Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Tolstoy haqqında film iki "Oskar"a namizəddir

'Sonuncu stansiya' filmindən kadr

"Sonuncu stansiya" filmindən kadr

03.02.2010
Dahi rus yazıçısı Lev Tolstoyun ömrünün son aylarından bəhs edən “Sonuncu stansiya” filmi iki əsas nominasiya üzrə Amerika Kino Akademiyasının mükafatını almağa namizəddir.

Almaniya istehsalı olan film “Oskar”a “ən yaxşı aktrisa” və “arxa planda ən yaxşı kişi rolu” nominasiyalarında namizəddir.

Bunlar Tolstoyun həyat yoldaşı Sofiya Andreyevna rolunu oynayan Helen Mirren və Tolstoyun özünü oynayan Kristofer Plammerdir.

“Sonuncu stansiya” “başıbəlalı” filmdir.

Almanlar filmi Tolstoyun ata yurdu Yasnaya Polyanada çəkmək istəyiblər, amma Tolstoy malikanəsindəki muzeyin rəhbəri, yazıçının nəslindən olan Vladimir Tolstoy buna icazə verməyib.

Buna görə film Rusiyanın bəzi qədim yaşayış məntəqələrində və Almaniyanın Brandenburq bölgəsində çəkilib.

Baş rolun ifaçıları da dəyişib. Əvvəlcə Tolstoy rolunu Entoni Hopkinsə, onun yoldaşı rolunu isə Meril Stripə təklif ediblər.

Amma sonradan bu baş tutmayıb.

Tolstoyun yoldaşı rolunu oynamağa razı olan Helen Mirren (onun atası Vasili Mironov Rusiyadan olan mühacir idi) demişdi ki, rolu çox gözəl sayır və Meril Strip roldan imtina etməklə səhvə yol verib.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: sancho
03.02.2010 19:00
Umid edirem ki Tolstoya layiq filmdir. Cox isterdim mumkun qeder tez baxim
Cavab

Kimdən: almansever
03.02.2010 19:08
tolstoya minnet olsun ki, almanlar onunla bagli film chekibler. Ele almanlar cekdiyi ücün film yüksek seviyyededir. Almanlar neyi chekirlerse, hamisi yüksekseviyyeli olur.