Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:16

Xüsusi layihələr / Həftənin panaması

QARI MƏHKƏMƏYƏ VERMƏK LAZIMDIR

Şriftin ölçüsünü dəyiş - +
Bu qış Bakıya hələlik bir dəfə güclü qar yağıb. Bu qar paytaxta o qədər problem gətirib ki, həm millət vəkilləri, həm də iqtisadçılar müzakirəyə girişiblər. Problem varsa, deməli, günahkar da var.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun təklifi var:

«Qarı məhkəməyə vermək lazımdır. «Azərenerji»ni məhkəməyə verərik, amma onlar da qarı günahkar sayacaqlar. Ona görə bütün problemlərə görə bəri başdan qarı məhkəməyə vermək lazımdır».

ÇİMƏNDƏ HAMAMIN QAPISINI BAĞLAMAYIN


İqtisadçıların təşkil etdiyi tədbirdə «Azəriqaz» ASC-nin nümayəndəsi Vaqif Namazov isə deyib:

«Qazdan boğulma halları ən çox Bakıdadır, hamamın qapısını bərk-bərk bağlayırlar. Oksigen qurtarır, soba sönür və yuyunan adam boğulur. Biz qazı harada və necə istifadə elədiyimizi dəqiq bilmirik. Niyə regionlarda bu, baş vermir, ancaq Bakıda baş verir?

Yerdən replika atılır:

«Vaqif müəllim, regionlarda sadəcə, qaz olmadığına görə bu, baş vermir».

DIRMAŞIN QAYAYA!

Ölkəmiz elə sürətlə inkişaf edir ki, qayaya dırmaşmağı qərara almışıq. Hətta yaxın-uzaq ellərdən də qayaya dırmaşanları çağırıb festival düzənləyəcəyik.

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bildirib:

«Bu yay qayaya dırmanma idman növünü populyarlaşdırmaq istəyirik. Bu yay dağlarımızın gözəl imkanlarından istifadə edib, qayaya dırmanma üzrə beynəlxalq festival keçirəcəyik».

Hüseyn Bağırov özünü ekstremal vəziyyətlərə salmağı sevir. Axı o, Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbəridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Zaur Haradan: sankt-peterburg
14.02.2010 16:07
...Belkede bu fikirler Qubad muellim terefinden lag etmek menasinda seslenib.Amma konkret olarag onu deyimki,Azerbaycan cemiyyetinde bu fukri destekliyen xeyli sayda adam tapmag olar.Buda cemiyyetin ne geder gulunc bir heyat yashadigindan xeber verir...