Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Almaniyada Hitlerin kitabını çap eləmək istəyirlər

04.02.2010
2-cu Dünya Müharibəsindən bəri ilk dəfə olaraq Almaniyada nasist rəhbəri Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) əsərini çap edəcəklər.

Bu haqda niyyətini Münxendə yerləşən Çağdaş Tarix İnstitutu elan edib. (DPA agentliyi).

Müharibə bitəndən və nasistlərin hakimiyyətinə son qoyulandan sonra kitabın çapı qadağan edilmişdi.

Institutun əməkdaşı Edith Raim deyib ki, kitab 2015-ci ildə yenidən çap oluna bilər. Həmin il Hitlerin ölümündən 70 il keçmiş olacaq, bu isə qanuna görə, kitabın müəllif hüquqlarının da “sona çatması” deməkdir.

İnstitut “Mein Kampf” əsərini ön sözlə çap etmək fikrindədir.

Hitlerin bu əsəri ilk dəfə 1925-26-cı ildə nəşr edilib.

Amma əsərin tekstinin saxlandığı Bavariya bölgəsinin maliyyə naziri Çağdaş Tarix İnstitutunun bu planlarına etiraz edib və bildirib ki, onlar əsərin çapına icazə verməyiblər.

Ölümünə qədər Hitlerin yaşayış yeri rəsmən Münxen şəhəri olduğu üçün ona məxsus əmlakın hüquqları Bavariya bölgəsinə məxsusdur. 2015-ci ildə həmin hüquqlar ictimaiyyətə keçir və ondan hamı istifadə edə bilər.

“Mein Kampf” əsərində Hitlerin tərcümeyi halı ilə birlikdə nasional sosialist ideologiyasının prinsipləri əksini tapıb.

Hitler burada antisemitizm ideylarını da açıqlayır, “yəhudi təhlükəsi”ndən danışır. “Kommunizm”in şər olduğunu bəyan edir. Əsərdən Hitlerin gələcək işğal planlarının da “rüşeymləri” əks olunub.

Hitler 2-ci Dünya Müharibəsində törədilən hərbi cinayətlərin və milyonlarla yəhudinin ölümünə yol açan soyqırım siyasətinin başında durub. Almaniyada insanlar hətta uşaqlarına "Adolf" adı qoymamağa çalışırlar.

Azərbaycanda 2005-ci ildə “Mein Kampf” əsərini çevirib çap elədiyinə görə yazar Əvəz Zeynallıya “irqi ayrı-seçkiliyi qızışdırmaq” ittihamı ilə cinayət işi açılmış, keçə il işə xitam verilmişdi.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: asiyadan
08.02.2010 23:51
Azadliq,axir ki qerbin tesiri altindasiz.Niye gore muselmanlardan yazanda her sey buraxilir,amma yahudilerden yazilanda yox???Belke Qezzede olen gunahsizlari onlar oldurmur???Amma her sey bir anda deyisilir.Heyif sizden.

Kimdən: frankfurtlu Şəhər: almaniya
06.02.2010 00:52
Bu informasiya almaniyada hec müzakire olunmayib
mence hec bele bir ishede hec bir zaman icazevermezler bunu kim yayibsa savadsizliqdan yayib
mein kampf kitabinda yahudilerin insanliqdan uzaq oldugu onlari en son heyvandan beter qeleme verilmesi qeyd olunub hitler terefinden.Yahudiler ise indiki zamanda sigortalaniblar onlara qarshi hec bir ölke millet qarshi cixa bilmez bununla demek isteyiremki kitabda bir daha yahudilerin tehqir olunmasi mümkün olan mesele deyil,ve Mein Kampf kitabi-(menim mübarizem)hec bir zaman ishiq üzü göre bilmez almaniyada hette o kitabin oxunmasina qadaga qoyulubdur hec mektebe,uniye getirilmesine icaze yoxdu.
bu haqda hec bir narahat olmaga deymez.Almaniyada hal hazirda yabancilarla almanlarin arasinda olan konfliktleri sosial pedaqoqlar ardan götürmeye calishirlar hki, hec bir problem günümüzde olmasin.

Kimdən: Elchin Şəhər: Almaniya
05.02.2010 17:06
Seymuru tam destekliyirem.
Bu kitab bir biyabirchiliq kimi ancaq gosterilmelidi, elmi eser kimi yox, burda hech bir elm yoxdu. Sadece psixologiyasi korlanmish bir adamin beyin produktudu.

Kimdən: asiyadan
05.02.2010 15:47
Bir elmi eser kimi nesir olunmalidir.O kitabda guclu tarixi ibretler var.A.Hitler agir da olsa heqiqeti uze cixarib.Kommunizimin ve yahudilerin cirkinliklerini uze cixarib.A.Hitler hele esrin evvelerinde bunlarin etdiyi ve edeceyi cirkinlikler haqqinda xeber vermisdir.Dogurdanda kommunizimin bu gunlerimize kimi axitdigi qanlari yehdilerin devletlerle apardigi cirkin siyaseti gorende A.Hitlere sadece bir tarixci kimi qiymet verilmelidir.Men burda hec bir nasistlik gormurem.Ancaq bu kitabin capi,kommunizim ideyasi artiq yox olub,yahudilerin apardigi cirkin siyaseti uze cixaracaq.Hele ki yahudiler bu kitabin cap olunmasina engel torede bilirler.

Kimdən: Seymur Şəhər: Almaniya
05.02.2010 05:34
Ägär Almaniya belä bir ishä qallxarsa bunun sonuclari hec dä yaxshi olmayacaq.Ilk öncä bu nasislärin yabancilara qarshi olan nifrätini daha da artidracaq.Vä bunun aci näticälärini häqiqätän dä aradan qaldirmaq cox cätin bir ish olacaq...