Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 15:09

Bloqlar / Qorxmaz Əsgərov

Bloklaşma və «Bloklaşma»

x
Şriftin ölçüsünü dəyiş - +
Qarşıdan gələn parlament seçkiləri Azərbaycanda siyasi partiyalar arasındakı debatları, müzakirələri yenə qızışdırıb. Gözlənilən prosesdir. İqtidar düşərgəsində o qədər də narahatlıq gözə dəymir. Səbəbi də aydındır. Kifayət qədər mərkəzləşmiş hakimiyyət və onu təmsil edən iri siyasi partiya – YAP var. Ötən seçkilərin nəticələri deməyə əsas verir ki, bu il də bu partiya və onun kiçik mütəfiqləri yerlərin 90 faizinə yaxınını tutmaq iddiasındadırlar və ən azı Mərkəzi Seçki Komissiyasının belə bir nəticəni elan edəcəyinə inanmaq üçün daha çox əsas var, nəinki tərsinə. Müxalifət düşərgəsində isə ciddi mübahisələr gedir.

MÜMKÜN MÜXALİFƏT BLOKLARI

Real olaraq Azərbaycan iqtidarına ciddi savaş açmaq imkanı olan qüvvələr arasında üç qütb seçilir. İlk iki qütbü AXCP, Müsavat və onların ətrafına toplaşmış siyasi partiyalar təmsil edir. Şərti olaraq yeni siyasi qüvvə adını daşıyan bir qrup siyasətçi, onlarla bağlı QHT-lər isə şərti olaraq üçüncü qütbü təşkil edirlər. 2000-ci ildən bəridir ki, adı çəkilən bu siyasi qüvvə hələ də bir siyasi partiya yaradıb ortaya qoymayıb. Bu qütbün yaranma səbəbinin özü digər iki qütbün siyasi uğursuzluqları ilə izah edilir.
Ümid edilir ki, uduzan siyasi qüvvələrin yerini daha çevik və başarılı insanların birliyi əvəz edə bilər. Müxtəlif dövrlərdə Eldar Namazov və onun yaratdığı Azərbaycan Naminə təşkilatı və İlqar Məmmədov və onun təmsil olunduğu REAL bloku bu üçüncü qütbün təmsilçilərindən sayılıblar. Yeni siyasi qüvvələrin ortaya çıxması başa düşülən və təbii bir prosesdir. Lakin bunun üçün heç olmasa birinci addım atılmalıdır, yəni konkret siyasi iddiası olan siyasi bir partiya yaradılmalıdır. Bu baş verməyənə qədər iqtidarla siyasi mübarizənin əsas yükü ənənəvi iki siyasi qütbün – Müsavat və AXCP-nin üzərinə düşür.

AXCP VƏ MÜSAVATIN BİR-BİRİNİ MÜHASİRƏ CƏHDLƏRİ


AXCP və Müsavatın demokratik müxalifətin liderliyi uğrunda bir-biri ilə bəzən açıq, bəzən isə gizli rəqabət aparmaları hamıya aydın olan bir faktdır. Hər əhəmiyyətli seçkilər öncəsi isə bu rəqabətin eyni ssenarili manevrlər əsasında getməsi deyəsən artıq çoxlarının əsəblərinə toxunmağa başlayıb. Nədir bu ssenari? Növbə ilə hərdən bu partiyaların biri ətrafına bir neçə xırda partiya toplayıb digərini öz blokuna dəvət edir və ümid edir ki, həmin blokda öz rəqibini mühasirəyə alıb qərarları təkbaşına verə biləcək.

