Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / İşdən sonra

Elmar Hüseynovun xanımı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib

Ruşanə Hüseynova

Ruşanə Hüseynova

01.03.2010

Norveçdə mühacirətdə yaşayan “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun xanımı Ruşanə Hüseynova Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. O, Azərbaycan hökumətinin onun həyat yoldaşının qətlinin üstünü açmamasından şikayət edib.
 
“Turan” informasiya agentliyinə müsahibəsində Ruşanə Hüseynova istintaqın gedişi haqqında da məlumat verilmədiyini deyib. O, Avropa Məhkəməsindən xahiş edib ki, Elmarın qətlinin Avropa İnsan Haqları Konvensiyasının yaşamaq, fikri azad ifadə etmək, effektiv məhkəmə müdafiəsi hüququna malik olmaq kimi prinsiplərinə zidd olduğunu təsdiq etsin.

Hakimiyyəti tənqid edən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin qarşısında qətlə yetirilib. Hələlik Azərbaycanın hüquq-mühafizə orqanları bu qətldə şübhəli bilinənlərin axtarışı ilə məşğul olduğunu bildirir. Hadisənin səbəbləri haqqında da rəsmilə bir söz demirlər.

(Ruşanə Hüseynovcanın “Turan” agentliyinə müsahibəsi ilə burada tanış ola bilərsiniz.)

Martın 1-də AzadliqRadiosunun "İşdən sonra" proqramında da Elmar Hüseynovun qətli müzakirə edilib.
 

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov İNTERPOLun Azərbaycan bölməsinin rəhbəri Sahib Mirzəyevə istinadən bildirib ki, qətldə şübhəli bilinənlər axtarışdadır və onların Azərbaycana təhvil verilməsi üçün danışıqlar aparılır. Sadəcə Gürcüstanla Azərbaycan arasında ekstradisiya barədə saziş olmadığından bu iş həllini tapmayıb.

Müzakirələrə qatılan RUşanə Hüseynova isə bildirib ki, o, Gürcüstan Ədliyyə Nazirliyinə məktubla müraciət edib: "Bizə cavab verdilər ki, Azərbaycandan heç vaxt, bir daha təkrar edirəm heç vaxt Tahir Xubanov və Teymuraz Əliyevin ekstradisiyası ilə bağlı rəsmi müraciət etməyiblər".

Bəxtiyar Sadiqovun irəli sürdüyü versiyaya görə, Urkaynada Qonqadzenin, Azərbaycanda isə Elmar Hüseynovun qətli narıncı inqilablar üçün təkan kimi düşünülmüş ola bilərdi:

- Elmar Hüseynovun qatilinin tapılmasına ən çox maraqlı olan Azərbaycan hökumətidir. Azərbaycan iqtidarı cinayətin açılmasında müxalifətdən də, digər qurumlardan da daha maraqlıdır. Bu qətli törətməklə Azərbaycan iqtidarına zərbə vurmaq istəyirdilər. Ukraynada rəngli inqilablar, Gürcüstanda Rustavi telekanalı ilə bağlı məsələlər vaxtı belə hadisələr dəbdə idi. Mən belə hesab edirəm ki, Azərbaycanda da tanınmış jurnalisti qətlə yetirib sonra küçələrə axışmaq istəyirdilər. Bu qətli törətməklə Azərbaycan iqtidarına zərbə vurmaq istəyirdilər.

JMüzakirələrə qatılan jurnalist Çingiz Sultansoy isə düşünür ki, Azərbaycan hökuməti qətlin üstünü açmaq və qatilləri həbs etmək üçün konkret addımlar atmır, vaxtı uzadır, deyirlər ki Gürcüstan hökuməti imtina edir.

Jurnalist Ibrahim Bayandurlu Gürcüstanda özünü Teymuraz Əliyev kimi təqdim edən adamla görüşüb. O, deyir ki, MTN-də ona göstərilən fotoşəkil onun görüşdüyü adamın şəkli deyildi. “Amma həmin adam işin təfərrüatlarından məlumatlı idi və dedi ki, Elmarın qatillərini hökumətin yuxarı eşalonlarında axtarmaq lazımdır”.

