Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

«Axı bizim ölkənin hər şeyi var, niyə belə olmalıdır?»

Avtobuslar hərəsi bir tərəfə sürüşüb düşüb

Avtobuslar hərəsi bir tərəfə sürüşüb düşüb

05.02.2010
«İki saat 52-ni gözləmişəm, gələndə yollarda avtobuslar hərəsi bir tərəfə sürüşüb düşüb. Gecədən iş başlanmalı idi, şəhər iflic vəziyyətinə düşüb. Belə olmalı deyil axı, bizim ölkənin hər şeyi var, niyə belə olmalıdır».

Vaqif Hümbətov səhər tezdən çətinliklə də olsa, şəhərin mərkəzinə işə gəlib, amma dediyinə görə, indi avtobus tapmır ki, 3-cü mikrorayona geri evə dönsün.

«Şəhərin mərkəzinə şükür, çıxın yuxarılara şəhər iflic vəziyyətindədir, heç tərpənmək mümkün deyil».

Paytaxt sakinləri vəziyyətin bu həddə olmasında daha çox şəhər təsərrüfatına cavabdeh olanları günahkar sayırlar.

DAYANMADAN İŞ APARILIR?

Adamlar deyirlər ki, hava proqnozu, qar yağacağı ilə bağlı məlumat bir neçə gün əvvəldən məlum olsa da, Bakı Şəhər İcra Hakimiyyəti yolların qardan təmizlənməsinə yaxşı hazırlaşmayıb.

Amma Bakı Şəhər İcra hakimiyyətində yolların qardan gec təmizlənməsi və işin yarıtmazlığı ilə bağlı deyilən fikirlərlə razılaşmırlar. Şəhər icra hakimiyyəti başçısının köməkçisi Namiq Məmmədovun sözlərinə görə, yolların qardan təmizlənməsinə 150-dən artıq texnika cəlb olub və dayanmadan iş aparılır:

«Onlar həm Bakı Şəhər İcra Hakimiyyətinin texnikasıdır, həm Fövqəladə Hallar Nazirliyinin, həm də «Yolservis» şirkətinin. Onlar hamısı şəhər icra hakimiyyətinin rəhbərliyi altında işləyir».

Qaldı ki yolların təmizlənməsinə gec başlanılmasıyla bağlı sürücülərin, sərnişinlərin narazılığına Namiq Məmmədov deyir ki, bütün texnika bir gün əvvəl hazır olsa da, yer qarla örtüləndən sonra işə başlayıblar:

«Qar dörddən sonra yağıb, yer ağarmamış necə təmizləmək olardı. Birdən-birə küləklə, çovqunla yağdı, tezdən də başlanılıb işə, hazırda iş gedir və bu səhərə qədər də davam edəcək».

Bakı Şəhər İcra Hakimiyyətinə büdcədən ayrılan vəsaitin yetərli olub-olmadığına gəlincə, Namiq Məmmədov maliyyə məsələlərindən xəbərsiz olduğunu deyir.

2010-cu ilin dövlət büdcəsində Bakı şəhər icra hakimiyyətinə 117 milyon manat vəsait ayrılıb.

İŞLƏR NƏ ÜÇÜN GEC BAŞLAYIB?

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, Azərbaycan büdcəsinə görə, gəlirləri 3 milyard 600 milyon manat olan paytaxtın özünə büdcədən ayrılan vəsait çox azdır.

Dörd maşınla paytaxtdakı bütün körpülərini təmizlədiklərini deyən «Azəryol Servic» şirkətinin əməkdaşları işə gec başlamalarını şəhərdaxili nəqliyyatın tezdən işləməməsilə əlaqələndirilər. Deyirlər avtobuslar işləmədiyi üçün işə gecikiblər:

«- Dörd maşınla bütün körpüləri təmizləmək mümkündürmü?
- Hə çatdırırıq».

