Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Özünü yandıran bənənyarlının evi nəzarətə götürülüb

Bənənyar kəndi

Bənənyar kəndi

09.02.2010
«QAPIYA ADAM QOYUR Kİ, BİLSİN KİM GƏLİR, KİM GEDİR»

«Qayınatam gedib həkim gətirsin, Bənənyarın özündən, kəndin icra nümayəndəsi Şahbaz müəllim maşının qabağını kəsib. İmkan vermir bizə kimsə gəlib getsin. Bir yana hərəkət etməyimizə də imkan vermir. Bir də görürsən qapıya adam qoyur ki, bilsin kim gəlir, kim gedir. Şahbaz müəllimdən soruşanda niyə belə edirsiniz, deyir o mənlik deyil».

Bu, İranda müalicədən qayıtmış bənənyarlı Yunis Əliyevin həyat yoldaşı Tənnurə Əliyevanın dedikləri idi.

Dekabrın sonunda, Aşura mərasimindən sonra Culfa rayon Bənənyar kənd sakini 35 yaşlı Yunis Əliyev polis zorakılığına etiraz olaraq benzin töküb özünü yandırıb. İlk günlər onun vəfat etdiyi barədə məlumatlar yayılsa da, sonradan Təbrizin xəstəxanalarından birində müalicə aldığı bəlli olmuşdu. Yunis bu günlərdə evlərinə gətirilib. Ailəsinin dediyinə görə, vəziyyəti ağırdır və həkim nəzarəti altında olmalıdır.

Yunisin halı yaxşı olmadığı üçün özü ilə danışa bilmədik. Anası Şərəbanı Əliyeva isə deyir ki, kəndin ortasında - hamının gözü qarşısında ABŞ və Norveç səfirliyinin nümayəndələrini daşlayanlar qalıb qıraqda, onun ailəsi nəzarətə götürülüb.

Şərəbanı Əliyeva deyir ki, Culfa rayonunun Bənənyar kənd icra nümayəndəsi Şahbaz Əsgərov imkan vermir ki, başlarını aşağı salıb polisin əməllərinin qurbanına çevrilmiş övladlarını müalicə etdirsinlər:

«DEYİRƏM SƏN MƏNDƏN NƏ İSTƏYİRSƏN?»


«Deyirəm bir icra hakimi kimi sən məndən nə istəyirsən? Kömək eləmirsən eləmə, imkan ver uşağımı sağaldım. Getmişəm Naxçıvana, deyiblər danışacağıq həkim gəlib baxsın».

Şərəbanı xanım deyir ki, evə gələn qonağın ardınca icra nümayəndəsinin zəngi gəlir. Zəng edib soruşur ki, bəs deyin görüm sizə gələn kim idi?

Məsələ ilə bağlı Şahbaz Əsgərovdan deyilənlərə münasibət öyrənmək cəhdimiz nəticə vermədi. Yəni zəng edib danışdığımız adam sualımızı dinləyəndən sonra yığdığımız nömrənin Şahbaz Əsgərova məxsus olmadığını dedi.
Rauf Mirqədirov
Naxçıvanın Bakıdakı Nümayəndəliyinin rəsmisi Həsən Hacıyev isə AzadlıqRadiosuna bildirdi ki, deyilənlər həqiqətə uyğun deyil.

«Bu, mümkün deyil. Qayda-qanun var. Elə şey ola bilməz və yoxdur».

BUNLAR TƏƏCCÜBLÜ DEYİL

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, əgər Bakıda – ölkənin paytaxtında hər hansı aksiya zamanı xəsarət alanlara həkim yardım göstərməkdən, onlara vəziyyətlərinə dair tibbi arayış verməkdən ehtiyatlanırsa, Naxçıvanın hansısa kəndində kiminsə həkim nəzarətində saxlanılmasına müdaxilə edilməsi təəccüblü görünməməlidir:

«Bir neçə il əvvəl əgər Bakıda 2-3 gün işıq olmasaydı, evlər soyuq olsaydı, su gəlməsəydi, yollar buz bağlasaydı, Heydər Əliyev müşavirə keçirərdi, 1-2 nəfəri işdən çıxarardı, hamını danlayardı və sair. Yəni ki, cəmiyyətin müəyyən reaksiyasından qorxaraq adekvat addımlar atardı. İndi isə 2-3 gün ölkənin paytaxtında işıq, su olmadı, yollar dondu, nəinki nəsə tədbir görmək, heç şəhərin rəhbərliyi çıxıb əhalidən üzr istəməyi də özünə rava bilmədi. Və heç bir reaksiya da yoxdur».

Rauf Mirqədirovun fikrincə, bütün bunlar ona görə baş verir ki, artıq ölkədə cəmiyyət bir faktor olaraq sıradan çıxarılıb. Və hakimiyyət öz qərarlarını onu nəzərə almadan verir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Anonymous
10.02.2010 01:29
ar olsun satqinlara ve yaltaqlara

Kimdən: seher ordubad
09.02.2010 23:40
bir ay da gozleyin naxcivan numayendeliyi cixib deyecek ki, hec bele bir aile yoxdur bu aileni men ve yanimda olan iki sexs taniyir oz terbiyesi,merdliyi ile Yunis sayilan secilen oqlanlardan olub o sadece polise etirazin bildirib ve ailesini xilas etmek ucun bu yola el atib o terrorist deyil, oda hami kimi azerbaycan vetendasidir onu herbi xidmet illerinden taniyiram ve bilirem ki, o bu veteni hesen haciyevden ve sahbaz deyilen sexsden cox sevir

Kimdən: kemale
09.02.2010 21:19
menim ailem cinayetkar deyil ve cemiyyete hec bir ziyan vurmayib eger bele kisidirlerse gedib insanlari tehqir eden naxcivan edliyye nazirinin bacisi oqluSIYANINqapisini gudsunler ki , mehkemeye qeder qacmasin.HESEN HACIYEVhansi qayda qanundan danisir ki, sexsen o ozu beyanat yaydi ki ,menim ailem ruhi xestedir qanun zeifler gucsuzler ucundur eger qanun olsaydi o iki polis neferinin paqonunu sokub qatardilar hebse. Bir vetendas kimi H. HACIYEVDEN TELEB EDIREM MENIM AILEMI TEHQIR ETMEYI YIQISDIRSIN!! 65 YASINDA ATAMI DOYDULER indi 60 yasinda anama yalanci deyir.HESENmuellim sizin aleminizde yalanciliqin ne demek olduqunu bilmirem menim alemimde yalanciliq insana yarasmayan en pis xususiyyetlerden biridir