmaya-olmaya mən başa düşə bilmirəm ki, ərimi hansı qanuna görə həbsdə saxlayırlar».

Nigar xanım həyat yoldaşının həbsinin əsl səbəbini Avropa Məhkəməsinə şikayət etməsində görür: «Hadisədən bir ay əvvəl biz ailəlikcə sənədlərimizi Prezident Administrasiyasına vermişdik, müraciət etmişdik ki, burda yaşamaq istəmirik, burda haqsızlıq baş alıb gedir. İşin kökündə odur ki, Avropa Məhkəməsinə şikayət verib və şikayəti qəbul ediblər. İndi bunlar Emini sıxırlar ki, niyə sən Avropa Məhkəməsinə şikayət göndərmisən».

Polis mayorunun Azərbaycan hökumətindən narazı qalmasına səbəb bu olub ki, o, bir neçə il əvvəl günahsız yerə daxili işlər orqanlarından qovulub. 3 il işsiz qalıb. 2006-cı ildə nazir Ramil Usubov məsələni araşdıraraq onu işinə bərpa edib.

Emin Əhmədbəyov daxili işlər orqanına bərpa olunandan sonra işsiz qaldığı illərin məvacibini tələb etməyə başlayıb. Aşağı məhkəmə instansiyası onun iddiasını təmin etsə də, yuxarı instansiya həmin qərarı ləğv edib. Emin Əhmədbəyov 2008-ci ilin aprel ayında qüsursuz xidmətinə görə üçüncü dərəcəli medalla təltif olunub.
Arzu Abdullayeva
Ancaq bu da onu iddiasından döndərə bilməyib. O, hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Həbs olunmamışdan bir ay əvvəl isə vətəndaşlıqdan imtina etməklə bağlı prezidentə növbəti dəfə rəsmi məktub göndərib.

ƏMƏK HAQQINI TƏLƏB ETDİYİNƏ GÖRƏ ONUN BAŞINA BELƏ OYUN GƏTİRİBLƏR

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, polis mayorunun ailəsi ona müraciət etdikdən sonra məsələni araşdırıblar: «Çox sadə bir iş idi. Polis işçisini işdən xaric etmişdilər. O, mübarizə aparıb, öz hüquqlarını bərpa edib. Nazir də razılığını bildirib ki, onu işə bərpa etsinlər. Ancaq o, haqsız yerə işdən çıxarıldığına görə, müraciət edib ki, işsiz qaldığı üç ilin məvacibini ona ödəsinlər. Bunun ucbatından da polis işçisinin başına belə oyunlar gətirilir».

Hüquq müdafiəçisi hesab edir ki, polis mayorunun prezidentə sonuncu müraciətindən sonra ona qarşı sifarişli şəkildə təxribat həyata keçirilib. Bu məsələdə maraqlı tərəf ekspertizanın saxta rəyinə əsaslanıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanda ekspertiza rəylərinin hansı şəkildə verildiyi hamıya məlumdur:

«Həmin «QAİ» işçisi xəstəxanaya müraciət edib ki, guya o, döyülüb. Biz yaxşı bilirik ki, ekspertiza rəyini Azərbaycanda hansı yollarla əldə edib işə tikirlər».

Arzu Abdullayevanın sözlərinə görə, Emin Əhmədbəyova qarşı bu addım digərlərinin gözünün odunu almaq üçündür: «Bu, nümayişkəranə bir işdir ki, heç kəs öz hüquqlarının bərpası üçün çalışmasın, onun aqibəti bax belə ola bilər».

Bakı İstintaq Təcridxanasında saxlanan polis mayoru yerli və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşmək istəyir. Arzu Abdullayeva bildirib ki, Emin Əhmədbəyovun məsələsini Bakıya səfər edən Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberqlə müzakirə edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: azeriden Haradan: baki
23.03.2010 19:55
duz adam siz doqrudanda duz deyirsiz Vetenden imtina etmek olmaz. sherhinizde aqilli faktlarla izah olunur. Saxolun sizin kimi analitiklere bizim ehtiyacimiz var.

Kimdən: a.f Haradan: baki
17.03.2010 23:15
duz adam cox aqilli sozler deyir bele adamlar esl polis keshfiyatci ve vekil kimi isheleseler , edalet oz yerini tutar..
Cavab

Kimdən: Duz Adamdan Haradan: Bakidan
23.03.2010 20:17
a.f. men meqaleni oxudum ve oz fikrimi obyektiv bildirdim inaninki, vetenimizde edaletli adamlar coxdur. her bir ishi sebirle analiz etmek lazimdir o zaman ishin ne yerde olduxun anlamaq olar. birde her iki terefin yerinde olub fikirleshmek vacibdir.

