Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Bloqlar / İlqar Rəsul

«N» saylı hərbi hissə

İlqar Rəsul

İlqar Rəsul

04.02.2010
Bu «N» saylı hərbi hissə haradısa, yaxşı yer deyil. Hər gün oradan bir pis xəbər eşidirik. Gah əsgər düşmən tərəfə keçir, gah zəhərlənir, gah özünü, gah da komandirini öldürür.

Bir Allah bəndəsi də tapılmır soruşasan ki, niyə bu «N» in komandirlərinin konturu olmur. Niyə orada əsgəri zorlayırlar, valideynini soyub talayırlar. Əgər məsələ «N»dədirsə, təcili onu başqa hərflə əvəzləmək lazımdır. Yoxsa vəziyyət getdikcə pisləşək. Necə ki, pisləşir.

Bu günlərdə tanışım mənə bir şəkil göstərdi. Şəkildə «N» saylı hərbi hissənin əsgəri komandirinin qoyunlarını otarırdı. Duruşlarından hiss olunurdu ki, qoyunlar üçün onları çobanın ya əsgərin otarmasının heç bir fərqi yoxdur. Elə onların yanında dayanmış əsgəri də deyəsən çobandan çox qoyuna oxşaması türklər demişkən heç ilgiləndirmirdi.

Şəklə baxdım və düşündüm ki, deyəsən sovet ordusu da bu «N» saylı hərbi hissədən yaxşı olub. O vaxt əsgərlər evlərinə qızlarla şəkil çəkdirib göndərirdilər. Özü də qızların hamısı ceyrana oxşamasa da onların arasında gərilib dayanmış azərbaycanlı əsgər pələngə mütləq oxşayırdı…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: N sayli )) Şəhər: Baki
19.02.2010 13:23
Gullug etdiyim Yevlax rayonunda yerleshen ГСМ de (YSM) komandir esgeri ip baglanmish comagla posta cixardirdi (karaul neferi ). 100 yaxin yanacagla dolu cenlerin gorunmasin edirdi o esger. Bu da azerbaycanin herbisi...Ne yi yonludu ki bu milletin , bu sahede yaxshi olsun...

Kimdən: Şahin
09.02.2010 14:27
Paradoks elə bu hərbi hissənin adından başlayır: N saylı... N hərfi nə vaxtdan sayıla bilib ki? Yəni N hərfi artıq rəqəm olub ki, bizim xəbərimiz yoxdu?
p.s.Bizimkilərə artıq N-i də saya bilirlər...

Kimdən: arif Şəhər: baki
08.02.2010 17:45
ay qardash indi soldatin elinde comaq varsa gunah ha onda deyil
gunah comagi ona verendedir
Cavab

Kimdən: İlqar Rasul Şəhər: Baki
09.02.2010 20:35
Arif bəy onda belə çıxır ki, əsgərin əlinə nə versələr götürə bilər də. Onsuz da günah başqasına yazılır.

Kimdən: KURD Şəhər: Baki
07.02.2010 23:49
Chox maraqli yazidir. heyif ki bunu hami oxuya bilmir. Qaldi ki Esgerin qoyun otarmasina, mence eline AVTOMAT verilmeyen esgerin qoyun otarib otarmamasinin hech bir ferqi yoxdur. Umid eliyirem ki o esger qoyunlarla unsiyyeti, komendirleri ile unsiyyetden ustun tutur...

Kimdən: eks-esger
05.02.2010 22:50
Menim emimoglu orda xidmetdedi. Atasi coximkanli olmasina, defelerle yuxari yerlerden tapshirilmasina, tez-tez ziyaret edilmesine baxmayaraq bit basmish yataqlardan, qoxmu. yemeklerden ve.s-den qurtula bilmedi. Nehayet rahat bir yere kocuruldu. Amma kasiblar ise orda hele de "it" gununde xidmet edirler.

Kimdən: Qarabagli Şəhər: Talan Olmuw Yurd
05.02.2010 20:49
Qardashim Ilqar Resula semimi salamlarimi catdiriram.Az ve cox dushundurucu yazilarini,diqqetle oxuyur,sonrada yazinin tesiri altda xeyli Veten haqqinda dushunuruk.Buna gore sene derin teshekkurler.Menim bir teklifim var,"N" sayli herbi hissenin adini deyishmek ucun Sefer muellim Ebiyeve muraciyyet unvanlayaq.Muraciyyetde N herfi,iki BB herifi ile evezlensin.Acmasida bu gur seslensin.--Buyurun Bayira ( yeni,basa-basdir bayirda).Vessalam.