Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:11

Verilişlər / Oxu zalı

"Mən heç vaxt Məhəmməd peyğəmbərin çadraya qarşı olduğunu yazmamışam"

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Əslən Banqladeşdən olan feminist yazıçı Təslimə Nəsrin deyib ki, Hindistanın cənubunda baş vermiş iğtişaşların səbəbi heç də onun yazıları deyil.

Parisdə yaşayan yazıçı bildirib ki, sadəcə, yerli qəzetlərin biri onun fikirlərindən “sui-istifadə” edib və bunu onun məqaləsi kimi təqdim edib.

“Mən heç vaxt – heç bir məqaləmdə Məhəmməd peyğəmbərin çadraya qarşı olduğunu yazmamışam” – deyə yazıçı vurğulayıb.

Martın 1-də Şimoqa şəhərində baş verən iğtişaşlarda 2 nəfər ölüb, 15 nəfər yaralanıb, 50-dən çox adam həbs edilib. Şəhərdə kamendant saatı tətbiq edilib.

Nəsrin deyib ki, qəzetin onun fikirlərini qəsdən təhrif etdiyini və bununla cəmiyyətdə gərginlik yaratmaq istədiyini düşünür.

“Mən sülhün və əminamanlığın bərpa olunmasını istəyirəm”.

Martın 1-də baş verən iğtişaşlarda yüzlərlə müsəlman iştirak edib, onlar Təslimə Nəsrinə məxsus olduğu deyilən yazıya kəskin etirazlarını bildiriblər. 

Bu, Nəsrinlə bağlı ilk qalmaqal deyil.

1994-cü ildə o, vətəni Banqladeşi tərk etməyə məcbur olmuşdu. Radikal müsəlmanlar “Lacca” (“Utanc”) adlı romanına görə onu kafirlikdə ittiham etmişdi.

Romanda müsəlmanlar tərəfindən təqib edilən hind ailəsindən danışılır.

Sonrakı on ili yazıçı qərbi Avropada və Amerikada keçirib.

2004-cü ildə Hindistan ona müvəqqəti yaşayış icazəsi verib.

Nəsrin Banqladeşlə həmsərhəd Qərbi Benqal ştatında – Kəlküttə şəhərində məskunlaşıb.

Amma onun şəhərdə yaşaması müsəlmanların etirazlarına səbəb olub, 2007-ci ilin noyabrında şəhərdə kütləvi iğtişaşlar baş verib.

Şəhərə hətta qoşun yeridilib.

Bundan sonra Nəsrin paytaxt Dehlidə gizlənməyə məcbur olub. Amma 2008-ci ildə ölkəni tərk etməyə məcbur olub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Şahin
03.03.2010 10:25
Mən ölüm bu kimi insanlar bu dünyada həm yaşayıb həm də səyahət etmənin yolunu tapıblar. Necə deyərlər "haqqın yolunu tutublar"... Nə var ki, hər kəs əlinə qələm alsın, milyonların inanclarına qara yaxıb ağzına gələni danışsın və budur, Parijin, Londonun, Vaşinqtonun qapıları üzlərinə açıqdır. Ancaq Azərbaycanda alim Almaniyaya şengen vizası ala bilmək üçün daha nələrdən keçməlidir, onu bir Almaniya (və ya Fransa olsun) səfirliyi bilir...
Cavab

Kimdən: Akif Haradan: Baki
04.03.2010 23:11
Bashqa ne cur olmalidir ki, dushuncesine gore teqib edilen insana daha chox destek olurlar. Hem milyonlarin inancina qarayaxmaga ehtiyac yoxdur, sadece ortada olan faktlari yazmaq yeter.