Kimdən: Duz Adamdan Haradan: Baki
17.03.2010 04:57
Evvala onu demek isterdimki, Emin ozu bu ishde cox haqqsiz danishir niye? Cunki hec kim hec neye gore veteninden imtina etmeye haqqi yoxdur. Ne haqqsizliq bash verib? Nazir onu qebul edib, eks terefi ishden azad ederek onu ishe berpa edib, haqqi berqarar edib. Sonradan nese teleb ireli surmey sadece duz deyil, o ishe berpa olanda bunu shert olaraq demeliydi. Yeqinki bu mesele onun terefinden evvelden deyilmeyib sonradan berpa olduqdan sonra tamah onu buna vadar edib. Men oz fikrimi obyektiv olaraq bildirirem ve biliremki, bele meseleler evvelceden razilashdirilir. Qaldi onun tutulmaxina ola bilsinki, onu yol polisi sherliyib bele sheylerde istisna deyil, deyerdim hetta yol polisinin bezi ishcileri bu fennerden meharetle istifade edirler. Amma mene qaranlix odurki, eger yol polisi Emini tehqir etmishdise niye o bu barede meseleni qaldirmamish, ve ozude Bash idarenin ishcisi olduxu halda, ona qarshi hansisa adi yol polisinin cezalandirmasi ucun resmi muraciet etmemishdir. Axi Emin 18 ildir Polisde ishleyir bunun yolunu yaxshi bilir. Men inanmiramki, bu mesele sifarishli olsun, adi haldir surucu ve yol polisi arasinda bash verib, her iki teref oz xeyrine danishmalidi.Sadece burada yol polisi ozunu mudafie etmek ucun qanuni muraciet ederek lazimi senedleri toplayaraq ozunu Bash Polis Idaresinin ishcisinden nece deyerler siqortalayib. Daha doqrusu yol polisi birinci terpenerek ona qarshi, Bash idarenin ishcinden, rehberliye muraciet olduxu halda ozunun haqli olduxunu subut etmek ucun edib. Eger doqrudanda Emin yol polisin vezifesinden istifade ederek tehqir etmeyibse, hedeleyib poqonun cixartmayibsa, ve eksine ona qarshi zor tetbiq olubsa, bes onda niye o ozu ekspertizadan kecmeyib ve rapotla rehberliye muraciet etmeyib. Bu mene cox qaranlixdirdiki, 18 ilin polis emekdashi yeni bunlari bilmir? Dushunuremki, bilirdi amma inanmirdiki veziyyet bu yere catsin. Duzunu desem bu meseleye gorede polis mayorununda hebs olunmaxini basha dushmurem, onu gunahi subut olduxu halda en uzaxi ishden azad etmekle kifayetlenmey olardi. Her halda meqalede bir terefin fikri derc olduxundan obyektiv olmaqda cetindir, amma yenede oz fikrimde qetiyemki, hec bir sebeb insani Veteninden imtina etmeye vadar etmemelidir. Avropa mehkemesi yaxshi olarki, bizim qacqinlarin erizesine baxib, onlari torpaqlarina qaytarsin yoxsa oz maraqlarina uyqun erizeleri qebul ederek sonra ozumuze tezyiq vasitesi kimi insan huquqlari pozulur deyerek oz elimizle ozumuzu vurmaqla deyil. Komissar Tomas yaxshi olardiki 1milyon qacqin dushmush Azerbaycan vetendashlarinin huquqlarin berpasin temin edilmesi ucun BIR ISH GORSUN.

Kimdən: duz Adamdan Haradan: Bakidan
17.03.2010 03:19
ay Emin seni Nazir qebul edib, ishe berpa edib, poliklinikanin bash hekimin ishden qovub, sen ne isteyirsen men basha dushmurem... eger fikrin xarice xal toplayaraq getmeydirse bu bashqa mesele, amma unutmaki hara getsende senin orada yolunu gozleyen yoxdur. acixi sen rus demishkem ( perebarshit ) elemisen, sen israfa yol vermisende demey olar, ozunu mudafie heddini ashmisanda demey olar. sozlerinde indi mende shubhe doxurur niye? cunki gah H.Eliyevi terifleyirsen gahda pisleyirsen, gah deyirsen deyeydiler yaz erizeni cix ishden mende yazib cixardim gahda pul teleb etmeye bashlamisan. Sen yeqin ozunde indi iceride oturub basha dushmusenki cox derine getmisen, Sene en boyuk hediyye o idiki Nazir seni dinleyib bash hekimi ishden azad etmishdir. Men hakim deyilem amma bu olaylarda sen fikrimce zabit kimi deyil, bir ushax kimi belkede nefsi ile bacarmayam bir insan kimi hereket etmisen. Allah sene yenede komek olsun oz xalqimizin ovladisan.