1998-ci ildə AXCP Əbülfəz Elçibəyin rəhbərliyi altında müxalifəti birləşdirmək istədikdə Müsavat ciddi etirazlar edirdi. Gətirilən arqument təqribən bu idi ki, Müsavat Elçibəyin liderliyini qəbul edir, ancaq onun liderliyini qəbul etməyən bir xeyli başqa siyasi qüvvə var və buna görə də müxalifəti daha geniş koalisiyada birləşdirməyə ehtiyac var. Nəticədə, vahid namizəd əvəzinə «Beşlərin namizədliyi» ortaya çıxdı. Əbülfəz Elçibəy, İsa Qəmbər, Rəsul Quliyev, Lalə Şövkət Hacıyeva və İlyas İsmayılovdan ibarət qəribə bir namizədlər koalisiyası Müsavatın AXCP-nin onu mühasirəyə alması cəhdlərinə müqavimətin nəticəsi idi. Axırda da seçkiləri boykot etdilər...

2003-cü ildə vəziyyət dəyişdi. Müsavat Partiyası 20-ə yaxın siyasi partiyanı öz ətrafına toplayıb AXCP-ni də dəvət etdi. Bu dəfə də AXCP mühasirə cəhdi kimi qiymətləndirdiyi təhlükəyə özünəməxsus bir cavab verdi – AMİP-lə bloklaşdı. Müsavat isə seçkiyə bir neçə gün qalmış ADP-ni də özünə qoşub AXCP-ni AMİP-lə «tək» qoydu və nəticədə... 2003-cü ildə baş verənləri hamı bilir. İddia etmək də istəmirəm ki, AXCP ilə anlaşsaydı, Müsavatın namizədi qalib elan olunacaqdı, amma 2003-də AXCP və Müsavatın strateji əhəmiyyətli seçkilərə ayrı-ayrı bloklarla getdiyi faktdır.

2005-də Müsavat «Azadlıq» Blokunu tərk etdikdən sonra tərsinə situasiya yarandı. İndi AXCP öz müttəfiqləri ilə birgə Müsavata birbaşa da olmasa, dolayısı ilə «gəl, bizə qoşul» deyir. Bu dəfə Müsavat imtina edir və qovğa başlayır. Ortada başqa adlar hallansa da, başqa partiya nümayəndələri arasında söz deyişməsi getsə də, mahiyyət budur.

BLOKLAŞMA MƏNTİQİ

Siyasi bloklaşmanın məntiqi bir-biri arasında heç bir fikir ayrılığı olmayan siyasi qüvvələrin birlik yaratmasında deyil. Belə olsaydı, həmin siyasi qüvvələr sadəcə bir siyasi partiyada birləşərdilər. Blok yaradan siyasi partiya digər partiyanın iştirakı olmadan istədiyi siyasi məqsədə çata bilməyəcəyini anlayıban sazişə gedir. Qarşılıqlı siyasi güzəştlər isə ümumi məqsədlər uğrunda daha güclü siyasi qüvvənin yaranışına yol açır. Məntiq kifayət qədər sadədir, deyilmi? Bu məntiqin davamı da var: Bir siyasi qüvvəni küncə sıxmaqla onunla blok yaratmaq olmaz. Lap buna nail olunsa da, ilk fürsətdəcə özünü sıxılmış hesab edən partiya qırıb qaçacaq və blok dağılacaq. Bir siyasi qüvvəni söyə-söyə siyasi müttəfiq etmək olmaz. Ən nəhayət, hər bir potensial müttəfiqə olan münasibət onun bloka gətirə biləcəyi siyasi güclə mütənasib olmalıdır. AXCP də, Müsavat da təkbaşına siyasi arenada öz mövcudluqlarını qoruya biləcək gücdədirlər və indiyə qədərki praktika göstərir ki, bu partiyalardan biri ətrafına nə qədər partiya yığsa da, digərini «mühasirə» edə bilməyəcək. Real siyasi bloklaşma isə yəqin ki, bu iki siyasi partiyanın bir-biri ilə səmimi, «mühasirə» cəhdləri olmadan, bir-birini küncə sıxmadan aparacaqları dialoqla başlayacaq.
Bu, bu il də baş verə bilər, gələn il də, ondan sonrakı il də...
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ferhad Haradan: Selyan
02.03.2010 20:51
Vasif,YAP ne yapirsa xalg ucun yapir!
Cavab

Kimdən: Anonymous
29.03.2010 21:25
Xeyir,ozu ucun yapir.

