Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:25

Xüsusi layihələr / Həftənin panaması

NAMAZ PROTOKOLA MANE OLUR

Şriftin ölçüsünü dəyiş - +
Demə, Şəhidlər Xiyabanındakı «Şəhidlər» Məscidi təmirə bağlanmayıb. Azərbaycan rəsmiləri düşünür ki, Şəhidlər Xiyabanı Allaha ibadət yeri ola bilməz. Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mediaya açıqlamasında belə deyib:

«Protokol tədbirlərinin keçirildiyi məkanda maşınların saxlanması, insanların dəstəmaz alıb namaz qılması yolverilməzdir».

Həsənov Məscidin bağlanması səbəblərindən biri kimi həm də onun sürüşmə zonasında yerləşməsini göstərib.

Türkiyənin Dini İşlər Vəqfi «Şəhidlər» Məscidini 1996-cı ildə tikib. Türkiyənin Azərbaycandakı səfirliyinin dini attaşesi Müzəffər Şahin isə deyir ki, məscid heç yerə sürüşməyib:

«Ola bilər ki, sonradan geoloqlar süxurları araşdırıb hansısa yerdəyişmələr tapıblar. Ancaq adı gözlə baxanda məscid elə 1996-cı ildə tikildiyi yerdədir».

«Şəhidlər» Məscidinin 50 metrliyində 2 beşulduzlu otel tikilir.

10 MİN ERMƏNİ NECƏ OLDU?

Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyev Rusiya-Azərbaycan I Humanitar İşbirliyi Forumundakı çıxışında deyib ki, Ermənistan öz ərazisində etnik təmizləmə siyasəti yürütsə də, Azərbaycanda indi də 20 min erməni yaşayır.

Bir neçə il öncə eks-prezident Heydər Əliyev ölkədə 30 min erməni yaşadığını bildirmişdi. Mehdiyev çıxışında 10 min ermənin taleyinə aydınlıq gətirməyib.

ƏSGƏRLİYƏ BƏLƏDİYYƏLƏR APARACAQ

2012-2013-cü illərdə Azərbaycanda Silahlı Qüvvələrə səfərbərlik məsələləri bələdiyyələrin səlahiyyətinə veriləcək. Hərbi komissarlıqdan mediaya bildiriblər ki, komissarlıqlarda çalışan 1500 nəfər ixtisara düşəcək.

AZƏRBAYCAN ARTIQ GÖYLƏ ƏLLƏŞİR

Azərbaycan astrofizikləri kainatda yeni ulduz axtarır. Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında bunun üçün yeni spektroqraf quraşdırılıb.

AMEA-dan bildiriblər ki, qurğu ilə uzaq ulduzların ətrafında indiyə qədər elmə bəlli olmayan planetlərin axtarışı aparılacaq. AMEA yeni planet tapılsa ona kimin adının veriləcəyinə açıqlıq gətirməyib.

TAPILDI!!!

2009-cu il iğtişaşlarından sonra itmiş sayılan Moldovanın Müstəqillik Aktının əsli axır ki, tapılıb. 1991-ci ildə imzalanan Müstəqillik Aktını onu imzalayanlardan biri - doktor Meretsuya bir neçə gənc verıb. Gənclər deyiblər ki, sənədi parlament binasının qarşısındakı zibillikdən tapıblar. 2009-cu il aprelin 7-də Moldovada baş verən iğtişaşlarda başqa inzibati binalarla yanaşı Müstəqillik Aktının saxlandığı parlament binası da yandırılmışdı.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: MUVAHHİD Haradan: TİNDƏN
12.02.2010 00:09
Son illərdə Azərbaycan dövləti də İslam dininə və musəlmanlara qarşi aparilan xaçli-səlib muharibəsində canla -başla iştirak edir.Məscidlər mədrəsələr təmir adiyla bağlanir və sökulur.Musəlmanlar MTN və polis şöbələrinə çağrilaraq səbəbsiz yerə incidilir təhqir olunurlar.Həbsxanalarda minlərlə gunahsiz musəlman var.Sifarişlər İsrail və Amerikadan gəlir.Xalqdan heç bir reaksiya yoxdur.Burada əhalinin təxminən 1%-ni musəlmanlar təşkil edir.

Kimdən: qaqa
11.02.2010 15:39
Sonsuz kainatda sonsuz sayda ulduz axtarmaq kime lazimidr?
Insan ozunu bir arasdirsin...

Azerbaycanda islam dinine qarsi (!) tolerantliq var....Ateist memurlar cox tolerant davranirlar...

Kimdən: Qafqazli Haradan: Qafqazdan
11.02.2010 13:42
"Azərbaycan astrofizikləri kainatda yeni ulduz axtarır. Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında bunun üçün yeni spektroqraf quraşdırılıb."
Azerbaycan sou- sunda istenilen qeder ulduz var. Bunu goyde axtarmagin menasi ne?

Kimdən: Qızılüzən Haradan: Bakı
10.02.2010 19:27
Yaxşı qeyd olunub, 50 m-liyində iki 5 ulduzlu otel tikilir. Bir də, məscid tikiləndə Milli Məclis başqa yerdə deyildi ki? Elə həminki yerində idi də. İnanın mənə, ey havadan bəhanələr irəli sürən məmurlarımız, əsl məqsədinizi açıb desəniz bundan yaxşıdır. Nə qədər gülünc vəziyyətə düşmək olar?