Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:55

Cəmiyyət

Mehriban Əliyeva “Şərəf Legionu” ordeni aldı

Prezident İlham Əliyev xanımı Mehriban Əliyevaya Heydər Əliyev ordenini təqdim edir, 10 may 2009
x
Prezident İlham Əliyev xanımı Mehriban Əliyevaya Heydər Əliyev ordenini təqdim edir, 10 may 2009
Şriftin ölçüsünü dəyiş - +
Fransa prezidenti Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edib.

Sarkozi bu münasibətlə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. O, məktubunda yazıb ki, Mehriban Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzi ofisləri Parisdə yerləşən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) və İslam Təhsil, Elm və Mədniyyət Təşkilatının (ISESCO) xoşməramlı səfiridir.

Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu keçən il Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə 40 min avro yardım edib. Bu Fond həmçinin Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva

Bu yaxınlarda məlum oldu ki, Azərbaycan Luvr muzeyində də xalçalar kolleksiyasının bərpasına bir milyon avro ayırıb.

Mehriban Əliyevanın layiq görüldüyü “Şərəf Legionu” ordeni dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilir. Ordeni 1802-ci ildə imperator Napoleon Bonapart təsis edib.

Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi var. 11 nəfərdən ibarət Mükafat Komissiyası ordenə təqdim olunan şəxslər barədə məlumatları araşdırdıqdan sonra ordenin verilməsinə razılaşır.

Mehriban Əliyeva 2009-cu ildə Azərbaycanda da ən böyük mükafatlardan hesab edilən Heydər Əliyev Ordeni ilə təltif olunub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: azeri Haradan: baki
21.02.2010 02:19
hormetli mehriban xanim!
bu geder xerc cekib medal almagdansa, o pullari ordumuza ve esgerlerimizin saglamligina xerclemekde olardi, cunki fransa bir dene yox bize 100 medal versede , unutmayinki, ermeniperest olkedir, ve onlara destek verir, bize galdisa, biz oz GARABAGIMIZI fikirleshsek ve MADDI CEHETTEN garabagi geri almag ucun de o pullari saxlaya bilerik, cunki muharibesiz GARABAGI almag olmayacag

Kimdən: azeriden Haradan: rusiyadan
19.02.2010 23:31
deyirem belke bir 3-4 millyard dollar verib garabagi pulla alag?

Kimdən: Murik Haradan: Baki
19.02.2010 00:04
Fransa ermenistana kullu miqdarda yardim edib-Duz eleyib.
Bizimkilere orden verib,duz eleyib.
Biz ise susurug,duz eleyirik

Kimdən: BIR AZERBAYCANLI GADIN Haradan: AZERBAYCANDAN
18.02.2010 02:35
HEC SEVINDIRICI DEYIL, CUNKI BIR NECE GUNDEN SONRA XOCALI SOYGIRIMINA GORE OLKEDE BIR DEGIGELIK SUKUT OLACAG, GELIN OZUMUZU SHOHRETPERESTLIKLE ALDATMAYAG, CUNKI GARABAGI HELE GERI ALMAMISHIG. FRANSADA HEMEN OLKEKERDEN BIRIDIRKI, ERMENILERE DESTEK VERIR, TURKLERLE BIR ERMENI DIGASINA GORE DUSHMENDIR. NE GEDER KI TORPAGLARIMIZI ALMAMISHIG HELE BASHIMIZI GALDIRIB HEMEN O, BIR MILYON GACGININ UZUNE BAXMAGA HAGGIMIZ YOXDUR, MEDALLA OYUNME EY AZERI XANIMI , O ZAMAN OYUNERSENKI GARABAGDA AZERBAYCAN HIMNI ALTINDA AZERBAYCAN BAYRAGINI DALGALANACAG!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Kimdən: GERIB AZERI Haradan: GERIBCILIKDEN
18.02.2010 02:05
HEC KIMIN BU MEDALA SEVINMEYE VE YAXUD FEREHLENMEYE HAGGI YOXDUR!!!
ISTER MOHTEREM PREZIDENT ISTER MEHRIBAN XANIM , ISTERSEDE HANSI BIR AZERI O ZAMAN SEVINMEYE HAGGI OLACAGKI, GARABGIMIZ AZERBAYCANA BIRLESHSIN!
HELEKI HER BIRIMIZIN YARASI SAGALMAYIB, COX UTANDIRICIDIR KI, VETENIN 20%-I ISHGAL ALTINDADIR, DEMELI HER BIRIMIZIN VICDANI LEKELIDIR! BIRINCI VICDANI TEMIZLEYEK SONRA MEDAL ALMAGDAN FEREH DUYARIG!!!

