Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:18

Verilişlər / Kontekst

Bir qrup nehrəmli niyə aclıq aksiyasına başlamaq istəyir?

Şriftin ölçüsünü dəyiş - +
Nehrəmlilər dükanlarının sökülməsinə etiraz edirlər, noyabr 2007

Nehrəm kəndinin Bakıda yaşayan bir qrup sakini pozulmuş hüquqlarının bərpası tələbilə aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. Kənd sakini Sahib Hüseynov deyir ki, aclıq aksiyasına əl atmaları neçə illərdən bəri çətin vəziyyətdə yaşamaları ilə bağlıdır. Kənd sakinləri tələb edirlər ki, ya onların hüquqları qorunsun, ya da Bakıda onlara qaçqın statusu verilsin:

«Demək olar ki, biz nə qaçqınıq, nə də bilmirik kimik, özümüzə bir ad tapa bilmirik. Biz bilmirik Bakıda nə edirik, işimiz yox, evimiz yox. Çıxış yolumuz da yoxdur. Qaçqın kimi Qaçqınkoma müraciət edək, hara müraciət edək bilmirik».

Bir neçə il əvvəl iş dalınca Naxçıvandan Bakıya gələn nehrəmlilər, indi Bakıda işsiz qalıblar. Geriyə, Naxçıvana qayıtmağı isə özləri üçün təhlükə sayırlar:

«Özünüz bilirsiniz Naxçıvanda xanlıq rejimi necədir. Naxçıvanda vəziyyət çox acınacaqlıdır. Biz gedib orda adi bostan əkə bilmirik. İrandan Naxçıvana Allahın iki kiloqram bananını gətirə bilməzsən. Hər şeyi özününküləşdiriblər. Bu gün Naxçıvanda kartofun kiloqramı 1 manat 20 qəpikdir».

«…Ayda 250 manat kirayə pulu verirəm, kirayənin ödəmə vaxtı gəlib çatanda indi burda da iş tapmıram, bu pulu hardan verəcəyəm. Bəs mən ailəmi, uşaqlarımı necə dolandırmalıyam. Çıxış yolumuz yoxdur, məcburuq aclıq aksiyası keçirək, onsuz da acıq».

DİKTATURA REJİMİNDƏN QAÇQIN DÜŞƏNLƏR-QAÇQIN DEYİL

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev nehrəmlilərin belə bir addım atmasını siyasi baxımdan təsirli bir addım sayır,
Əlövsət Əliyev
amma onlara hansısa status verilməsi məsələsinin mümkünsüz olduğunu deyir.

«Heç bir şəxs vətəndaşı olduğu dövlətin ərazisində qaçqın statusu ala bilməz. Onlar digər vətəndaşlardan da heç bir üstün hüquqa malik deyillər ki, onlara münasibətdə hər hansı ayrı-seçkiliyə yol verilsin. Köçkün - işğal olunmuş ərazidən, zəlzələ, sürüşmə zonasından, dəniz suyunun qalxması nəticəsində ola bilər, amma diktatura hökm sürdüyü bir regiondan başqa bir yerə köçən şəxslərə köçkün statusu vermək olmaz».

Əlövsət Əliyevə görə, Muxtar Respublikada insan hüquqları ilə bağlı vəziyyət ciddi olduğundan buna siyasi rəhbərlik münasibət bildirməlidir. Birlik rəhbəri QHT-lər səviyyəsində məsələyə münasibətin nəyisə dəyişəcəyinə inanmır:

«Naxçıvanda insan hüquq və azadlıqlarının pozulması kütləvi hal alıb. Hətta insanlar Azərbaycanın digər bölgələrində istənilən statusu alıb yaşamağa razıdırlar, təki Naxçıvana qayıtmasınlar. Bu baxımdan da yaranmış vəziyyətə yüksək dövlət orqanları münasibət bildirməlidir».

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovsa hesab edir ki, iş dalınca müxtəlif müddətlərdə Bakıya gələn Muxtar Respublika sakinlərinin belə bir aksiya keçirməsi, özlərinə hansısa status istəməsi mümkünsüz bir iş olsa da, onlar üzləşdikləri problemləri hökumətin diqqətinə çatdıra bilərlər:

«Hökumət bunu araşdırsın və vətəndaşların tapdanmış hüquqlarını bərpa eləsin».

Sahib Məmmədov
Sahib Məmmədov deyir ki, hökumət vətəndaşların məşğulluğunu təmin eləməlidir, əgər etmirsə onda işsizliyə görə, təyin olunan müavinətlər verilməlidir: «Onlar ünvanlı sosial yardım və ya işsizliyə görə müavinət ala bilərlər, amma hökumət hamıya bir ev tikib vermək öhdəliyində deyil».

«NAXÇIVANDA NƏ VAXTDAN DİKTATURADIR?»


Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin sədr müavini Həsən Hacıyev isə nehrəmlilərin fikirlərilə razılaşmır. Həsən Hacıyevə görə, ölkə prezidenti öz çıxışlarında xeyli iş yerlərinin açıldığını deyir. İşsizlikdən şikayət edən nehrəmlilər işləmək istəmir bu başqa məsələ. Həsən Hacıyev Naxçıvanda diktatura rejiminin olması barədə deyilənləri də qəbul eləmir:

«Niyə diktaturadır, nə vaxtdan ora diktatura olub. Naxçıvana nə olub ki, bəyəm Naxçıvanda demokratiya yoxdur? Nehrəmlilər belə deyir, mən də onlar səhv edirlər deyirlər. Hər bir ölkədə problem ola bilər də, guya Amerika bizdən problemsiz gözəl bir ölkədir, hər yerdə bir problem olur».

