Cümə axşamı, Noyabr 27, 2014 Bakı vaxtı 19:48

Verilişlər / Kontekst

Kartın doludursa, qazın olacaq

x

Multimedia

Səs
«AzəriQaz» İstehsalat Birliyi mart ayından Bakıda «Smart-kart» tipli qaz sayğaclarının quraşdırılmasına başlayacaq. Yəni istehlakçı qazı kart vasitəsilə işlədəcək, lap mobil telefonlarda olduğu kimi, kartın doludursa, qazın olacaq, qurtardısa, yenidən yükləməlisən.

2000 KART YÜKLƏMƏ MƏNTƏQƏSİ

«AzəriQaz»ın rəis müavini Nazim Səmədzadə isə deyir ki, yeni qaz sayğaclarının quraşdırılmasına büdcədən 250 milyon vəsait ayrılıb. Birinin dəyəri 120-130 manat olan yeni sayğaclar isə Fransanın «Aktaris» şirkəti tərəfindən hazırlanıb:

«Biz cari ilin mart ayından yeni qaz sayğaclarının quraşdırılmasına başlayacağıq. Nəzərdə tutmuşuq ki, iki il yarıma Bakıdakı bütün abonentlər yeni qaz sayğacları ilə təchiz olunsun. Əhalinin rahatlığı üçün şəhərin müxtəlif yerlərində 2 min kart yükləmə məntəqələri yaradılacaq».

«Smart-kart» tipli qaz sayğaclarının Bakıda quraşdırılmasına ekspertlərin münasibətləri fərqlidir. Azad İstehlakçılar İctimai Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov deyir ki, yeni tip qaz sayğacları quraşdırıldıqdan sonra abonentlərlə təchizatçı arasında konflikt daha da artacaq:

«ƏHALİ OĞURLUĞA ƏL ATACAQ»


«AzəriQaz»la istehlakçıların arasında problem artacaq. Qaz istehlakı çoxdur, əhalinin imkanı çatmayacaq ödəməyə. Ona görə də əhali məcbur olub oğurluğa əl atacaq. Bundan əlavə sayğacdakı qazın nə vaxt bitəcəyi məlum olmadığından əhalidə narahatlıq yaranacaq. Yeni sayğacların müsbət tərəfi «AzəriQaz»ın pulların yığılması probleminin həlli olacaq».

İqtisadçı ekspert Əli Məsimov isə hesab edir ki, yeni qaz sayğaclarının quraşdırılması həm istehlakçı, həm də təchizatçı üçün xeyirli olacaq:

«Yeni tipli qaz sayğaclarının Azərbaycanda tətbiqi hər iki tərəfin gətirdiyi bəhanələri aradan qaldıracaq. Çünki qaz idarələri əhalinin borcu olduğunu deyirdi, əhali isə göstərilən qədər borcunun olmadığını bildirirdi. Yeni borcların əmələ gəlməməyi üçün ən yaxşı mexanizm yeni qaz sayğaclarının tətbiq olunmasıdır».

«Smart-kart» tipli qaz sayğacları Gəncədə 2007-ci ildən quraşdırılıb. Hazırda abonentlərin 65 faizi bu tip sayğaclarla təmin olunub.

Helsinki Vətəndaş Assambleyasının Qərb Bölgə Nümayəndəliyinin rəhbəri Aslan Vəliyev deyir ki, yeni qaz sayğaclarının quraşdırılması bu sahədə yeni problemlərin yaranmasına səbəb olub:

«SMART-KART»IN GƏTİRDİYİ PROBLEMLƏR...


«Qaz sayğacları ilə Gəncədə problemlər bundan ibarətdir ki, sayğaclar mənzildən kənarda quraşdırılır. Ancaq sayğaclara nəzarət məsuliyyəti istehlakçıların üzərinə atılır. İkincisi, qaz sayğacları quraşdırılarkən əhali ilə müqavilələr bağlanmır. Qaz nəqli üçün kartlara yüklənilən pulun müqabilində lazımi qədər qazın nəql olunub-olunmaması mexanizmi yoxdur».