Kimdən: azeri Haradan: avropa
18.02.2010 01:55
bu medal bize lazim deyil!!!!!!!!!!!!!!!!!
bize torpagimiz-GARABAGIMIZ lazimdir!!!!!!!!!!!!!!!!!!!!!!!!
hormetli prezidentinde ve xanimininda esl tebriki de onda olacag ki,
GARABAGIMIZ GAYTARILSIN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
NE GEDERN KI GARABAG DUSHMEN TAPDAGI ALTINDADIR, ISTER HER BIR AZERININ VE ONUN BASHCISININ VICDANI GEFESDEDIR!!!
VETEN BIZIM GEYRETIMIZDIR!!!!!!!!!!!!!!!!!!!!!
EGER GARABAGI GERI ALMASAG DEMALI VICDANIMIZ TEMIZ DEYIL!!!!!!!!!!!!!!!!


Kimdən: Rasim Haradan: buralardan
17.02.2010 22:55
...Goresen neye bele sevinirler, nece de xoshbextdirler, bu BEDBEXT XALQIN FONUNDA !?

Kimdən: Zaur Haradan: sankt-peterburg
17.02.2010 12:45
Dunya siyasetcileri Sarkazini gati milliyetci ve ciliz demokrat kimi taniyirlar. onun son vaxtlar dunya siyasetinde yurutduyu antidemokratik fikirler haminin diggetindedir. Azerbaycaninindiki diktatura hakimiyyeti shexsen Fransadaki hakim partiyadan ciddi destek alir.Mehs buna gorede Mehriban Eliyeva Sarkaziden bu mukafati alib.Bu mukafatin verilmesi Azerbaycanla Fransa arasinda siyasi munasibetlerin normal oldugunu bildirir.Hami bilirki,Mehriban Eliyeva ve Ilham Eliyev hedden artig shohretperes insanlardir.Onlar oz menafelarini hemishe milletin ve dovletin menafeyinden ustun tutublar.Eger bu bu cur olmasaydi Mehriban eliyeva Nikola Sarkazinin shexsen ishgalci Ermenistana garshi guclu desteyine hec olmasa bir defe etirazini bildirerdi.Amma onlar bunu etmezler.Cunki bu cur cesaret esil vetenperver azerbaycanliya aiddir.Onlar ise bu addan xeyli uzagdir...

Kimdən: Moshu Haradan: Goyezen
17.02.2010 11:36
"Sheref Legionunun" qiymeti sadece 1 milyon evro imish.Ne eceb 2 dene almayiblar,pullari yoxdur meger??

Kimdən: Tebrikler
17.02.2010 09:48
sarkozi her zaman ekssentrik xasiyyet ile taninib..bir de gozel xanimlara aludeciliyi ile :)...orden verilenden sonra eshideciyikki ermenilerede hansisa raketalari veribler.
ama yenede Mehriban xanimi tebrik edirem. olkemizin eva peronu olmag hec de pis deyil, ama o peronlarki argentinani ne gune qoydular bizimkiler qoy ders gotursunler ve calishsinlar ki tarix kitablarinda korrupsiyalashmish ve klanlashmish sozleri ile bol olmasin onlarin adlari, amin!
Səhifə (3)
    Növbəti