Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:18

Verilişlər / Kontekst

Məktəblər 8 Marta necə hazırlaşır?..

«Uşaqlar kiçik yaşlarından məktəbə pul, hədiyyə daşımağı öyrənirlər»
Şriftin ölçüsünü dəyiş - +
Azərbaycanın təhsil sistemi ilə bağlı araşdırma aparan bir sıra QHT-lər müəllimlər günü, Yeni il, 8 Mart, Novruz bayramı, buraxılış imtahanları ərəfəsində orta məktəblərdə pulyığma kampaniyalarının aparıldığını bildirirlər. 8 Marta bir neçə gün qaldığını nəzərə alıb Bakı məktəblərinə üz tutduq.

30 MANAT VƏ «COCO SHANEL»


- Məktəbdə 8 Marta necə hazırlaşırsız?

- Qızlara, müəllimlərə hədiyyə alacağıq. Baxır imkanımıza.

- Nə qədər pul yığırsınız?

- 10 manat, 15 manat.

- Bəs müəllimələr üçün?

- Müəllimələr üçün 30 manatdan yığırıq.

- Adətən müəllimələr üçün nə alırsınız?

- Gül buketi, ətir. Keçən il «Coco Shanel» almışdıq.

Bakının Səbail rayonundakı məktəblərindən birində 7-ci sinifdə oxuyan Sənan Kərimli belə deyir. O hansı məktəbdə oxumasını açıqlamaq istəmir. Deyir ki, nə fərqi var, onsuz da bütün məktəblərdə belədir.

5 MANAT…ÇATMADI


Nizami rayonunda təhsil alan məktəblilər də artıq 8 Mart hazırlıqlarına başladıqlarını deyirlər. Ancaq durum ötən ilki kimi olsa, müəllimələr hədiyyəsiz qalacaq:

- Keçən il 5 manatdan pul yığdıq. Ancaq fikirləşdiyimiz hədiyyəni ala bilmədik, ona görə də pullarımızı qaytardılar. Ancaq qızlara üzük, qolbaq hədiyyə eləmişdik.

Şagirdlərlə söhbətdən onu da öyrəndik ki, bəzi siniflərdə uşaqlar müəllimləri ayrı-ayrılıqda təbrik edir:

- 10-cu sinifdə oxuyuram. Qərara gəlmişik ki, pul yığmayaq. Hamı özü ayrı-ayrılıqda neçə müəllimi istəyir təbrik edəcək, hədiyyə verəcək.

«HEÇ KİMƏ HEÇ NƏ TAPŞIRMAMIŞIQ»

Məktəb direktorları məsələ ilə bağlı danışmaq istəmədiklərini dedilər. Katibələri bildirdi ki, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin icazəsi olmadan heç bir məsələ ilə bağlı müsahibə vermirlər. Müəllimlər də məktəb divarları içərisində müsahibə vermədilər. Məktəbdən evə dönən müəllimələrdən biri isə dedi ki, bu məsələdə məcburiyyət yoxdur:

- Hazırlıq deyəndə ki, elə bir iş getmir. Biz heç kimə göstəriş verməmişik.
Etibar Əliyev: «Orta məktəblərdə normal müəllim-şagird münasibətlərindən, normal təhsildən danışmaq yersizdir»
Ancaq kimsə öz arzusu ilə nəsə eləyirsə, biz buna müdaxilə etmirik.

- Deyirsiz ki, sinifdə pul yığılmır?

- Yox, indiki halda yığılmır.

HƏR UŞAQ ÜÇÜN ƏN AZI 20 MANAT


Valideynlər isə bunun tam əksini deyirlər:

- Bilirsiz ki, hər müəllim hədiyyə götürmür, pul alır. Ona görə məcburuq müəllimələrə pul verək.

- Məktəbdə 8 Martla bağlı pulyığmalar ailə büdcənizə neçəyə başa gəlir?

- Mənim 2 övladım orta məktəbdə oxuyur. Yəqin ki, hər uşaq üçün 20 manat ödəməli olacağam. Hədiyyəsiz keçinmək mümkün deyil. Bütün sinif pul yığanda sənin övladın necə kənarda qala bilər? Ona görə məcburuq.

Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı isə deyir ki, məktəblərdə hər hansı məsələ ilə bağlı pul yığmaq qadağandır:

- Məktəblərdən hər hansı məsələ ilə bağlı narazılığı, şikayəti olan varsa, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin qaynar xəttinə – 441-06-99 saylı telefona müraciət edə bilər. Bütün şikayətlər, hətta anonim şikayətlər də diqqətlə yoxlanacaq.

