Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:16

Siyasət

Rəbiyyət Aslanova: «Beynəlxalq təşkilatların üzərinə öhdəliklər qoymalıyıq»

Şriftin ölçüsünü dəyiş - +
Rəbiyyət Aslanova
«Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların üzərinə biz çoxlu öhdəliklər qoymalıyıq».

Bunu parlamentin İnsan Hüquqları Komitəsinin toplantısında Ombudusman Aparatının rəhbərliyinə namizədlərin müzakirəsi zamanı komitənin rəhbəri Rəbiyyət Aslanova deyib:

«Əks təqdirdə onlar əziz qonaq kimi yuxarı başda oturub heç bir iş görmürlər. Gördükləri iş də uğursuz nəticələnir. Bu, ATƏT-in də, Avropa Şurasının da ofislərinə aiddir. Bilirsiniz, əziz, ərköyün qonaq statusundan çıxmaq lazımdır».

Rəbiyyət Aslanovanın sözlərinə görə, onları bir qədər silkələmək lazımdır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Avropali xanim Haradan: Avropa
28.02.2010 15:27
Rebiyyet xanim, mene belegelir ki, evvelce oz komitenizi silkelemelisiniz .Cunki xalq sizin hansi insanlarin haqlarini qoruduqunuzu yaxshi bilir.Oz ohdeliklerinizi layiqince yetirin, sonra Beynelxalq teshkilatlara meydan oxuyun.

Kimdən: azad Haradan: baki
28.02.2010 07:46
Bunlar Allahlig xülyasindadir diyen... Bir öz öhdeliklerinizi yerine yetirin, sonra bashgasinin boynuna öhdelik goyun...

Kimdən: Asen Haradan: Xarkov
27.02.2010 21:52
Men anlamadim Rebiyyet xanim kimi ve niye silkelemek fikrine dushub ?! Bunlarin agizlarindan cixani goresen qulaqlari duyurmu ? Belke insan haqqlarindan danishmazdan evvel oz etrafiniza, hakimiyyetinizin yeritdiyi siyasete diqqet yetirib ozunuzu silkeleyesiniz !!!

Kimdən: Afat Haradan: Ukrayna
26.02.2010 19:38
Məgalədən də göründüyü kimi, Rəbiyyət xanim çoxdandir bu komitəyə rəhbərlik edir.Elə isə təbii sual ortaliga çixir: Bu "heyrətamiz" fikrə gəlmək üçün o nə gədər fikirləşib?
Vallah, lap prezidentlərin seçkigabagi təbligatina oxşayir...

Kimdən: azeri
26.02.2010 18:33
sonrada bizim hormetli deputatlar deyir ki bes avropa ikili standart yeridir, bes ermeniler destekleyir...inan avropadakilarda bizim haggimizda ele dushunurler, yeni bir avropa pazari ucun deyilmish ve GOTURULMUSH sozler ve odelikler, birdeki turkler demish ic-piyasaya nezere alinmish sozler...
avropalilar axi senden hec ne istemir, sadece deyirki BASIC HUMAN RIGHTS olmalidi vessalam, neftinizi ve gazinizi pulsuz istemirikki...

Kimdən: Aslan Haradan: Bakı
26.02.2010 16:35
....O jurnalistləri buraxın, Rəbiyyət xanım! Azərbaycanı bütün dünyada biabır etdiyiniz getmir, hələ kiminsə qarşısında bir öhdəlik də qoyursunuz? Alberto Sordinin bir filmi var, adı çox orjinaldı: "Sən bilirsən ki, mən bilirəm ki, sən bilirsən" Yəni, mən bilirəm ki, sən bilirsən ki, onlar şərlə tutulublar. Özunuz öz qarşınızda özünüzdən utanmayın, cəsarətli olun! Buraxın çıxsınlar getsinlər evlərinə.

Kimdən: !Q {Kraliçadan} Haradan: neftçidən
26.02.2010 09:36


Rəbbim görəndir:

Kimdən: Afat Haradan: Ukrayna
26.02.2010 00:22
...Bir az yavaş silkələyin ki, jiblərindən xirda pul tökülməsin...

Kimdən: Rasim Haradan: buralardan
25.02.2010 19:52
Yani neye nail olmaq isteyirsiz, onlari silkeleyib? Onlarindami ciblerini boshaltmaq isteyirsiniz, bizim kimi?

Kimdən: Robinzon Haradan: Ada
25.02.2010 19:45
Azerbaycan hakimiyeti ne vaxt beynelxalq teshkilatlarin hesabatlarini nezere alib ki, indi onlari yeyib yatmaqda suclayir?R.Aslanova ne vaxtdan insan huquqlarinin mudafiesine qalxan olub ki, indi de Avropa SHurasinin,ATET-in ofislerini feaiyetsizlikde suclayir?Amma, bir terefden de duz deyir ki,onlarin gorduyu ishin neticesi olmur,cun ki,o ishe iqtidar hec vaxt mehel qoymur.Azerbaycanda iki paradoksal ve menasiz teshkilat var:Ombudsman aparati ve Korrupsiya ile mubarize idaresi.Birinci insan haqqlarini qorumaqi ,ikinci korrupsiya ile mubarizeni yaxina bele buraxmir
Səhifə (2)
    Növbəti