Kimdən: kənan Haradan: bakıdan
16.03.2010 22:46
Emin müəllim allah baqlı qapıılarını acsın .

Kimdən: Bayandur Xan Haradan: Derdli Baku
07.03.2010 09:35
Salam a Millet !!!
Eshq olsun menim sevimli polislerime... ! Men bu polis mayorunun aqibetine aciyiram. Allah komeyi olsun. Her halda zindandadir. Amma bele hallarin olmasi insanlara ne qeder menevi psixoloji tesir gosterirse, diger terefden de bir o qeder yaxshi bir ishdir. Pis terefini hami bilir. Yaxshi terefide odur ki, vaxtiyle bu cenab mayor insanlarin haqli muracietlerine cox soyuq ve laqeyid yanashirdi. Indi bu hem onun ozune hem de diger memurlara bir ibret dersidir. Bes bu mayorun xanimi niye evlerine haram pullar gelende durub metbuata aciqlama vermirdi ki, ay millet menim erim milletin qanini icir. Allah komekleri olsun. Amma bele olmasi daha yaxshi haldir. Cun ki, hami bilmelidir ki, vezife xatirine milletin qanini icmek gunahdir. O ki qaldi Arzu Abdullayevanin aciqlamasina, demek isteyirem ki, Azerbaycanda ne huquq var, nede huquq mudafiecileri. bashda Ombudsmanimiz olmaqla, hamisi maraq ve pul gudurler. Hormetli Arzu Abdullayeva ve digerleri barmaqlarini yumub saysinlar ki, bir dene yetim dustaqin bashini siqallayib onun baresinde nese deyibler. Allah elemesin. Bes onda pulu hardan qazanarlar. Siz fikir verin, butun huquq mudafiecileri ya pullularin yada rezonansli mehkumlarin etrafinda pervane kimi firlanirlar. Ona goreki hem mehkumlardan pul alirlar, hem de kenardan qonarar. Eger bele deyilse onda lenet olsun qelbimdeki huquq ve huquqmudafiecileri sevgisine. Eger Arzu xanim menim sozlerime etiraz elese, men haziram onun ve digerlerinin qarshisina faktlar qoymaqa. Di saqolun. Allah sizleri qorusun. Ne huquqa, nede huquq mudafiecilerine mohtac olmayasiniz.

Kimdən: hasan Haradan: baku
06.03.2010 19:54
Allah köməyin olsun,Rəbbimiz sevdiyi bəndələrini sınağa çəkir,səbr edənləri sevir,şükür et ki,hər cün ,bir neçə epizod xüsusilə ağır cinayətlər (təsnifata görə 12 ildən çox iş düşən)törədən,yəni ...rüşvət alanlar,kilolarla heroini yandırmaq əvəzinə,kuklaları yandırıb,əsl h-nləri kilolarla satanlar(0,015 qrama görə tələbələri ,ailə başçılarını,sənətkarları(manıs demirəm) bədbəxt edib tutanlar,şərləyənlər),milyardlar(Həzi Aslanov 5-6 il əvvəl 5 min manatlıq Golf sürürdü,indi şərləmələrə görə generaldır,1-cə ğün belə əməliyyatda işləmədən)alverdən qazananlar və (gündə 100-lərlə narkotiklə tutulur,soyulur,nerioinlər isə qeydiyyatsız paylanılır,satılır və "yüklənilir" )s.cin.edənlər,cibinə,evinə,maşınına 5-10 kilo heroin atardılar(onsuz da yenə özləri götürüb satırlar,məhkəməyə isə toz-torpağı büküb ğöndərirlər),deyərdilər ki,polisə ləkə və narkobizneslə məşğulsan.Şükr elə. O dilənçi QAİ işçisı DİN X.inspeksiyanın sifarişini(özünü pulla tutublar,deyiblər ki,5 günə ya sən ,ya Emin)yerinə yetirib.Sən isə adi növbətçi və ya kadr işçisi nə biləsən əməliyyat nədir.Bundan da istifadə ediblər,zəif tərəfi qırmaq asandır.
Zakir Nəsirov kimi əməliyyatçı-nazir (oğlu olmasa idi, tuta bilməzdilər) şərlənib. Halbu ki, Ramil Usubovun kabinetində çay içirdi, işə də gəlmirdi ki, Z.Nəsirov nəsə desin.
Bu işləri qisas üçün poliklinika-2-nin sabiq rəisi də sifariş verər, olmasın 5 min inspeksiyaya rüşvət.
Həyat enişli-yoxuşludur, yaxşı ki, cavanlıqda sınağa çəkildin,dözərsən,1 il yatıb çıxarsan.İsmayıllının polis rəisi 4 il türmə yatdı, indi rəisdir.
Cavab

