Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:10

Cəmiyyət

«Azərbaycanlıların soyad sonluqlarının «az»la qurtarmasını təklif edirəm»

Prezident Administarasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
x
Prezident Administarasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
Şriftin ölçüsünü dəyiş - +
Prezident Administarasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun müsahibəsi.

- Avropa Şurasının Aqo qrupunun Azərbaycana dair son hesabatını necə dəyərləndirirsiniz?

- Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələr, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin monitorinqi ilə bağlı vəziyyət, son zamanlar bu qurumun müxtəlif strukturları ilə Azərbaycan arasında müxtəlif sahələrdə - qanunvericilik, praktiki fəaliyyət, seçki, mətbuat və insan hüquqları sahələrində həyata keçirilən münasibətlər kifayət qədər dinamikdir. Burda ciddi konstruktivlik ruhu duyulmaqdadır.

Bilirsiniz ki, uzun müddət Avropa Şurasının Azərbaycan üzrə monitorinq qrupuna münasibətlərə ciddi müdaxilə edən və təsir göstərən Andreas Qross və onun həmfikirlərinin rəhbərlik etməsi bu münasibətləri xeyli kəskinləşdirirdi, qeyri-konstruktiv məcraya yönəldirdi. Burda subyektiv məqamlar, yanaşmalar, ayrı-ayrı qüvvələrin münasibətlərə əsassız müdaxiləsi var idi. Azərbaycanın milli dövlət haqlarına müdaxilə məsələləri münasibətlərə mənfi təsir göstərirdi. Son zamanlar bu praktika xeyli şəkildə aradan qalxıb.

Avropa Şurası və onun strukturları Azərbaycanın öz öhdəliklərinə ciddi yanaşmasını, layiqincə yerinə yetirməsini, eyni zamanda, Azərbaycanın müstəqil dövlətçilik iradəsinin tələblərini real şəkildə nəzərə alaraq bu münasibətlərə ahəngdarlıq gətiriblər. Ona görə də Aqo qrupunun bu hesabatını da məhz bu dinamik münasibətlər fonunda qiymətləndiririk və müsbət yanaşırıq.

- Əli müəllim, bildiyiniz kimi Mətbuat Şurası bu ili «Diffamasiya ili» elan edib. Bu, diffamasiya ilə bağlı ictimai müzakirələrin intensivləşdirilməsinə və qanunun qəbuluna nə kimi təsir göstərəcək?

- Mümkündür. Biz bu sahədə Avropa Şurasından daha çox ATƏT-lə birgə iş aparırıq. Bilirsiniz ki, Azərbaycan Avropa Şurası və ATƏT-ə üzv olandan bəyan edib ki, Azərbaycan söz, mətbuat azadlığını, siyasi plüralizmi cəmiyyət həyatının və dövlət quruculuğunun ayrılmaz tərkib hissəsi kimi qəbul edir və bu istiqamətdə səylərini yönəltməyə hazırdır. Lakin «Diffamasiya haqqında» qanunun qəbul edilməsi birdən-birə baş verə bilməz. Bunun üçün cəmiyyət ciddi hazırlıq mərhələsi keçməlidir. Cəmiyyətdə insanların məsuliyyəti artırılmalı, əlində qələm olan, ictimai həyatın davranış normalarına təsir imkanı olan insanların vətəndaş hüquqlarına hörmətlə yanaşması prinsipləri formalaşdırılmalıdır.

Ümumiyyətlə, cəmiyyətdə məsuliyyətli davranış, nizam-intizam formalaşdırılmalıdır. Bundan sonra qanunun qəbuluna getmək olar. Sözsüz ki, Mətbuat Şurası və digər jurnalist qurumları diffamasiya müzakirələrini intensivləşdiriblər. Buna dövlət müəyyən mənada əsas verib. Dövlət strukturları da dəfələrlə bəyan edib ki, Azərbaycan «Diffamasiya haqqında» qanunu qəbul etməyə hazırdır. Lakin Azərbaycan cəmiyyəti buna hazırlıq mərhələsinə ciddi diqqət yetirməlidir. Həm jurnalistlər, həm də informasiya mənbəyinə malik olan dövlət qurumları, bütövlükdə insanlar diffamasiya qayda-qanunlarına alışmalıdır. İnsanların şərlənməsi, onların üzərinə böhtan atılması kimi praktika aradan qaldırılmalıdır.

Düşünürük ki, 2010-cu il bu sahədə həlledici il ola bilər. Bunun üçün bütün tərəflər, həm beynəlxalq institutlar, həm Azərbaycanın media ictimaiyyəti, Mətbuat Şurası, baş redaktorlar, həm də mətbuatla işləyən dövlət qurumları ciddi səy ortaya qoymalıdırlar.

- Azərbaycanın müxalifət partiyaları parlament seçkisi öncəsi bir-birlərini iqtidarla əməkdaşlıqda ittiham edirlər. Bu cür ittihamlara, mövqelərə münasibətinizi bilmək istərdik?

