Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 19:33

Verilişlər / Oxu zalı

Tarixi romanlar üçün yeni mükafat təsis edildi

x

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Britaniyada məşhur yazıçı Valter Skottun adını daşıyan yeni mükafat təsis edilib.

Dəyəri təminən 40 min dollar olan mükafatı ən yaxşı tarixi romana görə verəcəklər. (“Guardian” qəzeti)

Əsas tələb odur ki, mükafata təqdim edilən əsərlər indiki dövrdən ən azı 60 il əvvələ aid olmalıdır.

Bu şərt Valter Skottun “Ueverli, yaxud 60 il qabaq” əsərinin adıyla əlaqələndirilib.

1814-cü ildə yazılan bu əsər Britaniyada ilk tarixi roman sayılır.

Mükafatın ilk laureatını bu ilin iyununda – "Borders" kitab festivalında elan edəcəklər.

Mərasim Skott muzeyinin yerləşdiyi Ebbotsford bölgəsində keçiriləcək.

Valter Skott (1771-1832) "Ayvenho", "Kventin Dorvard" kimi əsərləri ilə də məşhurdur.
Bu forum dayandırılıb
Şərhlər
     
Heç bir şərh yoxdur. Birinci sən yaz