Qaldı ki nehrəmlilərin sığınacaq istəməsinə, Həsən Hacıyev hesab edir ki, bu elə demokratiyaya bariz nümunədir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Bahar Haradan: Baki
07.02.2010 03:13
Qardas, ne ,hansi haqq edaletden,huquqdan danisirsiniz? Guya Bakida yasayanlarin varidir ki,siz de yigishib gelmisiniz?
Siz torpaqlari bosaldib haqq axtarmaga gelmisiniz ki,sizin torpaqlarinizda da getirib basqalarini yerlesdirsinler?
axtardiginiz o HAQQ dunyanin hec bir yerinde yoxdur! qayidib gedin oz torpaqlariniza sahib cixin, ne qeder ki,gec deyil.Qarabag yarasi bes deyilmi ki,qasiyib,qasiyib bir Naxcivan qahaxmasini da sizler yaradirsiniz.
Oz yurdunda,obasinda siginacaq tapmayan adam obasina arxa cevirib getdiyi hec bir yerde rahatliq tapa bilmez!!!

Kimdən: MIRZE 0000000000000000000
07.02.2010 00:26
HESEN HACIYEV NEINKI NEHREMLILERI BUTUN AZERBAYCAN XALQINI TEHQIR EDIR O BIZE KOR DEYIR IS YERLERI ACILIB BIZ ISLEMEK ISTEMIRIK ALLAHDAN QORX AY HESEN

Kimdən: Murad Haradan: mars
06.02.2010 15:12
Ay Sahib bizdə bir məsəl var, deyərlər: Deyəsən Həsənalını gəbə dalayır axı.....

Kimdən: Hafiz Haradan: Serur-Turkiye-Serur
06.02.2010 12:48
Talibov qorxaqlıqdan qarsisinda reqib gormek istemir. Bu sebebden de butun aktiv insanlarin Naxcivandan cixmasini isteyir. Lazim gelende zorla cixardir. Biz de corekpulu ucun turkiyede calisiriq.
O ki, qaldi Nehremlilere men butun qelbimle onlari destekliyirem.

Kimdən: Azeri Haradan: UK
05.02.2010 14:47
Hormetli Vuqar bravo duz yazmisan qatiliram sene...gor eee Naxcivanla Amerikani bir gozde gorurler))ele danisib ozunuzu biabir etmeyin

Kimdən: quuss Haradan: bakidan
05.02.2010 11:23
men amerikayya meslehet gorerdimki vasif talibovu iraka prezdent teyin etsinler bunnannda irak meselesi bitsinnnnnnnnnnn.
Cavab

Kimdən: Qafqazli Haradan: Qafqaz
06.02.2010 11:33
Iraqlilar qebul etmezler axi.

Kimdən: Vuqar Haradan: Moskva
05.02.2010 09:14
Hasan Haciyev kimilerin chorek pulusu aga qara demekle chixir.Naxchivan camaati acliq ve sefalet ichinde yashayir ve bunun men shahidi olmusham amma Naxchivan xani Vasifin oglu oz harinligini debdebeli mashinlarin ve qizlarin fonunda numaish etdirir.

Kimdən: NOVXANILI Haradan: BAKI
05.02.2010 04:49
DEMELI BELE. EZIZ GARDASHLAR KECHEN DEFE DEDIM GORESEN BIZ NIYE BELEYIK? GETDIM BASHLADIM TARIX OXUMAGA. O DEMEK DEYILKI TARIXI HECH BILMIREM.DOGRUSU BILGILERIMI DAHA DA DERINLESHDIRMEK ISTEDIM.ESHI BIZ HEMISHE BELE OLMUSHUG DEDIM.SONRADA BIR AZ INGILIZLERI OXUDUM DEDIM NIYE BIZ BELE ONLAR HELE.ONLARDA INSAN BIZDE.
MENE ELE GELIR KI BUNA EN BOYUK SEBEB, ZAMANINDA BIZIM BEYLERIMIZI XANLARIMIZI OLDURMESEYDILER BELE OLMAZDI.IKI UCH DENE GEYRETLI ADAM GALMISHDI ONLARIDA YOX EDIBLER. SONRADA ELIZAVETA II NIN NESLINI NECABETINI ARASHDIRDIM GEDIR CHIXIR 850 CI ILLERE O VAXTA GEDER IDARE EDIB MILLETI DEDE BABALARI.BIZ ISE BIR DENE ADAMIMIZA SAHIB CHIXA BILMEMISHIK.GEDADAN BEY OLMAZ AY EZIZLERIM. BIZIM HAKIMIYYET ISE COQUNLUKLA ESLI BELLI OLAMAYANLARDAN TESHKIL OLUNDUQU UCHUN BU GUNDEYIK.KOKU BELLI OLMAYANIN VERDIYI "SOK" (SHIRE) DA BELLI OLMAZ.
INDI SOZUMU GETIRIREM BU GACHGIN MESELESINE GACHGINIMIZ AZ IDI BIRDE SIZ CHIXDIZ ORTAYA. GEDIN KISHI KIMI HAQQINIZI TELEB EDIN.SONRADA DEYCEK MECAZI MENADA GACHGIN.

Kimdən: S.S Haradan: Ukraina
05.02.2010 00:52
Ay Sahib Məmmədov deyrem belke siz Amerikaya gederdiz de.Axi orda soz azadligi var...insanlar zorla YAPa gel YAPa gel cagirmirlar....Insanlarin artiq gozu heshsadi gormur BUNU ARTIQ ANLAYIN !!!! VAXIZ DOLUR ARTIQ

Kimdən: Vilayet Haradan: Baki
04.02.2010 21:31
Nece yeni banan getirmek olmaz?! Onun qiymeti necedir Naxcivanda?!
Səhifə (2)
    Növbəti