Aslan Vəliyev deyir ki, əhalini narahat edən problemlərdən biri də abonentlərin sayına uyğun elektron qaz sayğaclarına kart yükləmə məntəqələrinin təşkil edilməməsidir. Bunun da nəticəsində abonentlər saatlarla yükləmə məntəqələrində növbə çəkməli olurlar. Yeni qaz sayğaclarının quraşdırılmasından 3 il keçməsinə baxmayaraq bu problem hələ də həll olunmayıb:

«Sayğac quraşdırılanda onun əvvəlcə profilaktik tədbirləri həyata keçirilməlidir. Yükləmə məntəqələri əhalinin sayı nisbətində əvvəlcədən müəyyənləşdirilməlidir. Bu işlər həyata keçirilmədiyindən yükləmə prosesi zamanı problemlər hələ də qalmaqdadır».

«AzəriQaz» rəsmisi Nazim Səmədzadənin sözlərinə görəsə, «smart-kart» tipli qaz sayğacları quraşdırıldıqdan sonra köhnə sayğaclar yoxlamadan keçiriləcək və Azərbaycanın rayon və kəndlərinə göndəriləcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Masalli
02.03.2010 11:46
Basha dushmedim bunlar rayon deyende harani nezerde tuturlar. AzeriQaz resmisinin bu musahibesi ile azerbaycanin rayon ve sheherleri arasinda qoyulan ferq aciq-aydin hiss olunur.

Kimdən: XALQ
28.02.2010 15:35
aciqca deyirler ol verdikleri it payi maasimizida cixacaqlar isiqa qaza suya daha deye bilmeyeceik abisi ne olar gelen maasda vererik qoy bayrami kecirek el asaqidir. eybi yox sonra demesinler ki dismusunuz iranin tesiri altina gederik kartoskani, soqani, yaqi irandan ucuz alariq hetta yumurta ,toyuq getiren de olur bir babat maasla surunerik teki seflerimiz yasasin. ALLAH BELANIZI VERSIN

Kimdən: Zaza Haradan: Türkiye
28.02.2010 13:34
Sen qazı sevmisin? Prezidenti sevmiyen ölsün!
Bütün bunlar Azerbaycan xalqının başına, BÜDCESİNE QURULAN teledir.
Buna heç bir don geydirmek mümkün deyil.
Cavab

Kimdən: Cebher
28.02.2010 15:27
Dayi Bunlar bizi sevmii

Kimdən: samira Haradan: lenkaran
28.02.2010 12:47
bu hakimiyyetin novbeti firildagidir. hamisi mewhur deyimde deyildiyi kimi ayinin min oyunu bi armudun ustundedir. gorun indi budceden neqeder pul yeyilecek

Kimdən: Zerbali Ismayilov Haradan: Baki, Yeni Gunashli
28.02.2010 06:11
«AzəriQaz» rəsmisi Nazim Səmədzadənin sözlərinə görəsə, «smart-kart» tipli qaz sayğacları quraşdırıldıqdan sonra köhnə sayğaclar yoxlamadan keçiriləcək və Azərbaycanın rayon və kəndlərinə göndəriləcək.

Men sayqaci oz pulumla almisham, kassa cheki de mendedir.Azerigaz niye menim sayqacimi goturmelidir?

Kimdən: Zerbali Ismayilov Haradan: Baki, Yeni Gunashli
28.02.2010 05:42
MEN SMART SAYQACI HAL-HAZIRKI SAYQACIMDAN EVVELE QOYDURA BILEREMMI? BUNUNLA MEN HER IKISININ GOSTERICILERINI MUQAYISE ETMEK ISTEYIREM.
MEN OZUM PROFESSIONAL QAZ TESERUFATI ISHCHISIYEM,XARICI SHIRKETDE ISHLEYIREM.BILIREM BU MUMKUNDUR. XARICDE BUNA DOUBLE CONFIRM, YA DA CROSS CONFIRM DEYIRLER.
YENI KI BIRI O BIRISINI TESDIQLEYIR.

