Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:24

Xüsusi layihələr / Eurovision-2010

«Tənqidlərə normal yanaşıram»

Səfurə Əlizadə
x
Səfurə Əlizadə

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
«Tənqidlərə, anti-təbliğat kampaniyasına normal yanaşıram, deyilənlər hər kəsin şəxsi fikridir».

Azərbaycanı «Eurovision-2010» mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadə mətbuatda onun haqqında yazılan tənqidi fikirlərə münasibət bildirərkən belə deyib. O, Azərbaycanı layiqli təmsil edəcəyinə əmin olduğunu deyir:

«Bu işin məsuliyyətli olduğunu bilirəm, inanıram ki, Azərbaycanı layiqincə təmsil edə bilərəm. Çox çalışacağam ki, ifam insanlara xoş təsir bağışlasın».

Səfurə Əlizadə artıq sabahdan müsabiqəyə hazırlıq məqsədilə səfərə yola düşür. İfaçı əvvəlcə Ukraynada hazırlıq keçəcək, mahnının yazılışı isə İsveçdə olacaq. Bu barədə mətbuata «Eurovision» müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli məlumat verib. O, həmçinin mətbuatda Səfurənin seçiləcəyinin əvvəlcədən məlum olması ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

«SƏFURƏNİN SEÇİLƏCƏYİNİN ƏVVƏLCƏDƏN MƏLUM OLMASI BARƏDƏ FİKİRLƏR YANLIŞDIR»

«Əvvəlcə onu deyim ki, kimisə seçmək bizim tam hüququmuzdur və əgər Səfurəni əvvəlcədən seçmişdiksə bu cür söz-söhbətə rəvac verməzdik. Məqsədimiz obyektiv olmaq və daha yaxşısını seçməkdir. Odur ki, kimin seçiləcəyinin əvvəlcədən məlum olması yanlış fikirdir».

Səfurə Əlizadənin hansı meyarlara görə seçilməsinə gəlincə, Adil Kərimli deyir ki, münsiflərin qərar verməsi heç də asan başa gəlmədi:

«Namizədlərdən üçü də seçilməyə layiq idi. Lakin münsiflər heyəti bu qənaətə gəldi ki, «Eurovision» meyarlarına daha uyğunu Səfurə Əlizadədir».

YERLİ BƏSTƏKARLAR TƏRƏFİNDƏN MİLLİ TƏŞKİLAT KOMİTƏSİNƏ MAHNI TƏQDİM OLUNMAYIB

«Eurovision-2010» müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün Milli Təşkilat Komitəsinə göndərilən və martın 2-də keçirilən finalda üç namizədin ifasında təqdim olunan dörd mahnıdan hansının seçiləcəyi isə martın 18-dən sonra bəlli olacaq.
Adil Kərimli
Adil Kərimlinin dediyinə görə, seçim zamanı hansı mahnının Səfura Əlizadənin ifasında daha yaxşı səslənməsi nəzərə alınacaq.

Sözü gedən dörd mahnının - «Cancelled», «Under My Skin», «Drip Drop» və «Soulless» mahnılarının hər biri xarici bəstəkara məxsusdur. Nümayəndə heyətinin rəhbəri deyir ki, yerli bəstəkarlar tərəfindən Milli Təşkilat Komitəsinə heç bir mahnı təqdim olunmayıb. Bununla belə, Adil Kərimli seçiləcək mahnıya milli koloritin əlavə olunacağını da istisna etmir. Namizəd mahnıların tənqidlə üzləşməsinə gəlincə, o deyir:

«Ötən il Aysel Teymurzadənin duet ortağı Araşla birgə ifa etdiyi «Always» mahnısı da əvvəlcə mütəxəssislər və yerli əhali tərəfindən bəyənilməmişdi. Amma uğur qazanandan və mahnı hitə çevriləndən sonra hamı mahnının mükəmməl olduğunu bildirdi. Ona görə də düşünürəm ki, hazırda namizəd mahnılar haqqında nəsə demək hələ tezdir».

