Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Qış Olimpiadasında Azərbaycanı kim təmsil edəcək?

XXI Qış Olimpiya Oyunları fevralın 15-də başlayır

XXI Qış Olimpiya Oyunları fevralın 15-də başlayır

03.02.2010
Fevralın 12-də Vankuverdə XXI Qış Olimpiya Oyunlarında Azərbaycanı yenə də iki əcnəbi idmançı isveçrəli Sedrik Notzla italiyalı Qaya Bassani təmsil edəcək. Olimpiyaçıların hər ikisi slalom – dağ xizək yarışmalarına qatılacaq.

İdman şərhçisi Coşğun Eldaroğlu deyir ki, Azərbaycan hər dəfə olduğu kimi, bu dəfə də yarışlara yalnız statistika xatirinə qatılır:

«BİZDƏ BUZLA BAĞLI OLAN İDMAN NÖVLƏRİNİN İNKİŞAFI REAL DEYİL»


- Azərbaycanda təbii şərait qış idman növlərinin nə yaranmasına, nə də inkişafına imkan verir. Bütövlükdə götürəndə isə Qış Olimpiya Oyunlarının önəmi Yay Olimpiya Oyunlarından xeyli azdır. Elə bu dəfəki olimpiadaya cəmi 64 ölkənin qatılması da bundan xəbər verir. 15 idman növünün heç biri Azərbaycan insanının həyat tərzinə uyğun deyil. İldə 1-2 gün qar yağan ölkədə qarla, buzla bağlı olan idman növlərinin inkişafı real deyil. Bu infrastrukturu yaratmaq çox çətindir.

İndiyə qədərki Qış Olimpiya Oyunlarında Azərbaycanı 3 dəfə ABŞ-dan olan Kristin Freyzer və rusiyalı İqor Lukanin təmsil edirdi. Onlar ABŞ-da məşq edirdilər. Onlar ilk onluğa düşməsələr də, hər halda Azərbaycan bayrağı onların sayəsində iştirakçı ölkələr arasında görünürdü. Ancaq bu dəfə onların heç biri olimpiya oyunlarına vəsiqə qazana bilməyib. Azərbaycanın fiqurlu konkisürmədə 20 yaşlı Emma Hacıyevaya bağladığı ümidlər də doğrulmadı. O da seçmə turlarında qələbə qazana bilmədi. Bu səbəbdən Azərbaycan Notz və Bassanini seçməyə məcbur oldu.

İdman qəzeti «Futbol+»un redaktoru Kənan Həsənov isə onların da imkanlarını yüksək qiymətləndirmir. Onun fikrincə, onların təmsil etdiyi ölkələr – İsveçrə və İtaliya Qış Olimpiya Oyunlarında çox yüksək nəticələr göstərir. Əgər idmançıların şansları yüksək olsaydı, elə öz ölkələrinin idman şərəfini qoruyardılar:

«HARADANSA İDMANÇI GƏTİRMƏYİ O QƏDƏR DƏ UĞURLU PRAKTİKA SAYMIRAM»

İndiyə qədərki Qış Olimpiya Oyunlarında Azərbaycanı 3 dəfə ABŞ-dan olan Kristin Freyzer və rusiyalı İqor Lukanin təmsil edirdi
- İdman rəsmiləri də deyirlər ki, Azərbaycanın oyunlarda iştirakı daha çox simvolik xarakterlidir. Ancaq idmanın inkişafı üçün haradansa idmançı gətirməyi o qədər də uğurlu praktika saymıram. Əgər Azərbaycanın qış idman növlərinin inkişafı ilə bağlı ciddi niyyəti varsa, bunun üçün infrastruktur yaratmalıdır. Düzdür, indi ölkənin şimal rayonlarından birində dağ-xizək kompleksi tikilir. Ancaq bu o demək deyil ki, noyabrdan, marta qədər o ərazilərdə qar, buz olacaq. Bunlar hamısı süni yolla yaradılmalıdır. Bu isə olduqca çətin prosesdir.

Sovetlər dönəmində ən mümkünsüz işləri Azərbaycanda xokkey komandası yaratmaqla müqayisə edirdilər. Elə indiyə qədər də Azərbaycanda nəinki xokkey komandası, heç normal buz meydançası qurmaq da mümkün olmayıb.

BUZ MEYDANÇASININ MOTORU SIRADAN ÇIXIB

Azərbaycanda indiyə qədər iki dəfə buz meydançası tikilib. Biri tikilərkən sadəcə İdman Konsert Kompleksi adlanan, indi isə indiki prezident İlham Əliyevin atası Heydər Əliyevin adını daşıyan İdman Konsert Kompleksində, biri isə Milli Parkda.

İdman Konsert Kompleksindəki buz meydançası tikilsə də, bir gün belə işləməyib. Azərbaycan bir neçə ölkədən mütəxəssis gətirsə də, bəlli olub ki, buz meydançasını təmir etmək mümkün deyil. Meydança yenidən qurulmalıdır. Milli Parkdakı, daha çox həvəskarlar üçün nəzərdə tutulan buz meydançasının buzu isə salınandan təxminən ay yarım sonra əriyib. Buz meydançasında sürüşmək istəyənlərə Milli Park İdarəsindən bildirirlər ki, meydançanın motoru sıradan çıxıb, indi onu təmir edirlər.

Rəsmilər isə olimpiya oyunlarına hazırlığın plan üzrə davam etdiyini deyirlər. Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva mediaya açıqlamasında bildirib ki, Vankuverə fevralın 8-də yollanacaqlar. Hələlik isə, Azərbaycanı təmsil edəcək idmançılar İsveçrədə – Alp dağlarında məşq edirlər. Azərbaycan idmançıları mübarizəyə fevralın 20-də qoşulacaqlar.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Hemid Şəhər: Gence
04.02.2010 23:29
Ey mənim həmvətənlilərim! Bir məni başa salın görüm dağ xizəyi sürən İtaliyalıları niyə bizim pulumuzla olimpiadaya göndərirıər? Bunun bizm millətə nə kimi xeyri var? A başınıza dönüm! Həftə səkkiz mən dokkuz dünyanın harda eskik adamları var onları azərbaycana yığıb milyonlarla pulu onlara yedirdirlər,bahalı otellərin hesabları milyon manatlara çatır il ərzində!Nədir-nədir Gəbələnin kənd müəllimlərini ,poçt işçilərini,büdcə təşkilatlarinda çalışanları polisin təhdidi ilə yığıb bu divar dibindən gələn heç bir talanta sahib olmayan və öz vətənlərində küçədə çalmağa belə layiq olmayan adamların çaldığı ciz-biza gulaq asmağa məcbur edirlər! Və ya moskvada nə qədər oliqarx var yiğib Bakiya gətirib 7 gun onlara nece milyon manat xərcləyirlər! Vallah bu necə siyasətdir başa düşmək olmur!! Heftede Bakida bir kongres ve ya konfrans kecirirlər! Bu kimə və nəyə lazimdır? Axi bizim pulumuzu yeyib gedib bizi gicbeser sayirlar və bizə gülürlər!! Bəlkə sizin radionun əməkdaşları biz avamları başa salasınız bunların bizə nə xeyri olması barədə!!