Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 13:17

Cəmiyyət

Rail Rzayevin yaşadığı binanın mühafizəçisi 3 il yarım cəza aldı

Elşən Eyvazov
x
Elşən Eyvazov
Şriftin ölçüsünü dəyiş - +
Bu gün Yasamal rayon Məhkəməsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, ötən il qətlə yetirilmiş general-leytenant Rail Rzayevin yaşadığı binanın mühafizəçisi Elşən Eyvazova hökm oxunub. O, 3 il 6 ay azadlıqdan məhrum edilib.

Elşən Eyvazov narkotik maddə saxlamaqda, dələduzluqda və sənədlərin saxtalaşdırılmasında ittiham olunub. Vəkili Xalid Bağırov hökmlə razılaşmayıb. Deyib ki, müdafiə etdiyi şəxs saxta ittihamlarla həbs olunub.

General Rail Rzayev ötən il fevralın 11-də qətlə yetirilib. Hadisədən bir neçə gün sonra onun yaşadığı binanın mühafizəçisi Elşən Eyvazov polisin əmrinə tabe olmama ittihamı ilə inzibati qaydada 10 sutkalıq həbs olunmuşdu. Bu müddət başa çatandan sonra isə ona narkotik maddə saxlama, dələduzluq və sənədləri saxtalaşdırmaya görə ittihamlar irəli sürülmüşdü.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: mennen Haradan: siyezennen
16.02.2010 22:47
Allah ko0meyi olsun! Bele hallar tez tez bash verir Siyezende. teze polis reisimiz gelib. butun ishchulerden pul yigib oz vezifesinde saxlamaq uchun. onlarda neynesinler "yaziqlar" verdiyi pullari chixartmaq uchun darashiblar camaatin ustune. sherin biri 5 kopukdendi. alish 5 kopuk satish 1000 manat. pullarini chixartmalidir larda neynesinler?

Kimdən: deli Haradan: delixanadan
03.02.2010 21:46
Bax buna gorede "Deli yixincagi" yazilibmish.Esl delixanadir.Iki yol var,biri adam yolu,yeni seki,asfalt ve.s.Biride yoldan kenar palciqli,dashli-kesekli.Adam oz yolun qoyub,palciqli,dashli-keseklikle gedende,deyirler ki,a gede agniya-agniya getmekdense,gel adam kimi yeri.Bizim bezi mehkemelerimiz agniya-agniya palciqli yolda durub,eshsheye gucleri catmayanda,palani doyecliyirler.

Kimdən: Narazi
03.02.2010 15:15
Analoqu olmayan Azerbaycanin reallığı...Allah qalanlarımızı qorusun. Yəni bu hakimiyyət bu millətin axırıa çıxacaq.

Kimdən: hasan Haradan: baku
03.02.2010 14:46
3,5 il=42 ay,onun da 1/3-i=14 ay yatıb çıxacaq ,Allah şər atanlara .. nə deyim, vallah. CPM-nə görə hadisə yerindəcə bükülüb möhürlənməyən əşyalar maddi sübut sayılmır,protokollar da həmçinin.

Kimdən: Ruslan Haradan: Moskva
03.02.2010 14:38
Bu hakimyyet bunula da onu qosterdi ki,onlar uchun insan hayati hech bir onem dashimir.Inaniram ki yaxin zamanda Elshen kimi ogullar tezlikle azadliga chixacaqlar!

Kimdən: azer Haradan: baki
03.02.2010 13:26
Allah komyi olsun.sag salamat ailesine donsun.basqa ne deyek. Ailesine sebr dileyirem.