«Eurovision-2010» mahnı müsabiqəsi bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək. Azərbaycan 55-ci «Eurovision» müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Quzeyli Haradan: Ankara
20.03.2010 18:53
Qısaca, Azərbaycan Musiqisi ən səviyyəsiz günlərini yaşıyır...
Anlamıram, bir İngilisin oxduğu mahnıdan bizimki nə ilə fərqlənəcək?!
Üzeyir Hacıbəyli bizi bağışlasın, onun yolunda gedə bilmədik! Ən azından o operalarımı Azərbaycan dilində yazmışdı...

Kimdən: Azeri Haradan: Ingiltere
18.03.2010 01:34
Tenqidlere normal yanasmaq yox, netice cixarmaq lazimdir.

Istirakcilar icinden en babati Meryem idi.

Bunu avropada yasayan ve avropa tamasacisinin zovqunu umumilesdirerek eminlikle avropaya yalniz alis-verise gelen munsifler heyetine bildirmek isterdim.


Kimdən: azadliq
15.03.2010 11:48
hormetli adil kerimli,onu bilinki,kechen il,aysel yox,arasha gore o mahni debe mindi,ayselinde sesi yox idi,kechen defe hiyleviz tutdu,budefede bu sefureye enrikiden zaddaN QOSHUNKI,BELKE BIR YER TUTAQ,YOXSA BIABIRCHILIQ OLACAG.INDI BUTUN AVROPA ELE BILIRKI AZERBAYCAN BOMBEYDI,BILIRSIZ NIYE,CHUNKI SEHNEDE GEYIMLERE GORE,AYSELDEN SONRA MEN ELE BILDIM,TENQIDLER olub duzeler,amma bu lap dahada soyunduki.neise chox hayifki,medeniyyetimiz bele gozterilir Avropaya.ar olsun

Kimdən: Davud Babayev Haradan: Şəki-Qax
08.03.2010 20:18
Salam Səfurə.Mən Qaxda yaşayıram,Bankda işləyirəm.Sənə Gürgüstanın GEOCELL-dən səs göndərəcəm.Burada tutur.Özüdə bir neçə dostuma bu kartdan hədiyyə edəcəm.Gürgüstandan sənə gələcək səs əslində 50 %-i mən göndərmək istəyirəm.Sizə uğurlar arzu edirəm.Qaxlı Bankir Davud və əmi qızı Cəmilə.

Kimdən: REYHAN Haradan: UKRAINA
08.03.2010 13:29
oxumagina oxyyacaqsan ay Safura.amma 1 az geyimine fikir ver.

Kimdən: Javanshir
08.03.2010 12:35
Bu qizin akcentini eshitmemishem, amma sesi yoxdur bu deqiqdir, monoton ve adami darixdiran sesi var, Ukraynadan gelen qiz yene pis deyildi. Men de Manaf Agayevin terefdariyam, AY CANI YANMISH xiti ile:))

Kimdən: azeriden Haradan: moskva
07.03.2010 00:39
asaxidan yuxari birinci yere layiqdir . butun milletler qabaxa qedir bizimkiler dala qedir . hani bizim bestekarlarimiz deyesen yatiblar fil qulaxinda

Kimdən: Tupic Haradan: Baki
06.03.2010 13:42
Milk ve kisses grupu iki il bundan gabag ayri rok grupunun terkibinde bu sechimlerde hagsiz uduzmushdular. chox peshekar gizlardi. yegin bir gun bextleri getirecek.

Kimdən: Oxucu
05.03.2010 15:59
Milk and Kisses qrupu dogurdan da gozel ifa etdiler xususen de Drip drop musiqisini, peshekarliq numayish etdirdiler. Goz gore gore qizlarin haqqini yediler.Duzdur o qeder haqsizliga oyrenishmishik ki, bizim ucun ferqi yoxdur.
Sefureden hec danishmagina deymez. Biabirciliq!!!

Kimdən: Xeyal Haradan: Baki
05.03.2010 12:21
Men Ceyhunun dedikleri ile raziyam.Bele zovqsuz balerina geyimi ile Avropaya getmek olmaz.Sefurenin iki ay yarim vaxti var her gun ingilis dili ile mesgul olsun,aksenti aradan qaldirsin.Mahniya evvel qulaq asanda ele bildim ingilis azerbaycanca oxuyur.
Səhifə (2)
    Növbəti