İstifadəyə verilən zaman əksər körpülərdə qızdırıcı sistemin quraşdırıldığı bildirilsə də, şirkət əməkdaşları körpülərdə belə bir sistemin işləmədiyini deyirlər.

Sinoptiklər Bakıda qarlı hava şəraitinin hələ iki gün də davam edəcəyinin bildirilər.

 
 
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (3)
Kimdən: lololik Şəhər: ukraina
16.02.2010 22:15
Qardida yagib yagibda Allax saxlasin sizi ) Bizde dede babadan soz var axi yagib yerine yagib) ama men kursant olanda bele bir menzerenin waxidi olmuwdum onda 2003 ilde Naxcivanskide heyder eliyevin ilhamla bir yerde weklin qoymuwdular qar yagmiwdi o il birde moxkem kulek plakat awmiwdi duz 1 gun plakat ele qaldi .. onda bir 5 deyqe baxib duwundum menim Azeri milletimin ede bilmediyin .. adi qar edir.. yani yagib yerine yagib )) nece illerdi dimmez oturmusuz siz xelede oturun )))

Kimdən: Mehman Şəhər: Baki
08.02.2010 17:31
Heyf Azerbaycandan.Biz onun gedrini bilmedik.Bizim problemimiz ondadir ki biz ancag ve ancag ozymyzy dyshynyryk.Alem dagilsin amma menim gapimdan i4eri he4 ne olmasin
Cavab

Kimdən: Azad
10.02.2010 01:57
Beli - bizim zulmun esl sebebi hakimiyyet ve yada qar deyil - OZUMUZUK!

Allah quranda deyir ki (texmini mena): - Biz bir zulm edenleri diger zulm edenlerin uzerinde qoyduq...

Bashqa bir yerde Uca Allah yerde deyir (texmini mena): - Buz oz ellerinizle etdiyinizin qarshiligidir. Allah qullarina hech zaman zulm etmez.

Kimdən: Anar Şəhər: Georgia
08.02.2010 12:40
İllerle baxib dusunurdum ve bele neticeye geldim ki mutleq olaraq Sistem deyisilmelidi. Hec kim qalxibda hakimiyyeti suclamasin.

Kimdən: Müəllim Şəhər: BazaraÇevrilmişÖlkə
08.02.2010 11:05
Bu ölkənin varı, dövləti yetərincədən artıqdır. Bu ölkədə çatışmayan tək bir şey var: Bizim Dövlətin idarəçiliyini zəbt etmiş insanları bu cəmiyyət seçməyib və onlar "iynə üstündə oturmuş kimi" özlərini hiss edirlər. Əvvəla, onlar peşəkar deyiullər: hərə öz qohumunu bir vəzifəyə qoyub və hərə bir yandan "sökür" bu Dövləti. İkincisi isə, bunların lap yuxarı eşalıonu sovet dönəmindən qalmış kommunistlərin cismani və mənəvi davamçılarıdır. Biz bir cəmiyyət olaraq özümüzdə güc tapıb bunlardan qurtulmalıyıq. Azadlığımızın başqa yolunu mən görmürəm. Parlament seçkiləri gəlir qarşıdan: hamılıqla çıxıb bunların namizədlərinə "YOOOXXX!" demək, vəssalam!

Kimdən: S.S Şəhər: Ukraina
07.02.2010 13:11
Can Azerbaycan sen ne gunlere qaldin........qarinida temizlemediler axi ...sen bu torpaga cox qaz ve neft verdin ....onun pulunuda sene qiymadilar...

Kimdən: Teymur Şəhər: Moskvadan
07.02.2010 06:51
Bakida va butun Azarbaycanda cox komik vaziyyat yaranib! Bu qardi bayam? 1sm, Moskva da elacada ucsuc-bugaqsiz Rusyada iln 4-5 ayi kicik fasilalarla qar demak olar ki har gun yagir va bu olka, ucun hec bir problem yaratmir, hayat oz axari ila davam edir. Bizim hokumatin Bakida hayatin iflic olmasina verdiyi cavab cox gulmalidir! Bunlarin mantiqi ila yanashsaq barak Rusyada va elaca da bashqa shimal olkalarinda garak insan yashamasin.