- Bu, təbii haldır. Başqa ölkələrdə də seçkiqabağı proseslərdə partiyalarda aktivləşmə gedir. Bu aktivləşmə müxtəlif istiqamətlərdə həyata keçirilir. O cümlədən partiyalar bir-birinin əsas müxalifət olub-olmama, bunun üçün nə etmə məsələlərini müzakirə edirlər.

Mən açıq deyim ki, dəfələrlə iqtidarla əməkdaşlıq məsələləri olub. İqtidarla əməkdaşlıq hər bir partiya üçün şərəf məsələsidir. İqtidar hazırda Azərbaycan dövlətini təmsil edən, onun ali daxili və xarici siyasətini reallaşdıran bir institutdur. Bu institutu da xalq və onun iradəsi formalaşdırıb. Xalqın iradəsi ilə formalaşan iqtidarla əməkdaşlığı az qala şərəfsizlik kimi dəyərləndirmək bizim müxalifətə qətiyyən başucalığı gətirmir. Onlar bundansa, xarici kəşfiyyat orqanları ilə, xarici antiAzərbaycan qüvvələri ilə əməkdaşlıq edən partiyaları arasınlar və bu sahə üzərində ittihamlarını qursunlar. İqtidarla əməkdaşlıq nə zamandan siyasi partiyalar üçün mənfi amilə, onların nüfuzuna mənfi təsir göstərən meyara çevrilib?

Ancaq bu cür yanaşmalar keçmişin qalığıdır. Bu, 90-cı illərdən qalma, o vaxtkı sovet xəfiyyə orqanları ilə əməkdaşlığı indiki milli dövlətlə əməkdaşlıqla eyniləşdirmək məntiqi ilə yaşayan insanların xəstə təxəyyülünün məhsuludur. Belə şeylər aradan qaldırılmalıdır və Azərbaycanda cəmiyyət inkişaf etdikcə, daxili institutların inkişafı dünya standartlarına yaxınlaşdıqca belə ittihamlar aradan qalxacaq.

- Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi ictimai marağa səbəb olub. Bununla bağlı müzakirələr hansı mərhələdədir və hansısa konsepsiyanın qəbulu nəzərdə tutulubmu?

- Bu, ictimaiyyətdə müzakirə olunmağa haqlı olan məsələlərdən biridir. Hər bir millətin soyadı və onun sonluğu milli domendir. Milli domen üzərində də millətin mənsubiyyətini müəyyən etdirmək texnologiyaları qurulur. Dünyada hər bir soyad sonluğuna müvafiq olaraq, bu soyad daşıyıcısı olanın hansı millətə mənsubluğunu müəyyən etmək olur. Bəzi millətlərdə bunu müəyyən etmək mümkündür. Bu anlamda, əlbəttə soyadların milliləşdirilməsi məsələsi ciddi ictimai müzakirəyə çıxarılmalıdır.

Bununla bağlı mənim öz məxsusi fikrim var. Hesab edirəm ki, milli səviyyədə, bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməli və bu sonluq yalnız azərbaycançılığa, Azərbaycan xalqına, dövlətinə mənsubluğu göstərməlidir. Məsələn, mən təklif edərdim ki, Azərbaycanda bütün soyadların sonu «az» sonluğu ilə bitsin. Əlbəttə, soyadın son iki hərfi heç bir ciddi məna kəsb etmir. Deyək ki, ruslarda «ov», farslardakı «an», «yan», gürcülərdəki «ze» sonluğunun heç bir mənası yoxdur. Ancaq müəyyən milli domen göstəricisidir. Azərbaycanlıların soyad sonluqları «az»la qurtarsaydı, daha yaxşı olardı. «Az» Azərbaycanın həm internet domenidir, həm də xalqın, ölkənin adının ilk hecasıdır. Sözsüz ki, bu mənim fikrimdir və əlbəttə, hər bir fikir kimi, bunun da ictimai müzakirəyə çıxarılmaq haqqı var. Trend News
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Stranger Haradan: Ordan-burdan
11.02.2010 02:00
Goresen bunlardan bir normal teklif ireli suren olacaq? Biri 8 marti 28 Aprelle evez etmek, o birisi de soyadlari az'lamaq. Fikirleshirem bu cur teklifler nece gelir bunlarin aglina? Belke yuxuda gorurler?

Kimdən: АЗЕРИДЕН Haradan: РУСИЙАДАН
08.02.2010 22:20
МЕНЕ ЕЛЭ ГЕЛИР КИ,СОЯДЛАРЫМЫЗ ОЛДУГУ КИМИ ГАЛСА ДАХА ЙАХШЫ ОЛАР.БИЗИМ ХАЛГЫМЫЗ МУХТЕЛИФ ДОВЛЕТЛЕРДЕ ЙАШАЙЫР ВЭ БУНУН ТЕСИРИ БУ СОЯДЛАРДАН БИЛИНИР.АММА СОЯДЛАРЫН ЕВВЕЛИНЕ АЗЕРИ АРТЫРМАГЫ ТЕКЛИФ ЕДЕРДИМ. ОНДА ОЛАРДЫ АЗЕРИ-ГАСАНОВ,АЗЕРИ-ГАСАНЛЫ,АЗЕРИ-ГАСАН ВЕ ИЛЕ АХЫР.АММА АЗЕРИ ХАЛГЫНЫН БАШЫНЫН ИЧИНИ ДЕЙИШМЕК ВЕ МААРИФЛЕДИРМЕК ДАХА ВАДЖИБДИР.