MƏKTƏBLƏR NİYƏ TN-Ə, BŞBTİ-Ə TABE DEYİL?

Təhsil naziri Misir Mərdanov məsələ ilə bağlı səslənən iradlara cavabında həmişə bildirir ki, heç bir məktəbdə pul yığılması ilə bağlı göstəriş verilməsindən söhbət gedə bilməz. Bu təşəbbüs birbaşa valideynlərdən gəlir.

«XXI əsr» Təhsil Mərkəzinin başçısı Etibar Əliyev isə bu yanaşmanı doğru saymır:

- Belə çıxır ki, məktəblərin nə Təhsil Nazirliyinə, nə də Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinə aidiyyəti yoxdur. Necə olur ki, hər hansı müxalifət mediasının təmsilçisi məktəblərə daxil olur, harda kiçik bir narazılıq varsa, ondan xəbər tutur, ancaq onlar uzun illərdir kütləvi şəkil alan pulyığma kampaniyalarından xəbər tutmurlar. Bütün məktəblərdə bu hal var. Maddi tərəfindən də çox, məni bu problemin psixoloji tərəfi narahat edir. Çünki uşaqlar kiçik yaşlarından məktəbə pul, hədiyyə daşımağı öyrənirlər. Hansısa bir məbləğ təşkilatlanmış şəkildə yığılırsa, bu, olduqca pis haldır.

Etibar Əliyevin sözlərinə görə, uzun illərdir Azərbaycan təhsilinin aşağı keyfiyyəti ilə bağlı söylənən fikirlərin kökündə həm də bu problem dayanır. Ekspertə görə, nə qədər ki, bu problem ortadan qalxmayıb, orta məktəblərdə normal müəllim-şagird münasibətlərindən, normal təhsildən danışmaq yersiz olacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mazahir Haradan: Baki
01.03.2010 04:47
Nerimanov rayonu 212 mektebde her bayram vaxti zorla rushvet yigilir.

Kimdən: Rufat Haradan: Baki
28.02.2010 17:46
Yasamal r-nu, 20 sayli mektebe nezaret eleyin.

Kimdən: Sahib Haradan: Baki
25.02.2010 15:28
Sinif rehberleri bashlayacag yenada rushvet teleb etmeye shagirdlarden.

Kimdən: Anonymous
24.02.2010 19:22
Rusvetxorluqun koku nazirliyin ozunden gelir meger Merdanov bilmir ki, muellimden rusvet alib ise goturende bele olacaq

Kimdən: Xeyal Haradan: Baki
24.02.2010 15:43
Sekilde gorduyumuz yazi stollarinin arxasinda 1,5 usaq yox ,bir usaq oturmalidir.Usagin serbest hereketine hec yer yoxdur.Bele gerginlik usgi yorur.Hediyye meselesine geldikde ise men ozum sahidi olmusam valideynler bele qerara gelibler ki, hec kim hediyye vermesin.Amma hansisa valideyn muellimin evine gizli hediyye aparib.Teqsir verenlerdedir.

Kimdən: Nomad
24.02.2010 08:04
Azerbajanin rayonlarinda temiz meketbler var harda ki rushvet yigilmir . Men bu yaxinlarda Xachmaz rayonunda oldum , sorushdum ushaglardan, valideyinlerden .Menim tanidim ushaglar 3 nomreli xachmaz sheher mektebinde oxuyur, dediler ki bizde bele sheyler yoxdur. Biz ne pul veririk ne de ki pay. Men o mektebde oxuyan ushag taniyiram elachidir, hech vaxtda hechne vermir. O ushagin giymetinide hech bir muellim kesmir.Ya elave muelim yaninada getmir.Her shey insanlarin ozlerinden asilidi. Insanlar ozleri ushaglarin derslerine nezaret eleseler. Oz haglarini telef eleselr , hech kim onlardan hechne la bilmez. Bizim xalg kunchde danishandir amma uze hechne deye bilmirler.