Bayandurlu deyir ki, MTN Tahir Xubanov və Teymuraz Əliyevin şəkillərini hələ də axtarılanlar siyahısında yerləşdirməyib.

Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Azer Şəhər: Norvec
08.03.2010 15:15
Yazmaqa soz tapmiram.Men de 5 il once Elmarin eclafcasina qetle yetirildiyini eshiderek sarsilanlardan biri oldum. O vaxt hami bu qanin yerde qalmayacaqina umid edirdi. Ichimiz qezeb ve intiqam hissi ile dolu idi. Amma sonda cemiyyetin bu cinayetin ustunun achilmasi uchun hakimiyete yeterli tezyiq gostermeye gucu chatmadi. Evezinde hakimiyyeti cemiyyeti yendi. Ve artiq necenci ildir ki, lovqa birisinin bashinda dayandiqi gerizekali rejim gundelik olaraq oz xalqini yenmekle, qetle yetirmekle meshquldu. Hem fiziki, hem de menevi baximdan mehv edilirik. Bu dehshetin sonu ise gelib chixmaq bilmir. Eliyevlerin sonunu getirmek uchunse tekce gozlemek azdir, toplum olaraq yeniden mubarizeye atilmaq lazimdir. Bunun alternativi yoxdur. Eks halda,Elmarin qani ve hakimiyyetin toretdiyi butun qansiz cinayetler cezasiz qalacaq.En azi 30-50 il, yeni butov nesillerin mehv edilmesine yetecek bir muddete. Gelin, bele bir perspektivin reallashmasina imkan vermeyek, Eliyevlerin arzusun gozunde qoyaq.

Kimdən: lallezar Şəhər: virtual lalezar olkeden
04.03.2010 22:41
Elmar kimi nece adam var hech kim bilmeyen Gebelede , Zakatalada, Naxchivanda ve s. zencir gemirir camaat bele haksiz social seraitden. Turkiyede bele biabircilig yoxdur , orda adi insan her gun haksizligla uz uze gelmir pasportunu , arayisini, tehsilini , isini hech olmasa rusvetsiz ala bilir. Mene ele gelir ki Rusane hanimi hakimiyyete getirecek Norvech ve EU, ona gore ona komek etdiler , ona gore Elmara ABS da ulduz yapdilar ebedi. Yad ellerden gelen mercy nin umudinde galmisig o biri terefden de kime ve neye lazimdir bele milli hokumet ? olunca olmasin. Valideynleri valideynlik huququndan mehrum edir ganun usaga baxa bilmirse bes niye bele nation state galmalidir ki ? oz vetendasinin derdine care gilmir , yehudi lobbisinden gorxub dag yahudilerine serait yaradir, bir vaxtlar ruslar ve ermneiye serait yaradan kimi. Ama men Turkiyede Topkapi muzeyinde novbede goreni deyim : Turkler dedi ki Turkce danisan adamlar gelsin gabaga o birisiler gozlesin novbede . Bizde bele sey olar hech ? sora danisanda da deyir ki 2 dovlet 1 millet . Bize bele dovlet lazim deyil, bu oz klani ucun yaradir serait millet icin yox bu rezilliyin sonu ne vaxt catajak ay allah bezdik daha biz bezdik!!

Kimdən: xalq Şəhər: Baki
02.03.2010 19:41
Baxtiyar Sadiqov yaman qanun-qanun deyir,dovletimizde buqeder qanunsuzluqlari oldugu halda.

Kimdən: Asen Heshimli Şəhər: Xarkov
02.03.2010 15:04
Allah Elmari qeni-qeni rehmet etsin, mezari nurla dolsun ! Bextiyar Sadiqov kimiler kimi aldatmaq isteyir anlamiram, bu millet Elmarin olum fermanina imza atanlari yaxshi taniyir !!! Elmar meger canindan artiq sevdiyi Vetenini dunen de , bu gun de talan edenlerden yazmairdimi ? Hec neden qorxmadan, cekinmeden olqarxlarin cinayetlerinden yazmirdimi ? Besdirin, Vaqif Sadiqovlar nagil danishdiniz, yox bir iqtidar bu cinayetin ustunun acilmasinda hamidan cox maraqliymish !!! Ozunuze gedin ! Dunyani ozunuze guldlrmeyin, Elmarin qani hec zaman yerde qalmayacaq! Bunu da bilin !!!

