Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:26

İqtisadiyyat

BVF rəsmisi: Azərbaycanda «kölgə iqtisadiyyatı» azaldılmalıdır

Şriftin ölçüsünü dəyiş - +
«Azərbaycanda kölgə iqtisadiyyatının həcmi nəhəngdir və bu sahədə islahatlara ehtiyac var».

Bunu fevralın 24-də Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri xanım Ninke Omes Bakıda jurnalistlərə bildirib:

«Qeyri-neft sektorunda fiskal kəsiri aradan qaldırmağın iki yolu var. Birincisi budur ki, vergi administrasiyası möhkəmləndirilməlidir. Yəni, indiyə qədər vergi ödəməyənlər, indi ödəməyə başlamalıdırlar, amma daha şəffaf yolla. Bu, həm də vergi orqanları tərəfindən də daha şəffaf proseduraların həyata keçirilməsi deməkdir. Beynəlxalq təşkilatlara istinadla deyə bilərəm ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi 60 faizə yaxındır. Kölgə iqtisadiyyatını azaltmaq da fiskal kəsiri aradan qaldırmağın ikinci yoludur».

NAZİRLİYİN MÜFƏTTİŞLƏRİ QANUN ÇƏRÇİVƏSİNDƏ İŞ APARIRLAR

«Kölgə iqtisadiyyatı»nı iqtisadçılar belə izah edirlər – bu, əsasən, qeydiyyatdan kənarda qalan gəlirlərdir – vergi, gömrük yığımı, qanunsuz silah, narkotik alveri və sairədən gələn gəlirlər.

Vergi toplayan orqanlardan birinin - Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov isə AzadlıqRadiosuna müsahibəsində bildirir ki, nazirliyin müfəttişləri qanun çərçivəsində iş aparırlar və bu sahədə heç bir problem yoxdur.

Astaradakı «Savalan» firmasının direktoru Səlimə Əliyevanın sözlərinə görə, regionlarda sahibkarlıqla məşğul olan qurumlar sadələşdirilmiş vergi ödəyicisi kimi ildə 400-500 manat vergi ödədikləri halda qeyri-rəsmi ödənişlər 10-15 min manatdan çox olur:

«AZ QALIB Kİ, RÜŞVƏTİ DƏ QANUNİLƏŞDİRSİNLƏR»

«Hara müraciət edəcəyimizi bilmirik. Az qalıb ki, rüşvəti də qanuniləşdirsinlər. O, dövlət qurumu gəlir bu qədər verməlisən, başqa bir dövlət qurumu gəlir ki, yox, bu qədər verməlisən».

Vergilər Nazirliyinin nümayəndəsi Fariz Səmədov isə bildirir ki, müraciət olunarsa, nazirlik istənilən rəsmi şikayəti araşdırmağa hazırdır:

«Son illər Vergilər Nazirliyi tərəfindən vergi xidmətlərinin keyfiyyətinin artırılması, elektron xidmətlərin çeşidinin genişlənməsi, biznesə başlama prosedurlarının asanlaşdırılması, vergi yükünün azaldılması,
Qubad İbadoğlu
kassa aparatlarına məsafədən nəzarət cihazlarının ötürülməsi kimi işlər görülüb və bunlar hələ son deyil, nazirlik iqtisadi reallığa və günün tələblərinə uyğun daim inkişaf edir».

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə deyir ki, Azərbaycanda «kölgə iqtisadiyyatı»nın izlərini dövlət büdcəsində də görmək mümkündür. İqtisadçı bildirir ki, rəsmi rəqəmlərə görə, keçən il ölkədə 74 min yeni iş yeri açılıb, amma büdcə göstəriciləri bunun əksini deyir:

«74 MİN YENİ İŞ YERİ AÇILIBSA, GƏLİR VERGİSİNDƏN DAXİLOLMALAR ARTMALI İDİ»

«Əgər 74 min yeni iş yeri açılıbsa, gəlir vergisindən daxilolmalar artmalı idi. Amma 2010-cu ilin büdcəsində 2009-cu illə müqayisədə gəlir vergisindən daxilolmalar 220 milyon manat azaldılıb. İş yerlərinin açılması pensiya fondunda sığorta ödənişlərinin artmasına gətirib çıxarmalı idi. Amma biz bunu da görmürük».

Qubad İbadoğlu deyir ki, «kölgə iqtisadiyyatı»nı aradan qaldırmaq üçün iqtisadiyyatın liberallaşması və daha şəffaf olması, maliyyə amnistiyalarının verilməsi lazımdır.

Beynəlxalq Valyuta Fondunu missiyası hələ ki, hökumətlə görüşləri davam etdirir, missiya martın əvvəlinə kimi Azərbaycanda olacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Asen Hesimli Haradan: Ukrayna
02.03.2010 13:43
Bu Ninke Omes xanima bir teklifim var, belke Azerbaycanda bir dukan acib 1-2 ay fealiyyet gostersin. O zaman, bizim Vergiler nazirliyinin "derisoyanlari" ona Dunyanin nece bucagi oldugunu eyani shekilde numayish etdirerler !!! Ay, Beynelxalq Valyuta Fondu , ay, Dunya Banki ve buna oxshar qurumlar, aglinizi bashiniza yigin, burasi atadan ogula miras qalmish Azerbaycan adli "tockadir" !!!
Cavab

Kimdən: fantamaz Haradan: avropa
04.03.2010 03:09
asen muellim deyesen azerbaycandan bas goturub gedenden sonra dunyanin en gozel bucaqlarini gorursunuz.mennen size bir meslehet getmisiniz qalin orda indi azerbaycan sizin gorduyunuzdende pis gundedir

Kimdən: bari Haradan: naxchivan
27.02.2010 00:22
siz ne danishirsiniz Ninke Omes xanim??? Azerbaycanda kölgə iqtisadiyyatının həcmi chox cuzidir!!! yox-yox umumiyyetle yoxdu!!! Inanmirsinizsa YAP-n uzvlerinden sorusha bilersiniz.onlar Azerbaycanda en kasib adamin en ashaqi bently markali avtomobili olduqunu bele butun duyaya subut ede bilerler P.S. amma heqiqeti, Qarabaq Azerbaycanin qedim torpaqi olduqu helede subut ede bilmirler

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
25.02.2010 12:28
2009-cu ilin yay-payız aylarında Vergi Nazirliyinin adamları özəl obyektlərdən külli miqdarda pul yığdı. Qonşumun kiçik (20-25 m2) bir mağazası var idi. Ondan on min manat istədilər, bağırda-bağırda 7 min manat aldılar. O mənə dedi ki, Vergilər Nazirliyinin kompyüterlərində həmin pulların - rüşvətin qeydiyyatı üçün xüsusi bir proqram təminatı yaradıblar və hər qəpiyin qeydiyyatı aparılır. Dövlət bunların əlində oyuncağa çevrilib. MTN hara baxır, bəs?

Kimdən: Afat Haradan: Ukrayna
24.02.2010 23:31
Bəşər övladi özü üçün iki bəla kəşf edib : Bunun biri silahdi, o birisi pul. Hər ikisinin də bariz nümunəsi bizdə var. Bir yandan erməni-rus birləşməsi silahlarini bizim əhali üzərində sinagdan keçirir , o yandan da vəzifə sahibi olanlarimiz milləti bir tikə çörəyə möhtaj edirlər.Başga dövlətlərdə ya ganuna əməl edirlər, ya da dinə.Bizdə guya ki , bunun hər ikisi var, amma nə ondanig, nə bundan.Bu gedişlə hara gedirik bə, a millət?