Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Bakı hava limanı hələ də təyyarələri qəbul edə bilmir

Bakı hava limanı

Bakı hava limanı

06.02.2010
Bakı hava limanı hələ də təyyarələri qəbul edə bilmir. Bu səbəbdən fevralın 6-da «Türk Hava Yolları»na məxsus İstanbul–Bakı reysilə uçan təyyarə Tbilisiyə enib.

«AzAL» Hava Yolları Qapalı Səhmdar Cəmiyyətin xidmət rəisi Məhərrəm Səfərli AzadlıqRadiosuna deyib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanda gücləndirilmiş iş rejimi davam edir:

«Bütün heyət səhərə qədər işləyib, uçuş zolağı tamamilə qar və buzdan təmizlənib. Artıq «Cargolux» şirkətinin bir təyyarəsi Bakı hava limanından Barselonaya uçub».

Hazırda Bakı-Dubay, Bakı-İstanbul, Bakı-Moskva, Bakı-Naxçıvan reysləri uçuşa hazırlanır. Amma qarlı hava ilə əlaqədar fevralın 5-də Bakıdan Parisə, Tehrana, Aktauya, Tbilisiyə, Rostova və Gəncəyə olan təyyarə reysləri fevralın 7-sinə, Bakı-Milan reysi isə fevralın 8-nə keçirilib.

Ötən gün Kiyevdən Bakıya uçan təyyarə isə hələ də Türkmənbaşı limanındadır. Günün sonunda unun Bakıya uçacağı gözlənilir.

Bundan başqa, bu gün Lənkəran hava limanından Moskvaya təyyarə reysi var. Hazırda Moskvaya uçacaq 160 sərnişin hava limanında gözləməkdədir.

Xidmət rəisi deyir ki, gecikən reyslərin sərnişinləri yemək və alkoqolsuz içkilərlə təmin olunmaqdadır:

«Reysləri təxirə salınan sərnişinlərin çoxu artıq evlərinə dönüb, dönməyə imkanı olmayanlar da yenə aeroportda gözləməkdə davam edirlər».
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Shehriyar Şəhər: Dubai-Airport
06.02.2010 20:56
salam bilirsiz biz duz 2 gundu ki dubai hava limaninda qalmisiq.samalyotda var ama ucusa icaze vermediler deye dunen gece hami samalyotdan yere endirildi.indi hotel de qaliriq.texminen 150 den cox adam var burda.hamida isteyir ki evine getsin,kopitan bayaq soz verib ki axsam ne olur olsun ucmaliyiq.burda da dunen sel gedirdi.men hele dubai de bele yagish gormemisdim.indi gor baki ne gundedi :)

Kimdən: Cəlal Nağıyev Şəhər: Bakı
06.02.2010 18:06
Yürümek karda zordur
Gelirsen bak aşk budur
Dönsen köşeden şöyle
Şarkı söylerim böyle

Həyat tək problemlərdən ibarər deyil !