Kimdən: Rauf Haradan: Baki
02.03.2010 20:49
Yashasin YAP...!!!

Kimdən: Azad Haradan: Baki
02.03.2010 20:47
Semed,dayagi xalg olan hec vaxt dara duwmur...

Kimdən: Rehim Haradan: Gence
02.03.2010 20:44
Oktay, mence tam eksine... bir de oyretmek olmasin AZTV1 yox AZTV.

Kimdən: Salim Haradan: Baki
01.03.2010 20:01
01.03.2010 Lale Shovketle ishden sonra olan movzu yoxa cixdi Xedice xanim niye?Yoxsa iqtidar sizide hucum etdi?

Kimdən: Selim dayi Haradan: Baki
01.03.2010 17:05
Basha dushmurem bunlar ne uznen ve ne agilnan gelmek isteyirler hakimiyyete?! siz shansinizi coxdan itiribsiniz. gelseniz guya ne edeceksiniz? yazig deyil bu millet? Shukur! yaxsi pis yasayiriq.
Cavab

Kimdən: Salim Haradan: Baki
01.03.2010 20:03
Salim sen yaxshi yashayirsen,men ve menim kimileri yox!!!
Cavab

Kimdən: Salim Haradan: Baki
29.03.2010 21:29
O shukurlerin cox adamlari incidir.
Cavab

Kimdən: Selim dayi Haradan: Baki
02.03.2010 20:30
Guya bunlar gelenden sonra hami yaxsi yashayacag?onlarin da hakimiyyet vaxtin gormuwuk.men ozum taksi surucusuyem. neolsun?! bu o demek deyilki hakimiyyetden narazi olmaliyam.coreyim var Min Shukur!

Kimdən: Elshen Haradan: Sumqayit
01.03.2010 16:58
Renglerini deyishseler belke hakimiyyete gelerler. narinci reng dushmedi bunlara.)))
Cavab

Kimdən: Esil Elshan Haradan: Baki
01.03.2010 20:08
Elshen Yapcilara ise deyasen bayragdaki palma agacina oxshar agac dusherli oldu xalqin qanini icmeye birde dubinkalamaga.
Cavab

Kimdən: Elshen Haradan: Sumqayit
02.03.2010 20:36
Esil Elshen esil suhbet elemedi... tutagki YAP eledi, sen dediyin kimi, bes bu narinciler necedi ee? milletin geydine galan? gormuwuk onlarin geyde galmagin.

Kimdən: Mehmet Məskut Haradan: Bakı
28.02.2010 23:14
98ci ildə seçki ona görə baykot edildi ki Elçibəy seçkiyə getmək istəmirdi.
Ona görə də seçkini baykot etmək əzmində olanları(Lalə Şövkət , İlyas ismayılov, Rasul Quliyev)ortaya çəkdi. Baykotun təşkilatçısı oldu.

Kimdən: avropoid Haradan: asia
28.02.2010 23:10
yashasin AXCP-Musavat cutluyu
Cavab

Kimdən: Ferhad Haradan: Selyan
01.03.2010 17:08
Niye ele YAP yashayir da... indiki veziyyetde YAP dan bashgasi yalandi.
Cavab

Kimdən: Vasif Haradan: Baki
01.03.2010 20:13
Cunku YAP ele tikinti yapa-yapa gedir,insanlari saymaden.

Kimdən: mr.NMR Haradan: Ekaterinburg
28.02.2010 22:00
quzu kesim ay milletim sIZE qurban olum!!! mene ses verin men sizin derdivize elac tapacam.....
Səhifə (2)
    Növbəti