Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:20

Cəmiyyət

Qarlı hava bloqqerlərin məhkəməsini təxirə saldı

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloqqerlər – Emin Milliylə Adnan Hacızadənin apelyasiya şikayətiylə bağlı məhkəmə prosesi olmalıydı. Ancaq Bakıda güclü qar yağdığına görə onları saxlandıqları Bakı İstintaq Təcridxanasından gətirmək mümkün olmayıb

Bakıda güclü qar yağdığına görə bloqqerləri təcridxanadan gətirmək mümkün olmayıb
x
Bakıda güclü qar yağdığına görə bloqqerləri təcridxanadan gətirmək mümkün olmayıb
Şriftin ölçüsünü dəyiş - +
Xəbəri bloqqerlərin vəkili İsaxan Aşurov verib.

Proses fevralın 12-də davam edəcək.

Birinci instansiya məhkəməsi Emin Millini 2 il yarım, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqqerlər keçən il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Vəkillər bu hökmdən apelyasiya şikayəti veriblər.

Bloqqerlərin işinə ilkin baxış keçirilərkən vəkillər həbs qəti-imkan tədbirinin dəyişdirilməsini, bunun qarşılığında hər biri üçün 5 min manat girov qoyulmasını istəsələr də, hakim vəsatəti qəbul etməyib.

Gənc fəallar ittihamları qəbul etmirlər, həbslərinin sifarişli olduğunu deyirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Anarxist Haradan: Baki
05.02.2010 10:38
Biz Azerbaycanlilarin cox gozel bir sozumuz var: "ne ekersen onu da bicersen". Indi biz bizi fikirlesen, bizim huquqlarimizi qorumaq isteyen, omurlerin bizim azadligimiza ve rifahimiza hesr eden gencleri nahaq yere hebs etsek, oldursek (Elmar Huseynov vs .) VE eyni zamanda vergi nazirliyi, polis, ve s. kimi islere duzelib camaatdan rusvet yigan, xerac alan genclere toxunmayaraq onlari daha da heveslendirsek bizim geleceyimiz ne olacaq? Biz ne bicheceyik? Hansi problem duzelecek?
Cavab

Kimdən: Azeri Haradan: UK
05.02.2010 14:50
Ay millet ne qeder ki bu rejim var Azerbaycanda hec vaxt hec bir problem de hell olmayacaq olan ise bu cavanlara olacaq...