Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:27

Cəmiyyət

Bakı göz yaşlarına inanmır! (Bakıya güzəran dalınca gələn, sonunda donub ölən iki fəhlənin ruhuna)

Sevda İsmayıllı
x
Sevda İsmayıllı
Şriftin ölçüsünü dəyiş - +
Bakı göz yaşlarına inanmır!

Hə, elə Moskva da.

Əslində, bütün böyük şəhərlər belədir. Üzü soyuq, amansız.

Ən çox da, yeni gələnə.

Ən çox da, bir parça çörək dalınca qaçana.

Ən çox da çarəsizə...

Amansızdır...Nə deyirsən-de, belədir.

Son qar Bakını lap hövsələdən çıxarıb.

Üzü bumbuzdur, bombozdur.

Bakı zülmətə qərq olub.

Qanı qapqaradır.

Bakı qatildir!

Son qarda bir evsiz-sərgərdana, elə çöldə gecələyənə məzar oldu.

İki sapsağlam fəhləni qoynunda dondurdu...

Onlar çarəsiz idilər. Əlacsız idilər. Bakıya bir parça çörək dalınca gəlmişdilər. Ən ağır işdən yapışmışdılar. Adam çox yorğun birini görəndə deyir: Elə bil daş daşıyıb. Onların orada nə iş gördüyünü bilməsəm də, təxmin edirəm. Daş karxanasında çalışırdılar. Bəlkə də, elə daş daşıyırdılar...

Həmin çovğunlu-qarlı gecədə evlərinə tərəf yola çıxmışdılar. İrəliləməyin mümkün olmadığını görüb, geri qayıtmağa məcbur oldular. İki nəfər qayıtmadı. Biri övladları üçün darıxdığını, o biri xəstəsi olduğu üçün rayona pul çatdırmalı olduğunu deyib yoluna davam etdi.

«Çənlibel» deyilən düzəngahda ikisi də dondu.

Böyük Bakı onları uddu.

Birinin 36, o birinin 40 yaşı var idi.

Birinin adı Şəhmir, o birininki Hüseyn idi.

Hələ bitmədi. Ən ürək sızladan nüansı indi deyirəm: donmuşların hərəsinin cibindən 50 manat pul çıxdı (Lent.Az).

Onlar gözü yolda qalmışlara cəmi 50 manat aparırdılar. Vur-tut, 50 manat...Ölümün qiyməti. O pula nə qədər dolanmaq olardı? Bir gün? İki gün? Üç gün?

50 manat üçün ölməyə dəyərdimi? 50 manat üçün Bakıya - bu amansız şəhərə gəlməyə, «Çənlibel»də donmağa dəyərdimi?

Biri ömrü boyu övladlarını gözü yolda qoydu.

O biri xəstəsinə pul çatdıra bilmədi.

İki ailənin gözündə Bakı lənətlənmiş şəhər olub qaldı.

«Azərbaycan xalqı getdikcə daha yaxşı yaşayır!».

Fevralın 6-da bu sözlər söylənəndə, Şəhmirlə Hüseynin üstü qarla örtülmüş cəsədləri hələ təpəcikdə idi.

Onların donmuş cəsədini 3 gün sonra tapmaq mümkün oldu.

Yaxşı yaşayan birisi Balakəndən Bakıya 50 manat uğrunda gələrdimi?

Və ya bəlkə mən anlamıram, Azərbaycanda yaxşı yaşayanlar kimlərdir?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: azeribalasi Haradan: sumqayitdan
13.02.2010 10:11
dehsetdir
burda tekce hakimiyyet mesuliiyet dasimir
insan olan haminin faciesidir
o iki insan burda gun gormediler, Allah axiretlerini abad elesin

Kimdən: Nailä Haradan: Almaniya
11.02.2010 15:33
Müällif gälämimi güclü?Gishin soyugumu dähshätli vä bu soyugun goynunda dondurdugu Yanan üräklärin alovumu yaxici?Göydälänlär önündä,ushagkän oxudugum Amerika häyatinin goynunda kücälärdä soyugdan ölänlärin acili xatiräläriylä bärabär,xocali gacginlarinin göz önündän getmäyän cäsädlärimi göz yashlarina bogdu mäni?Haykirmag istäyiräm,haykiranlarmi yox!?

