Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:52

Verilişlər / Kontekst

Əhali kasıb olduqca, keyfiyyətsiz ərzağa tələbat qalacaq…

İstehlakçı maarifçiliyi aşağıdır

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Əhali artıq köhnəlmiş və keyfiyyətsiz məhsullarla qidalanmaqdan bezib.

Gəncə şəhərində 30-a yaxın sakin arasında apardığımız sorğu zamanı kimə yaxınlaşdıqsa keyfiyyətsiz məhsuldan şikayətləndi.

- Bu yaxınlarda «smetan» almışdım dükandan. Satıcıya müraciət elədim ki, siz «srok»una baxın, sonra verin, evə aparandan sonra gördüm ki, saxlama müddəti keçib. Çox vaxt baxırsan ki, müddəti yazılıb, amma açırsan ki, köhnədir. Pendiri açmışam ki, üstü göyərib.

- Alırsan amma keyfiyyətinə əmin deyilsən, bilmirsən kərə yağıdır ya marqarindir? Hansı ölkə istehsal edib? Bu işlər o qədər nəzarətsizdir ki, məhsula nə qədər pul veririk, hər şey bahadır. Amma əmin olmuruq. Hara müraciət edəsən, neyləyəsən bilmirik? Heç satıcı da bilmir ki, məhsulu necə saxlamalıdır. Həm keyfiyyət problemidir, həm də saxlanma şəraiti və sair...

- Son vaxtlar mağazalarımızda xüsusən regionlardakı mağazalarda çox keyfiyyətsiz malların çeşidi artıb. Məsələn, əhaliyə kərə yağı adı altında digər yağlardan 4-5 dəfə ucuz qiymətə yağlar satırlar. Çox keyfiyyətsiz, pis tam verən, sovet dövründə xarab olmuş marqarinlər var idi. Ekspertlər araşdırsalar, görərlər ki, orda nəinki kərə yağı, keyfiyyətli marqarindən belə əsər-əlamət yoxdur.

UCUZ YAĞIN FƏSADLARI…

Əhalini daha çox hər gün istifadə olunan yağ məhsulu narahat edir.
Qasım Hüseynov
Müsahiblərimin deməsinə görə, artıq münasib qiymətə keyfiyyətli yağ tapmaq müşkül məsələdir:

- Ümumiyyətlə indiki yağlar kərə yağı deyil. Qabaqkı yağlardan yoxdur.

Gəncdəki mağazalardan birində satıcı işləyən şərti adı Nailə olan qadın deyir ki, hər gün mağazaya müxtəlif çeşidli məhsullar gətirilir. İxtisasca əmtəəşünas olan Nailə xanım xüsusən yağları satanda vicdan əzabı çəkdiyini deyir.

SATICILAR DA ALICILAR KİMİ GİLEYLİDİRLƏR…

- Vaxtilə marqarin dolu idi. İndi hanı o marqarinlər, birdən-birə yoxa çıxdı? Həmən yağlardı tərkibinə iy vurub gətirib satırlar. Sovet hökumətindəki kimi heç bir şey öz qaydasında buraxılmır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı ərazi dövlət nəzarəti idarəsinin rəis müavini Qasım Hüseynov deyir ki, hər dəfə keçirdikləri reydlər zamanı keyfiyyətsiz məhsullar müşahidə edirlər:

- Əsas gündəlik yeyinti məhsullarında - çörək, çörək məhsulları, şirniyyatlardı…Ötən il apardığımız nəzarətin statistikasına baxanda standartlardan kənar əsasən qida məhsullarıdır. Əhali üçün təhlükə mənbəyi olan məhsullar kənarlaşdırılmış, satışına qadağa qoyulmuşdur. Xaricdən idxal olunan şokaladların hətta üzərində erməni dilində yazılması göstərilmişdir.

