Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:06

Bloqlar / Abbas Atilay

Uşaqlıqdan didərgin düşmüş uşaqlar

Füzuli rayonundan qaçqın düşmüş müəllimlərin və uşaqların məktəbi

Multimedia

Səsli fotolar

Qaçqın məktəb

Şriftin ölçüsünü dəyiş - +
Hadisələrin çəki vahidi insanın şüur altında saxladığı foto görüntülərdir, görünmüş mənzərələrdir. Biri üçün adi olan hadisə digərini dəli edə bilir. Fotolar insanın keçmişdə yaşadıqlarını sonradan rəngləməsidir.

Mənim fotoqraf müəllimim olmuş Qulamiko Ferreroya irad tuturdular fotolarının qara olmasını, deyirdilər ki, obyektivindən həmişə göz yaşı axır. Onu daha fərqli, həyatın xoş üzünü göstərməyə çağırırdılar, misal üçün bir caz konsertində insanların necə əyləndiyini. O, isə gülürdü üzülərək. Çünki onu tənqid edən insanlar onun keçmişindən xəbərsiz biçarələr idi. Fotoqrafın ömrünü küçələrdə keçirdiyindən, uşaqlığını oyuncaqlarla real bütlər arasında itirdiyindən xəbərsiz idilər. Ferrero bu gün dünənindən gətirdiyi görüntüləri çəkirdi.

Elmiri tanıdım, o, Cəbrayıldan qaçmış ailənin gələcək ümididir
Sənət insanın özünüifadə tərzidir. İnsan özünü ən azı özünün başa düşdüyü dildə ifadə edir. Onun kiminsə təsir altına düşməsi və ya «zamanının nəbzini» tuta bilməsi mümkün deyil, çünki o, təhtəlşüurunun təsiri altındadır. Şüuraltında kədərli həyatının qırılma nöqtələri ilə dolu bir yazıçı ən gülməli bir hadisədən belə bir kədərli an tapacaq. Ehtiyacsız yaşamış, ömründə göz yaşı görməyən bir fotoqraf da təsadüfən münaqişə ocağına düşərsə, çəkəcəyi foto Robert Kapanın «Düşən əsgər»i heç vaxt ola bilməz. Çünki bu əsər onun özünüifadəsi, keçmişinin bugünkü məhsulu deyil.

Son bir həftəmi el-obalarından didərgin düşmüş qaçqın uşaqları ilə keçirmişəm. Bu uşaqlar əslində el-obalarından deyil, yaşlarına uyğun dünyalarından didərgin düşüblər. Bunun fərqinə çox sonralar varacağıq. Bu gün də qaçqın uşaqların «uşaqlıqsız» məktəbində oldum. Məşhəd şəhərindəki İmam Rza türbəsində əl kitabçama «Uşaq və Tanrı» yazıb qeydlərimi aparmışdım. Bu məsciddə uşaqlar təsbehlərlə, möhürlərlə oynayır, atasını yamsılayaraq ibadət edir və bununla da uşaqlıq dünyasında anlaşılmaz varlıqla böyüyürlər. Həmin qeydlərimi mən bu məktəbdə xatırladım. Elə o dünyanın uşaqları idi.

Fəaliyyətdə olan bir zavodun həyətində, zəhərli kükürdlü dumanın içində yaşayırlar
İbtidai sinifləri bir-bir gəzdim, siniflər keçmiş prezident Heydər Əliyevin portretləri ilə dolu idi. Axı heç kim başa düşmür ki, bir uşağın dərketəmə qabiliyyəti böyük bir həyat keçmiş bir insanı anlayacaq gücdə deyil? Heç kim anlamır ki, bu uşaqlar hələ cizgi filmi qəhrəmanlarının əhatəsində böyüməlidir, onların dünyasında yaşamalıdır? Bu ölkədə heç kim anlamır bunu. Bu uşaqların alt şüurunda dərk edə biləcəyi cizgi qəhrəmanları yox, bu günün həqiqi reallıqları var – Heydər Əliyev, İmam Rza.

2-ci sinif şagirdlərinin sinfinə girdim. Elmiri tanıdım, o, Cəbrayıldan qaçmış ailənin gələcək ümididir. Onların evlərində də olmuşdum. Fəaliyyətdə olan bir zavodun həyətində, zəhərli kükürdlü dumanın içində yaşayır. Uşaqların arasından keçib yaxınlaşdım ona. O, uşaq kimi sevinirdi, çünki onu tanımağım, müəmmalı baxışlarla baxan sinif yoldaşlarının yanında onu adla çağırmağım onun üçün özünütəsdiq idi. Uşaq kimi sevinirdi, yalnız indi o, uşaqlıq dünyasına girib uşaq kimi sevinirdi. Heç nə demədən o, mənə baxırdı, mən isə «Oxu» kitabındakı Heydər Əliyevə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anonymous
28.02.2010 04:18
ne deyimeeee galstuk eladi ;)))

Kimdən: Wah Ismayil Haradan: Peterburqdan
28.02.2010 00:25
Kimdir gunahkar.Gunahsiz balalarimizin geleceyin "zeherleyenler","gunahsizliqlarin"perdelemek ucun,qezebli ve aciqli baxishlardan yayinmaq ucun,sade insanlardan qacirlar.Bu fidan balalar boyuyub her sheyi bash dushende,bu rejimi lenetlemesinler ne etsinler?Oz ushaqligim yadima dushdu.Hansi kitablari acirdiq,Leninin,Marksin shekillerine rast gelirdik.Beynimizi zeherleyirdiler lazimsiz,ciliz idyalogiya ile.Ne oldu axiri.Sabun kopuyu imish hamisi.Indise Heyder,Ilham kitablari bezeyir.Ateshkes,ugurlu daxili ve xarici siyaset,iqtisadi sicrayish ve.s.(Yaziq korpeler her televezora baxanda,tez gedib soyuducularinin agzin acir.Deyirler birden ugurlu iqtisadiyyat onlarin soyuducularina da gelib cixar.)Axi bu nece olur ki,Heyder bababiz gelib Azerbaycani xilas etdi oxuyub,sonrada tarixe baxanda cash-bash qalir balalarimiz.Oxuyurlar ki,1993-cu ilin 15 iyununda Azerbaycani "xilas" etdi,dahi onder ve adinda qoydular qurtulush gunu.Sonrada Agdamin ishqal gunu 23 iyulu,Fizulu ve Cebrayilin ishgal gunu 23 avqustu,Qubadlinin ishgal gunu 31 avqustu,Zengilanin ishgal gunu 29 oktyabri oxuyanda mat-meetdel qalirlar.Donub bir shekillere baxir,bir de ishgal tarixlerine.ve beyinlerine hekk olur ki,bu rejim yalan ustunde qurulub.