Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:42

Verilişlər / Kontekst

«Talışlar ana dillərində yalnız ailə içərisində sərbəst danışa bilirlər»

Azərbaycan vətəndaşları 22 dildə danışır
Şriftin ölçüsünü dəyiş - +
- Azərbaycanda yaşayan talışlar ana dillərində yalnız ailə içərisində sərbəst danışa bilir. İctimai yerlərdə bu, heç də həmişə yaxşı qarşılanmır. Bəzən ətrafdan eşidirlər ki, bu nə dildir danışırlar?

Bu sözləri milliyyətcə talış olan vəkil Ramiz Məmmədov deyir. Onun sözlərinə görə, Azərbaycanda talışların kompakt yaşadığı cənub bölgəsindəki məktəblərdə talış dilində ibtidai təhsil almaq mümkün olsa da, bu dildə tam təhsil almaq mümkün deyil:

«TALIŞLAR BU ÖLKƏDƏ İKİNCİ BÖYÜK XALQ SAYILIR, ANCAQ…»

- Talış dilində dərsliklər son dəfə 1995-ci ildə tərtib olunub. Ondan sonra dərsliklər yenilənməyib. Azərbaycanda situasiya paradoksaldır. Rəsmən talışlar bu ölkədə yaşayan ikinci böyük xalq sayılır, ancaq onlar bunu pasportlarına yazdıra bilmirlər. 1930-35-ci illərdə sovet ideologiyasına uyğun olaraq yerli türklərin adı rəsmi sənədlərdə azərbaycanlı olaraq yazıldıqdan sonra bu, ölkədə yaşayan bir sıra xalqlara, o sıradan talışlara da aid edildi.

Ramiz Məmmədov bildirir ki, bir neçə il öncə Azərbaycanda ən azsaylı xalqlardan sayılan Xınalıq camaatının dilinin və mədəniyyətinin qorunması ilə bağlı sərəncam imzalanandan sonra talışlar da milli azlıq olaraq dövlətdən eyni diqqəti gözləməkdədirlər. Ancaq hələlik gözləntilər müsbət nəticə vermir.

Statistikaya görə, Azərbaycan vətəndaşları 22 dildə danışır. Bu sırada talış, ləzgi, avar, saxur, ingiloy, tat, kürd, xınalıq, ivrit dilinin bir neçə qolu da var. Ancaq Azərbaycan vətəndaşlarının ortaq dili yerli əhalinin danışdığı türk dilidir. Stalin dönəmində türk dilinin adı Azərbaycan dilinə dəyişdirilsə də, yerli əhali arasında bu gün də bu dili türk dili adlandırırlar.

7 rayonda yaşayan ləzgilər öz dillərində təhsil ala bilmirlər
Azərbaycanın Rusiya ilə həmsərhəd şimal bölgəsində daha çox ləzgilər yaşayır. Əsasən 7 rayonda yaşayan ləzgilər öz dillərində təhsil ala bilmirlər. Azərbaycanda çıxan «Samur» qəzetinin baş redaktoru Sədaqət Kərimova AzadlıqRadiosuna bildirir ki, ləzgilər məişətdə öz milli ənənələrini davam etdirirlər. Ancaq təhsil almaq, qəzet, jurnal çap etmək ciddi problem olaraq qalmaqdadır:

«AZƏRBAYCANDA LƏZGİLƏRİN TƏHSİL ALMASI BÖYÜK PROBLEMDİR»

- 1997-ci ilə qədər Azərbaycanda yaşayan azsaylı xalqlara, o sıradan ləzgilərə də dövlət səviyyəsində maddi yardımlar ayrılırdı. Ancaq indi bu siyasət davam etdirilmir. İqtisadi problemlərə görə, «Samur» qəzeti 1992-ci ildə gündəlik, daha sonra həftəlik qəzet idi. İndi isə biz yalnız ayda bir dəfə 2000 tirajla çap olunuruq. İndi Azərbaycanda ləzgilərin təhsil alması da böyük problemdir. Rusiya Federasiyasının Dağıstan vilayətindən Azərbaycana ləzgi dilində dərsliklərin gətirilməsi qadağan edilib. İndi demək olar ki, ləzgi dilində bir ədəd də olsa dərslik yoxdur. Qabaqlar Dağıstan Dövlət Universitetinin Bakı filialında ləzgi dili mütəxəssisləri hazırlanırdı. Bir neçə il öncə həmin institut da bağlandı.

Sədaqət Kərimova bidirir ki, buna baxmayaraq, Azərbaycanda yaşayan ləzgilər arasında köç problemi yoxdur. Azərbaycanın şimalında yaşayan ləzgilər bu torpaqları vətən hesab etdikləri üçün hər hansı dövlətə emiqrasiya etməyi düşünmürlər.