Kimdən: Nicat Haradan: Bahreyn
08.02.2010 20:57
Mezen olsun Eli az ,goresen kUrd dilinde az ne demekdir?

Kimdən: Mustafa Haradan: Danabashdan
08.02.2010 19:21
Gordunuzmu nece serrast danishdi? Qisa ve az(onun dediyi 'az' menasinda yox).Evvel-axir bizim dediyimize gelecekler-bu olkede YAP-cilarin yegane familiyasi olacaq.Bir az kechsin-bu adam onu da deyecek.Her sozu ile cemiyyete qush qondurur-qush. Sebrsizlikle 500 min neferlik YAP-in o meshur familiyani qebul edeceyine dair bu adamin acialqmasini gozleyirem

Kimdən: Anonymous
08.02.2010 16:13
soyadlarin sonu qoy "varli", "xoshbext" sonluqlari ile bitsin.
meselen Hesenvarli, Hesenxoshbext. belelikle hami varli ve xoshbext olacaq.
analoqu omayan sonluq.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
07.02.2010 21:23
Hörmətli "Azadliq" radiosu, mən soyadı ilə bağlı bir neçə şərh yazmışam, amma vermirsiniz. Məndən qat-qat kəskin yazanların fikirlərini verirsiniz, amma mənim yazdıqlarımı yox. Sizin bu cür "senzura"nızı anlaya bilmirəm.

Zorla hakimiyyəti ələ keçirmiş bir hakimiyyətin məsuliyyət hissini itirmiş bir məmuru çıxıb bizim soyadımızı təhqir edir, biz isə bu təhqirə etik normalar çərçivəsində münasibət biliririk.Burada pis nə var ki? Sizin "senzura"nı çox yersiz və mənasız hesab edirəm.

Kimdən: Nihat Haradan: baki
06.02.2010 15:16
Soyad sonlu]unun "soy" sonluğu ilə verilməsi daha məqsədə uyğundur..məsələn Həsənsoy vıə Cəfərsoy kimi .....bu əsil azarbaycansayağı olardı...çünki bu nə türklərdə nə də digər türkdilli millətlərdə mövcuddur..və bizim azəri olmağımıza bhir işarə kimi hesab etmək olar...amma Əli həsənazın nə vecinə onsuz da xalqın fikirlərinə hörmət edirlər ki??? amma əgər az sonluğu rəsmən qəbul olunarsa elə mən də rəsmən soyadımın az sonluğu ilə əvəzlənməsinə rəsmi surətdə qadağa qoyacağam..daha Əli bəylər mənim sonluğumu dəyişə biləsinlər..etirazım isə qəti olaraq məqbuldur...deyəsən bu xalqın dərdi və problemi yoxdur ee??

Kimdən: Nahid Haradan: Baki
06.02.2010 15:10
Düzü Əli bəyin belə möhtəşəmcəsinə fikir nümayiş etdirməsinə söz catdırmaq olmaz..amma hər sözün də bir cavabi açısından çıxış edib bildirmək istəyirəm ki, ay Əli bəy Həsənaz bil və agah ol ki, hər bir sözün öz mənası vardır-------gürcü dilindəki sonluq oğlu mənasını, fars dilindəki sonluq ((burada səhv göstərilib əslində zadə və i sonluğu olmalı idi) isə doğulmaq və hansı məmləkətə aid olduğu anlamını verir...eləcə də digər dillərdə də bu kimi anlamlar veriri....Əli bəy o ki qaldı domen, bu sizlik deyil..internet məkanında İSP anlayışını gedin öyrenin bu kifayət edər....az sonluğunun verilməsinə isə qəti razi deyiləm.. çünki bu gülünc gətirici və məna çaları ilə də millətin mövcudluğunu var yox inkar mənasına gətirib çıxara bilər..və burada cins də təbii olaraq mövcu olmalıdır ki bilinsin ki bu kişidir yoxsa oğlan ....daha türklər ki türkün məsələsi və çərçivə anlamına gəlməsin...amma düşüncənizə heyran olub çox təəccüb edirəm ki artıq 1 ilə yaxındır, əsas problem bir kənarda qala -qala siz nə düşürsünüz....

Kimdən: Firudin Haradan: Keshlaburg
06.02.2010 14:41
"Deyək ki, ruslarda «ov», farslardakı «an», «yan», gürcülərdəki «ze» sonluğunun heç bir mənası yoxdur." :))))
Hamısının mənası var, sadəcə öyrənmək lazımdır...

Kimdən: Firudin Haradan: Keshlaburg
06.02.2010 14:40
Bizi bunlarmı idarə edir?
Səhifə (3)
    Növbəti