Kimdən: Pervin ABBASOV Haradan: Baku
10.02.2010 21:07
Sevda xanim, bu ichden gelen ve gozyashardan yaziya gore Size teshekkurler! Baki ise dogrudan da goz yashlarina inanmir. Bu sheher neche-neche analari aglar qoyub, neche-neche ovladlarin goz yashina shahid olub. Ancaq bizim bu sevimli sheher neylesin?! GUNAH INSANLARDADI! SEBEBKAR INSANLARDA!

Kimdən: Asen Haradan: Xarkov, Ukrayna
10.02.2010 12:59
Sevda xanim, bu gun butun Azerbaycanin yashadigi urek agridici talehi iki soydashimizin facie ile biten heyatinda eks etdirdiyinize gore size minnetdarligimi bildirirem. Beli, Aliyevler xanedanliginin qurdugu gozel heyat budur !!?? I.Aliyev soz verib, prezidentlik muddetinin sonuna kimi olkede yoxsul qalmayacaq ! Tanrim, sen Milletimin cesaret damarinin herekete gelmesine yardim et, ne olur !!!

Kimdən: Ramin Haradan: Baki
10.02.2010 11:30
Allah rəhmət eləsin. Bakınin göz yaşlari heç quruyarmi... sinəsində 20 YANVAR dağını gəzdirən,31 mart soyqrımını daşıyan,28 apreli saxlayan bu şəhər... akademiyadakı hadisə, genc tələbələrin də ruhu sənin sinəndədir ey Baki.. Başin sağ olsun BAKİ!!!

Kimdən: Namiq
10.02.2010 11:21
Evvela Allah(c.c.) onlara rehmet etsin!
Axi onlar niye donublar?Madam ki, qarli, covgunlu hava var idi, o zaman niye sefere cixirdilar?Neye gore piyada idiler?
Hec ne basa dusmedim.Meqalede de yazilmayib.
Cavab

Kimdən: zeynal
11.02.2010 17:07
Ezizim Namiq, uzun cavaba ehtiyac yox, tn azi, vur-tut, 50 man. pulu ailelerine chatdimaq uchun. Aileleri ac qalmasin deye...

Kimdən: Freedom Haradan: Baki
10.02.2010 11:07
Allah rehmet elesin!!!!budur Azerbaycanin realligi.bu insanlar halal zehmetleri ile pul gazanmaga gelibler ve cuzi olsada gazanirdilar,halbuki bunlar mecburiyyet garsisinda gatil,soyguncu ogruda ola bilerdiler,amma halal gazanci secdiler ve bu heyatlari bahasina oldu.kimler bilirki hebsde yatanlarin nece faizi bu ishsizlik ve maddi cetinliye gore hebslerde yatir...amma bu olke ile elagesi olmayan xarici vetendaslar heyatlarinda gormedikleri gunleri gelib gelip burda,Azerbaycanda yasayirlar.

Kimdən: frdn Haradan: Türkiye
10.02.2010 10:30
Kanatıcı, yakıcı iki insan hikayesi.
Metropollerde her beton yığınının altında kalan insanlıktır, bu yüzdendir acımasızlığı...
...
Yorumlara baktım ve halen insanların sebep-sonuç mantığını kuramadığını üzülerek gördüm.

Kimdən: Fuad Aziz Haradan: UAE (Abu Dhabi)
10.02.2010 09:31
Her ikisine ALLAHdan rehmet dileyirem. Elbetdeki yaziq oldu ailelerine.
yaziya gore, teshekkur edirem.
Saygilarimizla:

Kimdən: qorxaq Haradan: qorxaq
10.02.2010 00:21
Gunahkar millet ozudur! her defe teze dovlet bashcisi gelende agsaggallar dushurler gabaga ne bilim bu menim atamdir bu menim babamdir bu da axiri :( allah rehmet elesin sizlere! bu hamimizin bashina gele bilerdi allah sebr versin bir de bezilerine insaf versin
Səhifə (2)
    Növbəti