Kimdən: Musteqil Haradan: Baki
24.02.2010 03:18
Azerbaycanin paytaxti Baki sheherinin orta mektebinde iki baci 3-cu sinifde oxuyurdu.Her il onlarda o biri ushaqlar kimi 8 mart qadinlar bayrami gunu muellime hediyye aparardilar.Bir ili onlarin valdeyinleri ishlemediyi ucun onlar muellime elibosh getmesinler deye metronun yanindan heresi bir qadin corabi almishdilar.Sevinc ve Gultekin seherisi gunu sevincek öz aldiqlari hediyyeni muellimin qabaq stolunun ustune,o biri ushaqlar kimi qoymushdular.Hediyelerin uzerinde her kes öz adini yazmishdir.Deme muellime bir-bir hediyeleri acib baxir kim terefinden ne verilmesini mueyyen edir.Butun hediyyelerden hoshlanir qebul edir.Lakin Sevinc ile Gultekinin hediyelerini butun ushaqlarin yaninda geri qaytarir ve söyleyir aparin hediyelerinizi verin Ananiz geyinsin.Geri qaytarmaqin qaydasi var,hediyeleri atir sevinc ile Gultekinin ustune.Burda her bir kes dushune biler bu ushaqlarin hemin an veziyyeti nece ola biler.Muellime gobudcasina hemin shagirdlerle reftar etmegine baxmayaraq onlarin pisikolojiyasina vurdugu saglamliq zerbesine siz qiymet verin.Sevinc ve Gultekin mektebden geri qyidaraq ,hemin hadiseni Analarina nagil ederek göz yshlarini saxlaya bilmemishler.Axsham Atalari ishden geldikde ushaqlarin pis veziyyetde oldugunu gördukde,Sevinc ve Gultekinden sorushan zaman yeniden onlar göz yashlarini axitdilar. Ataya meseleni anlatdiqda ,görun hemin Atanin hali nece ola biler.
Ata seher erken mektebe yollanmish,muellimenin yanina getmemish cunku muellime qadin oldugu ucun,Ata mektebin direktorunun qebuluna getmish.Mektebin direktoru onu qebul etmish,dinledikden sonra cavabi bele olmush, istemirsen ushaqlarini bu mektebde oxudasan cixarda bilersen.Biz hec kime mecbur etmirik onun ushaqlari oxusun burda.Mekteb direktorunun savadsiz oldugu ucun unutmush ki, Azerbaycan dövletinde orta tehsil almaq mecburi ve pulsuzdur. Beli Azerbaycanda bele savadsiz muellime ve direktorlarimiz az degil.
Orta mekteblerde rushvet almaq,hediyye almaq,temir pulu,supurge pulu ve.s adi ile yigilan pullar.Muellimler ve direktorlar burda shagirdlerden rushvet almaq ,onlar bilaveste cinayet mesuliyyetine celb olunmalidirlar.
Bu hadise 1994 cu illerde Bileceri qesebesinin orta mektebinin muellimesi Elmira xanim Ermenistan qafan rayonundan Direktorun adi unudulmush onun ise gurcustanli olmagi öz tesdiqini tapir.Bu hadise olmush bunu men tesdiq ede bilerem.Email tam duzdur kim istese muraciet ede biler.

Kimdən: Musteqil Haradan: Baki
24.02.2010 02:32
Bu resime baxdiqda öz mekteb illerim yadima dushur 1967 -ci il.
Gör ne qeder gözel balalardi,Allah qorusun.O muellimin eli qirilsin,bu balalardan nece qiyib,hediyye alirlar.Yeni rushvet alirlar.

Kimdən: Musteqil Haradan: Baki
23.02.2010 22:44
Men burda hec ne deye bilmerem. Sadece valdeyinlerin vicdani olmali bu pulu yigmamali. Biz bunu bilirik yaltaq valdeyinlerimizde var bu ishleri hamisini eden bunlardir. Sonda bu sözu deyirem. Haram alsun o muellime telebeden hediyye göturur. Yaltaqliq olmasaydi dunya duzelerdi.
Cavab

Kimdən: xalq Haradan: Baki
25.02.2010 15:23
Vermeyende ushag hedefe cevirilir ve her deyqe muellime terefinden menfi hereketleri ile uzlesir,axir noqtesi mektebe hansisa beheneleri ile buraxilmir.Onun ucun mektebi rehber edan valideyinlar deyil ki,vermeyib tehsil ocaginda rushvetsizlik yaradsinlar.Bu birbasha tehsil nazirliyin ishidir.Ishtiye bilmirlerse tecili olaraq orani terq etsinler valideyinlarin ustune atmasinlar.