Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Bahalı reseptlər, firma-həkim işbirliyi…

Gəncə sakinləri deyirlər ki, əksər həkimlər bahalı dərman yazırlar. Ona görə də həkimdən çıxanda aptekə girməyə qorxurlar

Gəncə sakinləri deyirlər ki, əksər həkimlər bahalı dərman yazırlar. Ona görə də həkimdən çıxanda aptekə girməyə qorxurlar

08.02.2010
- Resept yazırlar, yönəldirlər hansısa firmanın dərmanlarını almağa. Adətən həkim firma ilə işləyəndə çalışır çox dərman yazsın. Bir reseptdə üç dərmandan artıq yazılanda gərək həkim hesabat versin. Firma dərmanları çıxandan resept iki vərəqdir. Daha ucuz dərmanlar yazmırlar.

Gəncə sakini Səbinə Ələkbərova deyir ki, artıq həkimlərə inanmır. O bildirir ki, hansı həkimin qapısını döyüb şəfa istəyirsənsə, uzun-uzadı reseptlər, bahalı dərmanlar yazırlar.

Söhbətləşdiyim digər Gəncə sakinləri də deyirlər ki, əksər həkimlər bahalı dərman yazırlar. Ona görə də həkimdən çıxanda aptekə girməyə qorxurlar:

- Hərbi xidmətdən gələndən sonra həkimə getdim. Dərman yazdılar - qiymətini öyrəndim 100 manata yaxın tutdu. Ala bilmədim.

Təxminən 4 ilə yaxın dərman firmasında işləmiş şərti adı Nərmin olan xanım həkimlərin nə üçün bahalı dərmanları satmaqda maraqlı olduqlarından danışır:

«FİRMALAR AYLIQ LİMİT QOYUR»

- Firmalar aylıq limit qoyur ki, tutaq ki, ayda 100 dənə 200 qramlıq antibiotik yazmalısan. Həmin məbləği ya qabaqcadan verirlər ya da yazıb qurtaranda sonra. O da həmin dərmanları yazır ödəyir. Aybaay satışı qaldırmalıydıq. Bunu bizdən yuxarıdan tələb eləyirdilər. Satış qalxdıqca bizim maaşımız qalxırdı. Biz həkimə deyirdik ki, sənə filan qədər pul verəcəyik. O da çalışırdı ki, ayın sonunadək lazım oldu-olmadı dərmanın qramını artıq yazıb satsın. Tutaq ki, xəstəyə 3-4 qram lazımdırsa 10 qram yazırdı ki, tez ödəsin qurtarsın.

Nərmin deyir ki, işçilərin əməkhaqları dərmanların üzərinə maya dəyərindən xeyli artıq pul qoyulmaqla verilirdi. O fikirləşir ki, əməkhaqqı kasıb təbəqənin cibindən çıxıb deyə, işini tərk edib.

«HƏKİMLƏR BAHALI DƏRMANLARI KEYFİYYƏTLİ OLDUĞU ÜÇÜN YAZIRLAR»


Adil Qeybulla
Digər bir müsahibim hələ də firma dərmanlarının reklamı və satışı ilə məşğuldur. O isə deyir ki, bəzi həkimlər bahalı dərmanları keyfiyyətli olduğu üçün yazırlar. Amma digər səbəblər də var:

- Yaxşı həkimlər dərmanın keyfiyyətini nəzərə alır. Həkimlərə firmalar maddi köməklik göstərirlər, həmin dərmanları yazdığına görə. O dərmanlar keyfiyyətlidir, sadəcə bahadır. Əvvəlcədən həkimə müəyyən qədər vəsait verilir. Ayın əvvəlində 500 və ya min manat pul verilir. Həkim də öhdəlik götürür ki, sizin dərmanı yazacam. Ona görə həkim xəstə gələndə 2 qram lazım olanda 5-6 qram yazır ki, öhdəliyi yerinə yetirsin. Bəzən 2 dərman lazım olduğu yerdə 7-8 çeşid dərman yazılır.

HƏKİMLƏRİN REAL MAAŞI AZDIR

Həkim Adil Qeybulla isə deyir ki, həkimlərin firma dərmanları yazılmış reseptlərinin sayı artmaqdadır. Bu isə həkimlərin real maaşının az olmasından irəli gəlir:

- Həkimlər əlavə qazanc mənbələrinə məhkumdurlar. Reallıq budur - mən şəxsən bu praktikadan istifadə etmirəm, amma bu, həkimin real gəlirləri ilə bağlıdır.

İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, həkimlərin xəstəyə bahalı dərman yazmasından əsas ziyanı kasıb təbəqə çəkir:

«HƏKİMLƏR FİRMALARLA ƏLBİR OLURLAR»

- Pasiyentlər arasında sorğu keçirmişdik, onlar deyirdilər ki, həkimlər firmalarla əlbir olurlar və daha çox firma dərmanları yazmağa üstünlük verirlər. Belədə adətən müalicənin qiyməti 3-4 dəfə artır. Həkimlər nə qədər dərman yazırsa, firmalar dərmanın faizini həkimlərə verirlər.

Səhiyyə Nazirliyindən məsələyə münasibət bildirməsələr də, Gəncədə əksər həkim otaqlarının qarşısında əli çantalı dərman satanları görmək mümkündür. Əlində resept evinə dərmansız qayıdanlar da var, alıb borclu qalanlar da. Maraqlıdır ki, Gəncədəki həkimlərdən heç biri niyə xəstəyə bahalı dərman yazmasının səbəbini açıqlamadı, onlar bu barədə danışmaq belə istəmədilər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Namiq
10.02.2010 11:26
Her ne sebeb olursa olsun, hekimlerin eczaxanalarla elbir olmasi teqdir edilesi hal deyil.
Onlarin maaslari azdirsa, qeriban , kasib xeste ne etsin?

Kimdən: Resul doktor
09.02.2010 20:09
250 AZN? 105 AZN? ne daniwirsiz? men 1 wtat vahidi hekim iwleyirem,95 AZN maaw aliram.Umumiyyetle vezifesinden,iw stajindan asili olmayaraq hekimler 1 wtat vahidine gore 90-110 manat maaw alir.

Kimdən: kamush
09.02.2010 05:24
bir hekim ki 200-250 manat maaw alir ve ya tibb bacisi 104 manat maaw alirsa bes neynemelidi..hemcinin muellimlere de aiddi hami mecbur olub bir yolla pul qazanmaq isteyir..tibb bacisina verilen 105 manat maawla men 20 yawli genc 1 ay dolana bilmerem qaldi ki aile saxlamaq

Kimdən: TUGYAN
09.02.2010 04:56
HƏKİMLƏR MƏCBURDUKİ FİRMALARNAN İŞLESİN 120 MANAT ALAN ALİ TƏHSİLLİ HƏKİM DOLANA BİZMƏZ AXİ

Kimdən: Şəhla Şəhər: Vaşinqton
08.02.2010 18:03
Həkimlər belə edirlər. Amma bunu bütün hallarda mənfi hal kimi qəbul etmək mümkün deyil. Həkimlərin bir qismi firma dərmanlarının bir qismindən ona görə müntəzəm istifadə edirlər ki, bu dərmanlar həqiqətən də effektivdir (yenə də, bu, bütün hallara aid deyil). Dərmanın effektivliyi isə onun son nəticədə sizi sağaltması ilə yox, sizə ziyan vurmadan nə qədər tez sağaltması ilə ölçülür. Bir dərmanın 5, digərinin isə sadəcə 1 həbi ilə sağala bilərsiniz.
Firmalar gəlməmiş Azərbaycanda seçim olmadığına görə bərbad vəziyyət yaranmışdı. İndi heç olmasa seçim var.
Bir də ki, hökumət "bizdə səhiyyə pulsuzdur" deyə-deyə durmazdan əvvəl düşünməlidir ki, "pulsuz" səhiyyə olmur, yaxşı maliyyələşdirilmiş səhiyyə olur. Əks halda o özü özünü maliyyələşdirməyə bir yol tapacaq. Pis, yaxud yaxşı. Səhiyyə də, təhsil də elə sahələrdir ki, onu əhaliyə pulsuz çatdırmaq istəyirsənsə, keyfiyyətlisini çatdırmalısan. Bunun üçün də düzgün və effektiv maliyyələşdirmə lazımdır. Səhiyyə kimi "beyin yönlü" sahədə isə maliyyənin böyük qismi həkimlərin maaşı və bahalı avadanlığa yönəldilir ki, bunu da Azərbaycan halında görmək qeyri-mümkündür (özəl şirkətlər istisna olmaqla).

Kimdən: Elvin Şəhər: Baki
08.02.2010 16:52
menim de bashima bele ishler gelib hekimler esasen hindistan dermanlarini yazirlar
mene bahali derman yazanda ona alternativ olan ucuz derman aliram meseln alergiya ucun derman 80 qepike de var 4 manata da insanin ozunden de cox shey aslidi

Kimdən: Namig Şəhər: Zaporojye
08.02.2010 16:47
bele bir seyin olduguna 100 faiz inaniram..birde Azerbaycanda ekseri keyfiyyetsiz derman satirdilar indi deye bilmerem necedir veziyet..hansi hekim insanlarin bu yolla taleyi ile oynayirsa Allah garsisina cixardacag eyni veziiyeti.