Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 15:07

Verilişlər / Can Bakı

Şollar - Şuller deməkmiş

Tarixçi alim Vahid Xanəliyev
x
Tarixçi alim Vahid Xanəliyev

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Martın 3-ü «Can Bakı» proqramının canlı efirində Şollar su kəmərinin tarixi müzakirə mövzusu olub. Tarixçi alim Vahid Xanəliyev Bakının su təchizatı tarixini «maraqlı və keşməkeşli» adlandırıb: «1859-cu ildə baş verən dağıdıcı Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin bura köçməsi, 1870-ci ildən şəhər statusu verilməsi və özünüidarə sisteminin tətbiqi, 70-ci illərdən sonra neft sənayesinin sürətli inkişafı Bakını əyalət şəhərindən dünyanın ən böyük sənaye şəhərlərindən birinə çevirdi».

BAKIDA TEZ-TEZ YOLUXUCU XƏSTƏLİKLƏR BAŞ VERİRDİ

V.Xanəliyev bu sıraya dəmiryol xəttinin çəkilişini, qeyri-neft sektoruna sərmayə qoyuluşunun artmasını da əlavə etdi: «Artıq 90-cı illərdə Bakıda 350-dən çox milyonçu vardı».

Bütün bunlar su təchizatında böyük çatışmazlıqların yaranmasına səbəb olub.

V. Xanəliyev 70-ci illərə qədər İçərişəhəri təmin edən 3 su xətti olduğunu bildirdi: «XV əsrdə tikilən Şahsu kəməri, Məmmədqulu xan və Hüseynqulu xan su kəmərləri».

Bundan əlavə, şəhərdə 600-ə qədər quyu olduğunu söyləyən Vahid Xanəliyev quyuların çoxunun şor olduğunu, bəzilərinin isə diqqətsizlikdən tez sıradan çıxdığını vurğuladı: «Elə bu səbəbdən də, Bakıda tez-tez yoluxucu xəstəliklər baş verirdi ki, bu da çoxlu can alırdı».

Artur Kappel adlanan su şirinləşdirici şirkətin sutkada 90 min vedrə su təmizləməsi də problemi həll edə bilmir: «Çünki bu su da əhaliyə tam verilmirdi. Neft müəssisələrinə çatdırılırdı. Quyuların tamponajı şirin su ilə aparılırdı. Bakıya gələn suyun 70 faizi neft emalına sərf olunurdu».

Əhalinin su təchizatını Adamyan və Babayan qardaşlarının quyu şirkətinin gördüyünü deyən tarixçi alim, bu sahədə inhisar olduğundan, o dövrdə suyun qiymətinin xeyli qalxdığını da sözlərinə əlavə etdi.

1904-cü ildə Zuğulbadan çəkilən su da şəhəri xilas edə bilmir. Su yararsız idi, texniki məqsədlər üçün istifadə olunurdu.

Belə bir dövrdə şəhər idarəsinin və Dumasının tərkibində xüsusi su təchizatı şöbəsi yaranır. Onun da xüsusi bir xeyri olmur.

Və bu zaman Hacı Zeynalabdin Tağıyev (o şəhər idarəsinin və Dumasının üzvü idi), eləcə də Həsən Bəy Zərdabi (o da komissiyanın üzvü idi) əhalinin su təchizatını yaxşılaşdırmaq üçün çox böyük səylər göstərməyə başlayırlar.

Hacı hələ 90-cı illərdə - şəhəri növbəti vəba xəstəliyi bürüyəndə, Kürdən Bakıya su çəkilişi ideyasına qarşı çıxıbmış: «O deyirdi ki, bir halda ki, Tiflisdən çaya kanalizasiya suları axıdılır, onu xalqa vermək olmaz».

TAĞIYEVİN 3 MANAT QIZIL PULU

Hacı şəhərə yeraltı sular çəkilməsinin tərəfdarı imiş. 1898-ci ildə o öz cibindən 3 min manat qızıl pul ayırır və şəhər idarəsini işçisi İbad Əliyevi Odessaya ezamiyyətə göndərir. Orada Hidravliklərin beynəlxalq qurultayı gedirmiş. Mühəndis orada müsabiqə elan edir. Bakıya ən sərfəli su kəməri təklif edənə 3 min manat veriləcəyini bildirir: «O vaxt bu qurultayda olan milliyyətcə isveç, ingilis təbəəsi, Almaniyanın Frankfurt-Mayn şəhərində çalışan məşhur hidravlik mühəndis L.Lindley bu təklifə müsbət cavab verir».

Lindleyi Bakıya çağırırlar. O bütün su mənbələrini gəzir. Ancaq indiki Şollar bulaqlarını bəyənir:

«Üstü qarlı Şahdağdan süzülüb gəlməsi, dənizə 12 yeraltı çayın axması, suyun tərtəmiz olması Lindleyin buranı seçməsinə səbəb olur. İçməli suyun simvolu - Şollar suyudur - deyir!