Kimdən: Ayxan Haradan: Bakı
01.04.2010 00:32
Hörmətli Hasan bəy görəsən hardan belə məlumatlıdır ki, Nazir kiminlə nə vaxt nə içib, Aslanov Golf sürüb-neyniyib, İsmayıllı polisinin rəisi neçə il həbsdə olub və sair?... Ehtimal olunur ki, bu hörmətli Hasan bəy Daxili İşlər Nazirliyinin inzibati binasında çayçı işləyib. Amma əslində bu yoldaşın "yükləmək" və sair polis və kriminal aləmində istifadə edilən ara sözlərindən açıq aşkar görünür ki, bu özü də vaxtılə polis orqanlarının əməliyyat xidmətlərində çalışıb. Sadəcə yəgin ki, bu cür intriqa və dedi-qodularla məşğul olduğu üçün işdən kənarlaşdırılıb və hazırda belə səviyyəsiz söz-söhbətlərlə məşğuldur. Bundan əlavə, özünü savadlı və çox bilmiş hesab edən Hasanın tərtib etdiyi 5-6 cümlədəki çoxasylı qrammatik və orfoqrafik səhvlərə nəzər yetirsək, onun xidmətdən xaric edilməsinin səbəbini hasanlıqla taparıq.

Siz əgər özünüzü həqiqətən də təcrübəli əməliyyatçı, və umumiyyətlə məharətli polis və hüquqşünas hesab edirsinizsə, ən azı bilməlisiniz ki, barəsində məhkəmənin hökmü qüvvəyə minmiş Nəsirov kimi polisin adına ləkə gətirən əməkdaşa haqq qazandırmaq nəinki cinayət, hətta deyərdim ki, onun cinayətlərdən əziyyət çəkən zərərçəkənlərə qarşı mənəvi cinayətdir!

Kimdən: banda Haradan: vatansiz
05.03.2010 22:39
bura vatandir ,qani icandir,omur yetandir haqsizliqlari gormaya

Kimdən: banda Haradan: vatansiz
05.03.2010 22:30
ay yaziq qardash moyor,bas san da polissan rushvat al, mamursan axi.dey montinda pakdan ev yeri gotur, natarki ,butun mamurlar yani hokumatin qohumlari,hatta hormatsiz sheyximiz goturub.sanda gotur, sonra da sotu 1 000 000 a sat na maash .maash da Heydar fonduna ver .ham san qazan , ham da fondumuz. fonda da navamiza , villa alaq axi qacanda qalmaga yer lazimdir , bir gun ingiltarada , moskvada , dubayda , harda harda. san da forumun qaydasini oxu salmisan na deyirik ki
Cavab

Kimdən: Anonymous
24.03.2010 16:39
ay vatensiz qardash yashi bilirsen gorunur neyi hardan alib satmax lazimdir, butun memurlar deyirsen alir, deyesen vekilleride natariuslarida sen olmusan? qiymetlerinde bilirsen , hansi fonda ne qeder verildiyinde bilirsen, deyesen ozunde alib satmisan axi? gorunur ozunde ele indiden qacib getmisenki, pullari qalmaxa yer ucun gizledesen. bu bosh bosh sohbetlerden bezmediz qacib uzaxda oturub oz xalqinin dovletinin arxasinda danishan adamlardan ne gozlemey olar axi, olarin bir adi var bosh boqaz satqinlar. gedin orda hanbal, otelde zibil temizleyen, uzaxi oficiant ishleyin, sonrada burda deyinki, sizin her sheyiniz var... gulmeli adamlar hami bilirki, sizi orda qul kimi ishledirler. bir azda dovletin dalinca danishsaniz belke 1-2 yevro artix rul alarsiz. adama deyerler ay bala get ishinnen meshqul olda , sen kimsen axi fond haqqinda axzina geleni danishirsan.

Kimdən: Murik Haradan: Baki
05.03.2010 19:35
Maraqlidir polis mayoru Pajro-nu hansi maashina alib?
Cavab

Kimdən: Bakili balasi Haradan: ABS
06.03.2010 05:33
as salamun aleykum: qardash bes bilmirdiz muselman qardashlari gunahsiz tutub serliyende, hemen hadise memurlarida gozleyir? Allah edaletlidir: yenede allah komek olsun. EY MEMURLAR ALLAHDAN QORXUN ISLAMA QARSHI CIXMAYIN