İNZİBATİ TƏDBİRLƏRİN DƏ SƏMƏRƏSİ OLMUR…

Eyyub Hüseynov
Qasım Hüseynov deyir ki, belə halla rastlaşdıqda fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 2-3 min manat, hüquqi şəxslər isə 3-5 min manat arası cərimə edilir. Ən son keçirdikləri reydlərdə 7 sahibkar cərimə edilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyir ki, ölkədə istehlakçı hüquqları kobud şəkildə pozulur. Bunun qarşısını almaq məqsədilə yaranmış dövlət qurumu mağazalardan hər gün tonlarla keyfiyyətsiz məhsullar çıxarsalar da qurtarmır:

ƏHALİ KASIB OLDUQCA KEYFİYYƏTSİZ ƏRZAĞA TƏLƏBAT QALACAQ…


- Ona görə ki, nə qədər tələb varsa o qədər də təklif olacaqdır. İstehlakçı maarifçiliyi aşağıdır. İstehlakçı ucuz və keyfiyyətsiz mala tələbat yaradır. Əlbəttə vaxtı keçmiş mallar var. Elə bu gün mənə məlumat gəlib ki, gizli sexlərdə konfetləri yeni tarix vurulmuş qutulara doldurublar. Hətta vaxtı keçmiş qabların qablaşdırılması ilə bağlı məlumat gəlib mənə. Duzla bağlı ciddi problem yaranmışdır. Yod çatışmazlığı problemi yaranmışdır. Bu gün bazarın monitorinqini aparsaq görərik ki, 50 faizdən yuxarı deyil yodlu duzların miqdarı.

Eyyub Hüseynov deyir ki, ölkədə xalis yağdan danışmağa belə dəyməz. Qərb bölgəsində isə ağartı məhsullarının 50 faizi vaxtı keçmiş məhsullardır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Namiq
18.02.2010 15:27
"Xaricdən idxal olunan şokaladların hətta üzərində erməni dilində yazılması göstərilmişdir."
Belə başa düşülür ki, həmin məhsullar da müsadirə olunur.Heç dəxli var?

Kimdən: Xeyal Haradan: Baki
17.02.2010 17:37
Men kassasi olmayan,mene qebz vere bilmeyen magazalardan hec ne almiram.Cunki zeherlensem elimde qebz olmasa subut ede bilmerem ki,erzagi buradan almisam.Ustunde ayin tarixinin desilme yolu ile (perforasiya) yazilan,DOST (dovlet standartlari)olan erzagi secirem.Erzagin ustunde basa dusmediyim ecnebi dilde yazilar,TS (texniki sertlerle) varsa almiram .

Kimdən: Rovshen Haradan: Baki
17.02.2010 15:09
Eyyub Huseynovla razi deyilem. Ehaliye ele ucuz erzaqi da baha satillar. Bahali erzaq hele keyfiyyet deyil. Hokumet istese bele veziyyetin qarsisini alar.Bu mehsullari her kes getire bilmez,xususi adamlar bununla meshquldu

Kimdən: Zaur Haradan: sankt-peterburg
17.02.2010 14:43
Cox ciddi movzudur.Umumiyytle her hansi bir olkenin ehalisinin heyat hseraiti o ehalinin gelirleri ile garshi-garshiyadir.Yeni gelirinden asili olarag ehali ozune heyat sheraiti gurur.En esasda gida mehsullarinin keyfiyyetidir.1990 ci illere nezer salsag gorerik ki,kecmish sovetler birliyi olkelerinde xarici olkelerden idxal olunan xeyli ceshidli yeyinti mehsullari magazalara problemsiz ve demak olarki,cuzi yoxlama ile dolmaga bashladi.2-3 ilden sonra melum olduki, o mallar neca illerdiki avropa firmalarinin anbarlarinda xeyli vaxtdirki,yigilib galmishdir.Ve gisasi o dovurde Avropanin vaxti kecmish keyfiyyetsiz mallarinin 70% i kecmish SSR i respublikalarina tecili satdilar.Nehayetde bu olkeler bu keyfiyyetsiz mallarin poligonuna cevrildi.Ve eyni zamanda igtisadiyyeti formalashmamish bu olkelerde gazanc gunden gune pisleshdiyinden ehalide negd pulun azalmasi neticesinde heyat sheraiti de pisleshirdi.Bu olkelerden biride Azerbaycandir. 1993 cu ille mugayisede ehalinin heyat sheraiti ciddi suretde yaxshilashmayib.Eyni zamanda gazancin seviyyesinin ashagi olduguna gore olkede keyfiyyetsiz gida mallarinin satishi helede davam edir.Buda aydin meseledir ki,pulu az olan adam calishir ki,ucuz mal alsin.Ve Azerbaycan kimi olkelerde bu prinsipden istifade edib satish yerlerinde xeyli migdarda keyfiyytsiz mallar satirlar.Keyfiyyetsiz gida ile gidalanan organizm ise hec vaxt saglam ola bilmez.Ve nehayet, saglam olmayan organizm hec vaxt saglam dushunce sahibi ola bilmez.