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov
Bakıya Şollar suyunun çəkilməsinə maneə yaradanlar tapılır. Adamyan-Babayan qardaşları və şəhərə su daşıyıb satan Saruxanyan küllü miqdarda xeyir götürürdülər və kəmərin çəkilməsinə qarşı idilər. İl ərzində suya 25-30 min xərc qoyurdularsa, gəlir 120-130 mini ötüb küçirdi....
Onlar Quba-Xaçmaz bəylərini bu kəmərin çəkilməsinə qarşı çıxmağa səsləyirdilər. Deyirdilər ki, oradan su çəkilsə torpaqlarınız məhv olacaq!».

Lindleyin təklifi Moskvada yerləşən «Neptun» Ekspertiza Cəmiyyətinə göndərilir. «Neptun»dan müsbət cavab gəlir: «Kəmərin çəkilişi əksinə, bitkilərə zərər verən artıq su ehtiyatının normallaşmasına səbəb olacaq».

Ərazinin cənub hissəsində kəndli təsərrüfatlarına kömək üçün Samurdan şəhər idarəsinin hesabına suvarma kanalı çəkilməsi şərtilə razılaşırlar. Amma Dumada, şəhər idarəsində yenə kəmərin əleyhdarları var idi. Və onda Lindley Dumada çıxış edir.

- Lindleyin Dumadakı tarixi sözlərini eşitmək istəyirsinizsə;

- Su kəmərinin hansı tarixi keşməkeşlərdən keçdiyini, niyə açılışının ləngidiyini bilmək istəyirsinizsə;

- Bu kəmərin çəkilişi üçün hansı yola əl atıldığını, Hacı Zeynalabdinin II Nikolaya niyə məktub yazdığını öyrənmək istəyirsinizsə;

- Bakı milyonçularının kəmərə görə pul xərcləyib-xərcləmədiyini və s. bilmək istəyirsinizsə «Can Bakı»nı dinləyin.

Qaldı yazının başlığına, onu açmaq məcburiyyətindəyəm. Sən demə, Şollar su kəmərinin adı mühəndis Lindleyin köməkçisi, uzun zaman qurulan çadırlarda suyun analizlərini aparan Şullerin soyadının təhrif olunmuş forması imiş!

Verilişdə həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə içməli suyun sanitar keyfiyyətlərinin - onun bulanıqlıq dərəcəsinin normaya uyğun gəlmədiyini deyib:

«Bu da ondan irəli gəlir ki, bəzi rayon istismar sahələrində su boruları köhnəldiyindən, yenilənir. Bu zaman dövlət sanitariya xidmətinə məlumat verilmədən, birbaşa kəmərə su vurulur. Bu da bulanıqlığı artırır».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Murad
04.03.2010 15:20
Bu adamın 2 sözündən biri möhtərəm prezidentdir. Yəni onun apardığı araşdırmaya da , dediklərinə də inanmıram.

Kimdən: Avropali xanimdan Haradan: Avropa
04.03.2010 14:23
Allah Haciya rehmet etsin.Indiki zamanda Hacidan defelerle artiq milyoncular var, amma ondan artiq xeyriyyeciolmaqa qeyretleri catmir.

Kimdən: Mehman Haradan: Gullar olkesi
04.03.2010 13:19
Allah sene rehmet elesin Haci.Yaxshi ki bu gynleri gormyrsen

Kimdən: Firudin Haradan: Keshlaburg
04.03.2010 06:32
Bəs mən haradasa oxumuşdum Şollar sözü çox qədim, hətta betər qədim türkdilli Şol tayfasının adından götürülüb...
Sən demə... Şüller...
Vay vay vay... :(

Kimdən: Musteqil Haradan: Baki
04.03.2010 02:21
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin
Kazımov ele danishdi ki,guya Baki sheherinde ehalinin suya telebatinda hec bir problem yoktur.Deve girir pambiga deyir meni hec kim görmur.
Bakida ele kendler var ki,onlar icmeli suya hesretdiler. Baki sheherinde cok yerde bulaniq sullar evlerde geir.Anbarlarin temizlenmesi hecde xalqin ishi degil,ona göre xalq su pulunu ödeyir.Xalq temiz su verilmesi bilaveste dövletimizin borcudur.Biz ne zamana geder yalan danishacaqiq.

Kimdən: A.B. Haradan: baki
03.03.2010 20:27
Əgər Zeynalabdin Tağıyev bilsə idi ki, onun çəkilməsinə köməyi dəydiyi şollar suyunu qablara doldurub baha qiymıtə xalqa sataraq ciblərini dolduracaqlar heç bunu etməzdi. 03.03.10.