Kimdən: Abdulla Shaiq
02.03.2010 13:46
Elmari oldurenler Gurcustanda gizlenirler Interpolun Azerbaycandaki numayenesi deyirki Gurcustanla aramizda huquqi anlasma imkan vemirki onlari tutaq. Aciq askar yalandi.

Kimdən: Aleksandr Şəhər: Baki
02.03.2010 13:33
Salam Elmar necesen sen olmemisen sen biznensen sen hemishe biznen olacaqsan allah sene rehmet elesin amma allahda bilsin hami bilsin ki sen olmemisen eshidirsiz millet Elmar olmeyib onlarin elyazmalari helede oxunur ve oxunacaqda, Eynulla allah komeyin olsun yoxsa onuda oldurmek isteyirsiz oldurun sabah men olacam onun yerine menide oldurun sabah menim kimi onun kimi minlerle olacaq allah haqqa qarshi cixanlari nelet elesin .........

Kimdən: Elchin Şəhər: Baki
02.03.2010 11:33
Allah Elmar Huseynova rehmet elesin!!!Ruşanə Hüseynovaya bu cetin missiysinda meqsedine catmasini arzulayiram.Bizim "hormetli Prezident"se bu barede daniwsa da hec bir ish gormur.Sadece danishir...Men de bu dovletin vetendashi olmagima utaniram.Utaniram ki hech ne ede bilmirem

Kimdən: Mövlana Yusif Şəhər: Böyük Turan
02.03.2010 10:54
Allah Elmara rəhmət eləsin! Allah onun ailəsinə güc-qüvvət versin ki, belə bir itkiyə sona kimi dözə bilib müabrizə aparsınlar və qalib gəlsinlər!
Allah Elmarın qətlini sifariş verənə (O BİR NƏFƏRDİR!) LƏNƏT ETSİN! Allah bizə imkan versin ki, cəmiyyəti bu quldurlarlardan təmizləyə bilək! Elmarın qətlini İBLİS sifariş verdi! Min lənət İBLİSƏ!

Kimdən: Firudin Allahverdi
02.03.2010 03:36
Verilişi sona qədər dinlədim.
Cəmiyyətimizdə çox mühüm bir dəyər - ləyaqət hissi deqredasiyaya uğrayıb.
Cavab

Kimdən: Seyid Şəhər: Aqdam
02.03.2010 11:27
Bextiyar Sadiqov cox leyaqetli insandir. Eshq olsun ona!!!
Cavab

Kimdən: Firudin Allahverdi
03.03.2010 00:29
Nə əlaqəsi var? Mənim də bir tərəfdən əslim Ağdama gedib çıxır...
Bu gün Elmar Hüseynovun məzarı başında Şahbaz Xuduoğlunun dediyi bir gözəl fikir burada yerinə düşür: ləyaqət kütləvi yox, şəxsi keyfiyyətdir.
Cavab

Kimdən: Cahangir Şəhər: Baki
02.03.2010 19:27
Yalniz Agdamli bunu yaza biler... Adiviz cixib xeyru yoxdur...

Kimdən: Vuqar Şəhər: Moskva
02.03.2010 01:26
Allah Elmara rehmet elesin!!!!!!!!Elmarin qetil sifarishchisi mehs bu hakimyyetdi ve bu hakimyyetden bu qetlin ustunu achmasini qozlemek-sadelovlukdur. Prezident ise soz vermishdi cinayyetin ustunu achacaqlar ve bir daha subut etdi ki onun verdiyi söz dəyərsizdir. Buda bizim Qarabagi almaq isteyen prezidentimiz. Her zaman deemishem ve deyeceyem men bele prezidentle utanc duyuram!!!!!!!!!!!!
    Növbəti 
Səhifə (2)