Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

Avropa Şurası Azərbaycanda bələdiyyə seçkisinə dair hesabat hazırlayıb

08.02.2010
Martın 18-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda 2009-cu ilin dekabrında keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı hazırladığı hesabatı təqdim edəcək.

Hesabatın qaralamasını Konqresin fevralın 5-də keçirilmiş iclasında müzakirə ediblər.

Konqresin internet saytında yerləşdirilmiş məlumata görə, müzakirələrə Avropa Şurasının baş katibi Thorbjorn Jagland, Parlament Assambleyasının prezidenti Mevlüt Çavuşoğlu da dəvət olunub.

Azərbaycanla bağlı bu hesabat Konqresin martın 17-dən 19-a kimi Strasburqda keçiriləcək 18-ci sessiyasında təqdim olunacaq.

Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda bələdiyyə seçkilərini izləyən müşahidə missiyası seçki vaxtı müxalifət partiyaları ilə görüşməmişdi.

Müxalifət bildirmişdi ki, missiya onları yarım saata yaxın qapı arxasında gözlətməyə məcbur edib, onlar da bunu özlərinə hörmətsizlik kimi qəbul edirlər. Avropa Şurasının Bakı ofisi müxalifəti yenidən görüşə dəvət edən bəyanat yaysa da, Müsavat Partiyası Avropa Şurasının Bakı ofisininin müxalifətə üzrxahlıq istəməsini tələb etmişdi, Bakı ofisi isə bu çağırışa reaksiya verməmişdi.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Murik Şəhər: Baki
09.02.2010 21:00
Ne deyecekler ki?deyecekler ki her shey demokratik qaydada kecib,hec bir qanun pozuntusu olmayib.Kimdir guya o avropa shurasini vecine alan?bizim olke suraya uzv olmaq uun pul odeyir ,vessalam,esas mesele de budur.Bizm millete lazim deyil onlarin hesabati,biz onsuz da her sheyi cox yaxshi bilirik.Avropa shurasinin fealliyetini deyerlendirmek ucun onlarin Minsk qrupunu fealiyyetine nezer yetirmek yeter mence.