Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

6 milyard dollara Yerevan city tikilir

Razdan çayının sahilində yerləşən Noraqüx qəsəbəsi təpəlik ərazidədir

Razdan çayının sahilində yerləşən Noraqüx qəsəbəsi təpəlik ərazidədir

08.02.2010
Yerevan yaxınlığındakı köhnə kəndlərdən birini yenidən qurub Moscow citynin analoqu olan Yerevan city Beynəlxalq İş Mərkəzi yaradılır. Bunun üçün Yerevanın mərkəzinə yaxınlıqda yerləşən təpəlik ərazidəki Noraqüx qəsəbəsi köçürüləcək. Orada yaşayan 1500 ailənin köçürülməsinə 100 milyon dollar lazımdır.

Ermənistanda yeni elitar məhəllənin tikilməsinə Rusiya sərmayəsini cəlb edəcəklərinə ümidlidirlər. Yerevan meri Qaqik Beqlaryan yanvarın son günlərində Moskva merini dəvət edərək yeni layihələrini ona təqdim edib. Moskva meri Yuri Lujkov da layihəni bəyəndiyini, Rusiya sərmayəçilərini bu məhəllənin tikilməsinə cəlb etməyə çalışacağına söz verib:

ONLAR BU TİKİNTİ ÜÇÜN MARAQLI QƏRARLAR VERƏCƏKLƏR

- Biz razılaşdıq ki, mənim tikinti məsələləri üzrə müavinim Vladimir Resin bir sərmayəçilər qrupu ilə birlikdə buraya gəlsinlər. Onlar qərar qəbul edəcəklər ki, Moskva inşaatçılarının bu layihədə iştirakı nə qədər məqsədəuyğundur. Məncə, onlar bu tikinti üçün maraqlı qərarlar verəcəklər.

Lujkovun dediyinə görə, 184 hektar ərazidə 50 elitar bina tikiləcək. Hərəsinin də qiyməti 40-60 milyon dollar olacaq. Orada müasir beynəlxalq iş mərkəzləri, ticarət mərkəzləri, müasir yaşayış sahələri tikiləcək. Yerevanın baş memarı bu yeni məhəllənin 6-7 milyard dollara başa gələcəyini deyib.

SAKİNLƏR ÜÇÜN BAŞQA YERDƏ 16 MƏRTƏBƏLİ 10 BİNA TİKƏCƏK

Yerevan meri Qaqik Beqlaryan jurnalistlərə söz verib ki, bu ərazidən köçürüləcək adamları mütləq razı salacaqlar:

- Onların razı qalmaları üçün biz əlimizdən gələni edəcəyik.

Yerevan meri deyir ki, bu qəsəbənin sakinləri üçün başqa yerdə Gömrük Komitəsi 16 mərtəbəli 10 bina tikəcək.

Razdan çayının sahilində yerləşən Noraqüx qəsəbəsi təpəlik ərazidədir. Qarşıda Ağrı dağının mənzərəsi açılır.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Daimioxucu
12.02.2010 20:30
Sarkisyan yatıb yuxuda gördüklerini qalxıb nazirlere deyir ki, bele bir yuxu görmüşem .Yazın.6 milyatd dollar haraaa, Ermenistan hara :) Doğrudan o ofislerde kim oturacaq? :) Ne etsinler çat diye yırtılmaqdansa, ne ise deseler, yeni atıb tutsalar daha yaxşı olmazmı?Onalar da bunu edirler. Amma gülünc veziyyete düşe bileceklerini düşünerek danışsalar daha yaxşı olar onlar üçün.Ne deyek.Türkler demişken para ile imanın kimde olduğu belli olmaz :)

Kimdən: Qızılüzən Şəhər: Bakı
09.02.2010 10:57
Kim ofis alacaq o iş mərkəzində? BP? Ekson Mobayl? Lap elə götürək rus iş adamlarını. Nə işləri var Ermənistanda? O ölkədə iş həyatı can verir, özünə hörmət edən sahibkar oraya gedərmi?

Kimdən: Şahin
09.02.2010 10:34
Qafqazda bütün dövlətlər üçün nümunə olmuşuq. Camaat küçələrdə acından qırılır bizimkilər də Bakı bir qırağa gedib Nargində 6 milyardlıq layihə tikiblər. İndi ermənilər nə etsin ki onların Nargini yoxdur?

Kimdən: Aleksandr Şəhər: Baki
09.02.2010 10:11
Salam
Bax esil Ciceklenmek buna demek olar ne nefti var ne qazi amma Erevan City tikir ozude Moskva ehli tikir nu beledeki zato dushemnimiz bizden hecde geri qalmayacaq dimeli , beli bir mesel var S qrazya v Knyazi amma bizimkiler helede oz qrazanin icindedi

Kimdən: Ilgar Şəhər: Azerbaycan
09.02.2010 07:27
Men ele bilirdim korrupsiya yalniz bizdedeir. Sen deme ermeniler bu sahedede rekord vurublar. Ele bir dene bu cumle neye deyersen deyer "Yerevan meri deyir ki, bu qəsəbənin sakinləri üçün başqa yerdə Gömrük Komitəsi 16 mərtəbəli 10 bina tikəcək." Sorusmaq ayib olmasin Gomruk Komitesinin insaatla ne isi var. Bu o demekdir ki, rusvetle yigilan pullara gomruk bina tikmek ucun olke bascisindan sifaris alib. Ozude bu barede hec susmaga ehtiyac gormurler. Yada gomrukun isi yoxdur ermenistanda Azerbaycanla Turkiyeile baglanan serhedler gomrukun funksiyasini hece endirib.
Deyireme sukur bize bizde bele bir sey olsaydi butun dunya indi Azerbaycanda ki, korrupsiyadan danisardi.

Kimdən: menden Şəhər: mehleden
09.02.2010 01:04
Ela.maraglidir o 184 hektarli 50 binada hansi shirketler ve en maraglisidir ne ish gorecekler.Ermenistanda.

Kimdən: MA
08.02.2010 21:16
Ermənilər hamam suyu ilə özlərinə dost tutmaq istəyirlər. Rusun 6 milyardı olsa gedib Soçidə nəsə tikər. Putin rus oliqarxlarına yalvarmaq, şirnikləndirmək və xox gəlmək daxil olmaqla neçə ildir əldən ayaqdan gedir. Hələ bir şey yoxdur. Ruslar Yerevandan İrana 2 milyard dollara dəmir yolu "çəkdikləri" kimi o binaları da tikəcəklər.
P.S. Ermənilərin də lap zayı çıxıb eyy. Rus 6 milyard dollar ilə gəlir, bu pulu rusun alıb konserv elədiyi zavodlara, iş yerlərinə yatızdırmaq əvəzinə bina tikdirirlər...