Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:04

Verilişlər / İslam və demokratiya

Nobel ödüllü yazıçı Britaniyanı “terrorçu inkubatoru” adlandırdı

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Nobel ödüllü Nigeriya yazıçısı Vole Soyinka Britaniyanı radikal islamçılar yetişdirən “terrorçu inkubatoru” adlandırıb.

Yazıçını narazı salan odur ki, əslən Nigeriyadan olan tələbə Umar Faruk Abdulmutallabın milad bayramı zamanı Amerikada təyyarə partlatmağa cəhd etməsindən sonra ABŞ Nigeriyanı terrorçuların yetişməsinə şəraitin olduğu ölkələr siyahısına salıb.

Yəni Əfqanıstan, Somali, Yəmənlə eyni siyahıya.

Yazıçı əmindir ki, Abdulmutallab heç də Nigeriyada radikallaşmayıb, terrorçulara ali təhsil aldığı Londonda qoşulub.

Soyinka Qərb ölkələrində terror aktları törətmiş bir neçə başqa Afrika əsilli şəxsə də eyni cür yanaşılmasının tərəfdarıdır və hesab edir ki, onların radikallaşmasında Londondakı yaşamaqlarının birbaşa təsiri olub.

“Əgər Nigeriya ABŞ-ın həmin siyahısına uyğun gəlirsə, onda Britaniya uyğun gəlməkdən də "o yana keçir”.

Soyinkanın fikrincə, Afrika əsilli gənclər Britaniyadakı bəzi məscidlərlə bağlı olan müsəlman məktəblərində İslam təməlçilərinin təsiri altına düşür və orada onlara başqa dinlərə nifrət aşılanır.

Yazıçı Britaniyanın müsəlman mühacirlərə açıq cəmiyyət prinsiplərinə uyğun olaraq sığınacaq verdiyini anlayır, amma onun fikrincə, bu məsələdə məsuliyyət də yaddan çıxmamalıdır.

Vole Soyinka Nobel mükafatına 1986-cı ildə layiq görülüb.

Onun əsərlərində Nigeriya hökuməti açıq şəkildə tənqid edilir, 1960-cı illərdəki vətəndaş müharibəsi zamanı o, 2 illiyinə həbs edilib.

Daha sonra Soyinka mühacirətə gedib və hazırda Amerikada yaşayır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Daşqın Haradan: Bakı
08.02.2010 23:11
Sozun düzünü deyən niyə soyülməlidir ki? Tamamilə haqlıdır - müsəlmanların arasında başqa dinlərə hörmət eləməyən çoxdur.
Cavab

Kimdən: Sulh sever
09.02.2010 00:52
Dasqin,
Meqaleni diyesen diqqetle oxumamisan. O yazichi muselmanlari qinamir – Britaniyani qinayir ki radikal dusunceleri yaymaqla meshquldur.
O ki qaldi muselmanlar haqqinda dediklerine,
Butun semavi dinler ve umumiyyetle guclu ideologiyalarin ekseriyyeti yalniz ozunun dogru oldugunu iddia edir. Burda teeccublu bir shey yoxdur.
Bu hechde o demek deyil ki diger dinlerden olan insanlara qarshi nifret olmalidir. Burda muselmanlar Quran'la hereket etmelidirler, Quranda ise (texmini mena): "Sizin dininiz size, ve menim dinim mene" deyillr (109:6). Yani mecburiyyet yoxdur.
Islam sulh sever dindir! Hetta muharibe zamaninda qarshi terefin qadinlarini, ushaqlarini, yashli ve digger adi insanlarini qetl etmeyi qadaga edir.

Kimdən: MUSLİM Haradan: Var bir yer
08.02.2010 20:33
Dunyada terrorun yuvasi Amerika ve İsraildir.Bu Vole Soyinka kimilər isə onlarin tulasidir.Belə olmasaydi ona siğinacaq və nobel mukafati verməzdilər.Terroristlərdən mukafat alan elə özu də terroristdir.

Kimdən: Alfred Haradan: Stockholm
08.02.2010 17:34
"Nobel ödüllü" yox "Nobel mükafatı"
Cavab

Kimdən: birisi
08.02.2010 20:18
Xoshum geldi senden. Sag ol

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

4 şərh

selefi muvahid: qamete hökumet maaş verir ona körede hökumeti destekliyir.hicablar acilir cölde namaz qilinmasina icaze ... davamı