Kimdən: kamal Şəhər: turkiye
07.02.2010 04:03
ey millet burda serh yazmaqnan deyil 1 novbede siz azerbaycani pislemekle bezi adamlari sevindirisiniz2 si qaldi ki qar meselesine sorussalar deyeceksinizki qarida prezdent yagdirib valla turkiye turkiyedi amma burda biz den cox zulm cekirler .qaldi ki memurlara ozumuz pul verib besdiyirik sorada sikayet edirik.guya burda bura serh yazib ozu veya valideynleri qohumlarindan dovletin pulundan yeyen yoxdu yazirsinizsaduz emelli yazin.
Cavab

Kimdən: xalq Şəhər: Baki
08.02.2010 14:01
Kemel biz her neyise yaziriqsa var,movcutdur,realdir ve gyoz qabagindadir,sen AZTV-1 telekanala yaz burda yazmaqdansa,qoy yalan mellumat yaymasin bu qeder yalanda olmaz da.Kaldi ki prezident meselesi,beli onun sozu ve hokmu irelidedirse,yallniz o hell ede biler her sheyi.Misal ucun sen neise alirsan hardansa,pulu verib sonrasi baxmirsan ki,sene nece mal verirlar?Prezident tek budceden pulu vermekle meshqul olmamalidir,maraqlanmalidir,heqiqeten pulun hammisi xerclenib hemen istiqemete yoxsa kimlerse ciblerine doldurub.Beli ola biler ona yalan mellumetler verirler,amma ozuda biraz ucdan-bucagdan qorub hiss edib bilmelidir ve arashdirmalidir.Vallah 7 yash ushagda bilir ki,Azerbaycanda rushvetxorluq bash alib qedib,sence Prezidentimiz bilmir?
Cavab

Kimdən: Müəllim Şəhər: BazaraÇevrilmişÖlkə
08.02.2010 13:27
Hörmətli "Kamal - Türkiyə" imzalı yazar, açığı mən "Tarixi Nadiri" yarıyacan oxusam da (Allah Üzeyir bəyə rəhmət eləsin!) sənin yazdığınızdan bir şey anlamadım. Yzında işlətdiyin o "düz-əməlli yazı" ölçüsünü isə sənin yazıya heç şamuil etmək olmur.

Azərbaycan bizim ANAmızdır, onu pisləmirik. Biz onu bu günə qoyanları pisləyirik. Bizim davamız Azərbaycanı pis günə qoyanlarladır. Sənin yazından isə kimi (Azərbaycanı, ya onu bu günə qoyanları) müdafiə etdiyini anlamaq olmur. Zəhmət olmasa, bir az açıq yaz fikirlərini, çəkinmə. Burda hərə öz fikrini bildirir...

Kimdən: Vetendaş Şəhər: Dünyadan
07.02.2010 03:37
Menim xalgım dözümlü xalgdı hansı xalgı nezerde tutur bilmirem

Kimdən: mecid Şəhər: lvov
07.02.2010 02:48
yaman gunun omru az olar gar eriyib gedar ehteyatla herekat etmak lazimdir!

Kimdən: AZER Şəhər: GELECEK
07.02.2010 00:14
o hokumetin terefini saxlayan kimdirse agzi nece deyerler hele isti yerdedir,onlar o qari temizlemek ucun ayrilan pullari silmeye vaxtinda ve mesuliyyetle yanashirlar,ish gormeye yox.Indi budceden milyonlari silib deyecekler ay qari temizlemeye bu qeder pul getdi,texnikaya bu qeder xercledik.Defelerle sokulub tezeden duzeldilmesi ucun pul ayrilan korpulerin qizdiricilari hara getdi,nece oldu ,ay millet,bes niye qizdirmir!
    Növbəti 
Səhifə (3)