Kimdən: xalq Haradan: Baki
28.02.2010 02:45
Qazin pulu mende bir nece ay odeye bilmemishem, yeni shirket menden incimesin imken olan kimi yaxin vaxtlarinda odeyecem.

Kimdən: Musteqil Haradan: Baki
27.02.2010 20:14
Bu qaz sayqaclarinin qurashdirilmasi,demek olar ki, bu hansisa memur burdan xalqin hesabina varlanmaq isteyir.Bu sayqaclari hansi xarici dövletde istesal olunur hansi qiymete Azerbaycana getirilir.Bunu huquqcularimiz arayib arashdirmali.Men dushunurem xalq ogru deyil,xalqa bu cur zulumler etmek yalniz ,rushvetxor memurlarimiz bu gun yene xalqin
imicine zerbe vururlar.Men dushunurem rushvetxora, ogrudanda pis insan kimi qiymet vermek olar.Bu qaz ve yer alti servetler xalqa mexsusdurlar.Bu cur kart saygaclarinin Azerbaycana getirilmesi özu bir guluncdur.Azerbaycanda ishsizlik,az teminatli ailelerin sayi cokdur. Bunlara dövlet terefinden hec bir sosial yardim edilmir.Bunlar bu komunnal xerclerini nece ödeye bilerler.Bu cur firildaqciliq neye lazimdir.
Her bir memur öz sahesini özelleshdirib.
1.Tagi Ehmedov metro menimdir kimin pulu var minsin,kimin yok piyada getsin.Onuzda biz cibde gezirik.
2.Misir Merdenov mektebde oxumaq ucun mecburi ,supurge,pulu,temir pulu,8-mart pulu muellimin ad gunu ve.c hediyeler vermelidir.
3.Sehiyye naziri kimin pulu var mualice oluna biler.kimin yok öle biler.Biz ondan xahish etmirik yashasin.
4.Allahshukur Pashazade biz insanlardan xahish etmirik ölsun,cunku bizde qebir yeri,ölunu yumaq,yasin oxumaq ve.c pullu xiddmetdir.xahish olunur kimin pulu yoksa ölmesin.
5.Enerji naziri kimin pulu var enerji istifade ede biler,kimin yok pulu neft yandirsin biz onlardan xahish etmirik bizim enerjini alsinlar.Enerjini xarici dövletler alirlar satariq onlara.
6.Tecili yardim stansiyasi xahish edirik pulu olmayan vetendashlar bize telefon etmesinler.Piyada gede bilerler.
7.Qaz naziri ehaliden xahish etmirik qaz alsin pulu yoksa zehmet ceksin soyuqda otursun ve yaxud neft lampasinin ishiginda isinsin.
Bele cok sadalamaq olar ancaq buna defter qelem bes etmez.Azerbaycanda ne geder ,alcaq özbashinaliqlar var. Allah qorusun .
Bu xalq bu cur zulm etmek, hacansa cezasini cekecek.

Kimdən: Genceli
27.02.2010 16:59
Bizim eve smart saygaci hardasa kecen il qurashdiriblar. Axirda axshami gozleyirem ki, hardasa saat 6-ya qalmish gedib kart yukleyim. Derdimiz az idi bir de bu bashimiza derd olub

Kimdən: Baki
27.02.2010 12:58
Mene ele gelir ki, hokumetin veziyyeti hec de yaxshi deyil. Ister camaatin pensiyasini odeyende isterse qaz, ishiq verende milletden borc alir. Yeni ehali istifade etmediyi mehsulun pulunu evvelceden odeyir
Səhifə (3)
    Növbəti