Azərbaycanda yaşayan yəhudilərin milli məsələ ilə bağlı heç bir problemi yoxdur. Bu sözləri, Azərbaycan Dağ Yəhudiləri İcmasının üzvü,
Azərbaycanda yaşayan yəhudilərin milli məsələ ilə bağlı heç bir problemi yoxdur
Milli Məclisin deputatı Yevda Abramov deyir. Onun sözlərinə görə, yəhudilərin kompakt yaşadığı Bakı və Qubada öz dillərində təhsil almaq imkanı var:

«BİZİM DANIŞDIĞIMIZ ƏSL İBRANİ DİLİ DEYİL»

- Bizim danışdığımız əsl ibrani dili deyil. Bu sırf Azərbaycanda yaşayan yəhudilərin dilidir. Bir neçə ildir ibtidai siniflərdən başlayaraq əsl ibrani dilinin tədrisinə başlanıb. Bundan başqa, Quba rayonunda xaricdəki qeyri-hökumət təşkilatlarının filialları açılıb. Onlar yəhudilərə yəhudi dilini, mədəniyyətini və tarixini öyrədir.

Eyni zamanda Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü olan Yevda Abramov deyir ki, quruma ölkədə yaşayan milli azlıqlardan milli məsələlərlə bağlı olduqca az şikayətlər gəlir:

- Daha çox talış millətindən olan ziyalı dostlarımız radio, qəzet açmaq imkanlarının məhdud olmalarından şikayətlənirlər. Ancaq onlar ölkə qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət edərək istəklərini reallaşdıra bilərlər.

Azərbaycanda 15 ilə yaxın dərc edilən Talış Mədəniyyət Mərkəzinin «Talışi Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov 2009-cu ilin avqustunda həbsxanada vəfat edib. O, 2007-ci ildə vətənə xəyanətdə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi. Hazırda bu qəzetin çapı dayandırılıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (10)
    Növbəti 
Kimdən: Esl Mamed
15.03.2010 19:35
Qarabag meselesini hell etmek isteyirler, teze nese cixarmaq lazimdi axi. Hormetli Aygun xanim, bu yazacaginiza gedin Iranda yashayan 30 milyon azerbaycanlinin huquqlarindan yazin.

Kimdən: gilani Haradan: veten
15.03.2010 16:03
talishlar azerbaycan adlanan vetenimizin aberogen yeni yerli sakinleridir. tarixde talishlarin hacansa bu yerlere goc etmesi hagda hec bir fakt yoxdur. bu veten bizimdir azerbaycanda yasayan diger xalglarla-turkler lezgiler kurdlerle ve s. birge. biz hamimiz birlikde bu vetene, veten torpagimiza sahib cixmaliyiz.

Kimdən: NOMAD.
15.03.2010 11:52
Siz burda Azerbaijanda yashayan Tlishlarin, lezgilerin huguglarindan yazirsiniz. Men lezgiyem amma menim lezgi kimi burda hech bir hugugum yoxdur. Harada getsem bilende ki, lezgiyem biz lezgilerin uzune vururlar. Talishlar da lezgilerin gunundedir. Azerbaijanlilar hech bir bashga miliyeti istemirler. Hechj ozlerindede birliy yoxdur.Problemada burdadir hech kim Azerbaijani ureyden sevmir.

Kimdən: Kadusi Haradan: Cenub Mirvarisi
14.03.2010 21:06
Duzdu talislar,turkler,lezgiler butun azerbaycanlilar hemise qardas kimi yasayiblar ve belede olacaq.Amma bezi meqamlar var onlara baxanda sadece ureyim aqrayir.Bizim(talislarin)sayi statik gostericilerde defelerle azaldilir.Ne qeder arsiz olmaq lazimdi ki orta mekteb dersliklerinde yazasan ki Lenkaran ehalisi 90% azerbaycanlilar qalan hissesi ise rusla,talislar ve basqa azsayli xalqlarda ibaretdi.Niye azerbaycanlilar deyilir meger biz basqa olkenin vetandaslariyiq.Bizde azerbaycanlilariq.Azerbaycanli talislar.Bu hele bizim problemlerimizin balaca bir hissesidi.Deyirsiz ki hec bir problem yoxdu.Neceki deyirler Azerbaycanda her sey yaxsidi
Cavab

Kimdən: Sahib Haradan: Bakı
15.03.2010 12:26
Bu ele bizim de problemimizdi.talışların heç olmasa adları gösterilir,türklerin yerli dibli esamesi oxunmur.

