Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

İşıq söndü və yandı. Səbəb isə qaranlıq qalır...

Metronun «Nizami» stansiyasının qarşısı

Metronun «Nizami» stansiyasının qarşısı

09.02.2010
Fevralın 9-da saat 12-də Bakının əksər rayonlarında işıqların sönməsi daha çox metro stansiyalarında əhalinin təşvişinə səbəb oldu. Qatarların hərəkəti dayandığından sərnişinlər vaqonlarda qalmışdılar. Ona görə metro stansiyalarının qarşısına yığışan adamlar içəridə qalan yaxınlarına görə narahat idilər:

AXI BELƏ OLMAZ...

- Həyat yoldaşım qalıb qatarda, çox narahatam, bayaqdan gözləyirəm.

- Mən eskalatorda olanda işıq söndü, , indi metroya qayıtmaq istəyirəm, hələ bağlıdır.

- Prezident deyir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edə bilər.
Bəs öz vətəndaşlarının enerji təhlükəsizliyi haqda kim düşünməlidir?

- Qızım metrodadır, çox narahatam, axı belə olmaz...

Metronun «Nizami» stansiyasının qarşısına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yalnız bir saatdan sonra gəldilər. Onlardan az sonra isə təcili yardım maşınları göründü. Günorta saat 2-dən sonra metro işə düşdü.

Şəhərin böyük hissəsinin bir neçə saat işıqsız qalmasına nə səbəb olmuşdu?

SƏBƏBİNİ MÜTƏXƏSSİSLƏR ARAŞDIRIR

İlkin məlumatlarda səbəb kimi Bakıya gələn yüksək gərginlikli elektrik xətlərində ciddi nasazlığın yaranması göstərildi. «Azərenerji»dən əvvəlcə xəbər yayıldı ki, Mingəçevir SES Silsiləsi və Azərbaycan İstilik Elektrik Stansiyası hədsiz yüklənmə nəticəsində fəaliyyətini dayandırıb. Nəticədə Bakıda və ölkənin bəzi rayonlarında işıqlar kəsilib. Günün sonunda isə «Azərenerji» bildirdi ki, hadisəyə səbəb Abşeron yarımstansiyasındakı açılma olub. Qurumun mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyir ki, hələ mütəxəssislər açılmanın səbəbini araşdırırlar:

- Gözlənilməz hadisə idi. Səbəbini mütəxəssislər araşdırır. Onların birgə rəyindən sonra biz nəsə deyə bilərik.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, hadisənin Abşeron yarımstansiyasında açılmanın səbəb olması ağlabatan izah deyil:

BU NAĞILLARI GEDİB ÖZLƏRİ ÜÇÜN DANIŞSINLAR


- Bu o deməkdir ki, Azərbaycan Respublikasının, onun paytaxtının enerji təhlükəsizliyi məhfumu yoxdur. Bu necə ola bilər? Abşeron yarımadasına təkcə Abşeron yarımstansiyasından enerji daxil olur? Bu nağılları gedib özləri üçün danışsınlar. Bu baş aldatmaqdan başqa bir şey deyil. Necə olur ki, Abşeron yarımstansiyasında açılma olur, bəs onda Lökbatanda niyə işıq olmayıb? Söhbət ondan gedir ki, enerji idarə edilməsi iflic vəziyyətindədir. Nəticədə biz hər gün belə «çp»lərlə üzləşirik.

2009-cu ilin noyabrında prezident İlham Əliyev Abşeronda ən böyük İstilik Elektrik Stansiyası- Sumqayıt İES-in açılışında bildirmişdi ki, hökumətin düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edə bilib və qısa müddət ərzində elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib.

HƏMÇİNİN OXU

Elektrik probleminin səbəbi açıqlandı
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Lalə Şəhər: Bakı
10.02.2010 11:28
Yiyəsiz ölkədir də. Belə də olmalıdır.

Kimdən: Sahib
10.02.2010 02:58
Bu qeza Azerbaycanin milli tehlukesizliyine en boyuk tehlukelerden biridir. Bu qezanin tekrarlanmasi onu gosterir ki, hokumet 2006-ci ildeki oxshar qezadan hech bir netice chixarmamishdir. Bir anliq tesevvur edin, muharibe yeniden bashlasa, dushmen asanliqla butun Azerbaycani ishiqsiz qoya biler. Bu qeza xarici, o cumleden Ermenistan keshfiyyati uchun gozel melumat menbeyi ve esl hediyyedir.

Kimdən: qorxaq Şəhər: qorxaq
10.02.2010 01:16
Etiar gagash diyesen senin torbavi tikirler :))) bilmirdin ki bes kasiblardan bashga hec kimin ishigini sondurmek olmaz???

Kimdən: elvin Şəhər: baki
09.02.2010 20:26
ay camaat 20 deqiqe merkezde ishiq sonub el qatmisiz ozunuze qar yaqan gunden bakinin hovsan qesebesinde duz 36 saat ishiq olmadi onu niye demirler tv de

Kimdən: azeri Şəhər: UK
09.02.2010 19:10
Prezident deyir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edə bilər. hele birinci oz enerji tehlukesizliyinizi berpa edun sora Avropanu dusunun...Azerbaycan lap biabirci veziyetdedir anloqu olmayan bir olkedir de ))biabirciliq ...goren hec xeberleri yoxdur millet ne gundedir?