Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:28

Bloqlar / Sevda İsmayıllı

«Qış bulvarı», ya «Şəhər parkı» - adın nə fərqi var?

Bəzi tarixi binalar uçurulma təhlükəsi qarşısındadır
Şriftin ölçüsünü dəyiş - +
Bakı şəhər İcra Hakimiyyəti, axır ki, Heydər Əliyev adına Sarayla Milli Dram Teatrı arasındakı sahədə salınması nəzərdə tutulan parkla bağlı açıqlama verib (APA).

BŞİH-in mətbuat xidməti bildirir ki, bəzi mətbuat orqanlarında tez-tez bu sahədə «Qış bulvarı»nın tikiləcəyi ilə bağlı yanlış məlumatlar dərc olunur: «Bu mənbəyi məlum olmayan məlumata aydınlıq gətirərək bildiririk ki, həmin ərazidə naməlum «Qış bulvarı» deyil, Bakı şəhərinin Baş planına uyğun olaraq şəhərimizin daha da gözəlləşməsi və şəhər sakinlərinin istirahətinin yaxşılaşdırılması məqsədilə müasir, gözəl şəhər parkının salınması nəzərdə tutulur!».

Vəssalam? Elə bu?

Bəs ərazinin incidilmiş sakinləri? Buradan-ora, oradan-bura qovulanlar? Saatlarla polis məntəqəsində saxlanılan qadınlar?

35 kv.m mənzilinə cəmi 50-52 min manat kompensasiya verilən böyük ailə sahibləri?

Evsiz-eşiksiz qalma təhlükəsi altında olanlar?

Bəs uçurulmuş və uçurulmaqda olan binalar?

Bəs Şəmsi Bədəlbəyli-21-də qərar tutmuş 100 yaşlı gözəl bina?

Artıq uçurulmuş «Terentyevin spirt zavodu» deyilən tikili?

Füzuli-58-də hələ də yaşayış davam edən tarixi bina?

O ətrafda olan tarixi komplekslər? Fon-Der Nonnenin, Zivər bəyin ucaltdığı binalar?
Bunlar necə olacaq?

Orada salınacaq parkın «Qış bulvarı», ya «Şəhər parkı» adlandırılmasının bu binalara və adamlara nə dəxli var?

«Mənbəyi məlum olmayan» məlumatlar nədən doğur? Jurnalistlərin belə yazılar yazmasına kim şərait yaradır? Məlumatsızlıq mühiti, həmişə susan telefonlar, bağlı qapılar, deyilmi?

Lütfən, açıqlama verərkən məsələnin məğzini açmağa çalışın.

Lütfən, deyin görək, «Qış bulvarı»nın «müasir şəhər parkı» ilə əvəzlənməsi Ş.Bədəlbəyli-21-dəki Ağa Rəhim Məlikovun binasını məhv olmaq təhlükəsindən qurtara biləcəkmi?

Yoxsa, o məşhur mahnının sözü olmasın, adın nə fərqi var ki?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Eliko_0011 Haradan: Baki
08.03.2010 00:45
Bahoooooooo....Qaqa,qish bulvari ancaq qishda ishlayacak,yayda ustuna palatka salib baglayacaqlar,sheher parkida kruqliy qod ishleyecek.Burda qeyri-adi ne var ki???Ele soz sorushma,ele bilerler savadsizsan!

Kimdən: Emil Haradan: australia
06.03.2010 15:51
Sexsen, Qish parki ideyasi pis fikir deyil. Ama evleri dagidilacaq sakinlere de normal seviyyede kompensasiya verilmelidir ki, her shey yolunda olsun.
Ve Arxitektura sohbeti acanlara ise, siz neye arxitektura deyirsiniz?? Hemin o binalara? Ele binlari ya rekonstruksiya etmek lazimdir, ya da sokub yerine daha yuksek arxitekturaya uygun gelen bina tikmek lazimdir.

Kimdən: MusicLover Haradan: Bakinin Qaliqlari
03.03.2010 20:04
Bizim parklara chox boyuk ehtiyacimiz var!Oranin bashdan ayaqa mermer oldugunu qorende qebirsanliqda yatanlar yadimiza dushsun diye.

Kimdən: Hadir Haradan: Naxçıvan
27.02.2010 11:50
Xaiş edirem ulu önderimin adını burda az hallandırın yoxsa özünüz bilirsiniz .

Kimdən: azad Haradan: baki
25.02.2010 21:49
bundan prezidentin cox gozal xabari var..hansiki xalq onu secib.canab prezident siz 30.35 mina ev ala bilarsiz .bu millati niya kucaya atirsiz.sevindirin duwmanlarimizi

Kimdən: sakin Haradan: uchurulmus mahladan
25.02.2010 21:46
bir sozla. ay kasib san shharin markazinda yashaya bilmarsan.buna sanin haqqin yoxdur.burda ancaq rusvatxor mamurlar / dovlati yeyib dagitmish insanlar qalmalidir.5-10 manativi gotur cahannam ol harda qalirsan qal..

Kimdən: Pesimist
25.02.2010 15:07
Dunyanin her yerinde tarixi binalar goz bebeyi kimi qorundugu halda bizde ucurdulur, her hansisa bir siyasete qurban verilir.....Ondansa bele elesinler Azerbaycanda 1993-cu ile kimi ne tikili varsa hamisini ucurtsunlar, H.Əliyevin heykəlləri və parklari besimizdir....

Kimdən: Eldar Haradan: Rusiya
25.02.2010 00:09
Olmuş bir əhvalatdır. Əyalət kəndlərinin birində müharibə zamanı kənd soveti deyilən birisi o qədər haqsızlıqlar edir ki, sözlə deyiləsi deyil. Necə deyərlər qılıncının dalıda kəsirdi, qabağıda. Heç kəsdə dillənə bilmirdi. Bir gün dünyasını dəyişir. Yalnız qohumlarının iştirakı ilə dəfn olunur. Kənddə sözü bir yerə qoyurlar ki, qəbrin yanından keçəndə hərə bir daş atsın. Üstünü götürməyə vaxt tapmamış hər gün üstündən daş təmizləyən qohumlar qərara gəlilər ki, üstünü götürməsinlər və üstünü torqlayırlar ki, qəbir itsin. İndi diriykən rəhmət qazanmaq hər yetənin işi deyil.

Kimdən: Moshu Haradan: Goyezen
23.02.2010 20:55
Bir Qiz qalasi qalib,onuda soksunler,belke Hacibalanin ureyi soyuyar.
Ruhun shad olsun Baba Punhan,yaxshi ki, Qiz qalasinin qiz qalmayacagini gormedin.

Kimdən: Teymur
23.02.2010 17:50
Yəqin ki, bildirdiyim irad sizi qane etmədi.
Cağır gəlsin Dən KOROĞLU Bura BAKIDIR. VƏSSALAM
Səhifə (2)
    Növbəti