Kimdən: shoshubaladan
14.03.2010 13:39
Azadlig radyosu,menm sherhm de vern de,ishnze gelmr?Deyrem ki,azerbaycanlilarin dostu olmayan demek ki,dushmandir!
Cavab

Kimdən: aga Haradan: baki
14.03.2010 22:46
indi de elesen xarici dusmenler vetenimizi bolmek ucun sizden istifade edir.bu ara qizishdirici meqaleler vermeyin.

Kimdən: Shoshubaladan Haradan: Turkyeden
14.03.2010 13:17
Salam.Hami bilsin ki,hamimiz azerbaycanlyig!Talshlar da Azerbaycana Hndgush daglarindan gelibler.Bizi de biz buraliyig kimi sozlerle hedelemiyin.Azerbaycan azerbaycanllarindi!r.Biz artig cox gucluyuk ve guclenmeye davam edirik.Bele sheylerle indi bashimizi gatmayin!Allah goysa bu ishlere de baxacayig.Hamimiz gardashig!
Cavab

Kimdən: rovshan Haradan: franciya
15.03.2010 11:49
Talishlar ele Tolish daglarindan gelib,altai daglarina gelanleri gebul edib,biz gonax perveruk.

Kimdən: Kadusi Haradan: Cenub Mirvarisi
13.03.2010 21:27
Bizim (talislarin) problemimiz dilimizin yavas-yavas siradan cixmasidi. Elbetde bu ozumuzunde gunahidi. Amma sizin talerant dediyiniz olkede talis dilinde ne bir qezet, ne bir kitab ne de basqa bir sey var...
Cavab

Kimdən: TURAN Haradan: NAXCIVAN
14.03.2010 02:10
kadisi millet Dubayda usagina ev alir 75 milyona,qezet,kitab ucun pulu hardan tapsin.Sesini cixardanin dilini kesirler.Bu DILden yazin .Bu DIL azaddirmi?

Kimdən: Pervin Haradan: Baki
13.03.2010 11:58
Goresen bizim kimi tolerant bir millet ve olke varmi?.O qeder chozulmeli problemlerimiz ola-ola,talish ve lezgi qardashlarimizin el'e bir problem yashamadiqi halda niye qashinmayan yerd'en qan chixarmaq isteyirsiniz?

Kimdən: Boladi Haradan: Romania
10.03.2010 21:36
Talishlar,belke de Azerbaycanda yashayan yegane milletdir ki,Azerbaycan haqqinda en qedim melumatlar olan vaxtlardan beri, oz torpaqlarini qoyub qachmayiblar.Yani ta qedimden,yashadiglari yerlerde indi de yashayirlar.Bunu Wikipedia ve diger ensiklopedialarda da gore bilersiniz!
Cavab

Kimdən: aga Haradan: baki
15.03.2010 23:49
bizim sizin millete hormetimiz var size de bir pisliyimiz deymeyib.amma bele meqaleler vetenimizi bolmeye hesablanib.o ki qaldi sizin esl geldiyiniz yere siz ve iranda yasayan farslar eslinde indiki tacikistandan gelmisiz irani da bizim turkler dovlet edibler,idare edibler.neden narazisiz biz ki size farslarin iranda bize etdiklerini etmirik.

Kimdən: İlham Haradan: Bakı
10.03.2010 20:23
Talışlar və azərilər əsrlər boyu bir yerdə yaşayıblar. Və həmişə də aralarında mehribanlıq hökm sürüb. Elə bir azəri ailəsi tapa bilərsiniz mi ki, talışla hansısa qohumluğu olmasın və tərsinə? Mən şəxsən tanımıram. O ki qaldı məktəb məsələsinə, hesab edirəm ki, hər bir insan ana dilində oxumaq imkanına malik olmalıdır. Düşünürəm ki, bu problem tədricən həll olunacaq. Mən talış dilini başa düşməsəm də talış dilində mahnılarına həvəslə qulaq asıram. Ümumiyyətlə, talış adət-ənənələri barədə televiziya filmlərinə maraqla baxıram. Özüm azəriyəm.
Cavab

Kimdən: Aslan Haradan: Bakı
13.03.2010 18:30
menim talışlarla qohumluğum yoxdur.Kimise sevib sevmemek üçün qohumluğa da ehtiyac yoxdur.Qurtulun bu tayfaçı şüurdan.Qurtulmadıqca heyderler yetişmeye davam edecek.

Problemlere gelince evvelce özünden başla.Bu torpaqlarda "azeri" yaşamır.türk,talış,lezgi vs yaşayır.Azerbaycanlı yaşayır.
Səhifə (10)
    Növbəti