Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Daşkəsəndəki qanlı olaydan əvvəl

Mərhəmət Hüseynov (şəkildə sağda)

Mərhəmət Hüseynov (şəkildə sağda)

02.02.2010
«Uşağı gətirdilər, baş leytenant Rövşən Ələkbərov əsgərləri çağırdı ki, gəlin Hüseynovun anasına bir-bir deyin ki, onun oğlu sizi vurub. Əsgərlər deyirdilər ki, baş leytenant, axı Hüseynov bizi vurmayıb. Gözümün qarşısında Rövşən Ələkbərov əsgərləri bir-bir otaqdan çıxarıb təpikləyirdi, deyirdi girin içəri, deyin ki, Hüseynov bizi vurub».

Cəlilabad rayonu, Göytəpə qəsəbə sakini Zəminə Hüseynova deyir ki, oğlu Mərhəmət Hüseynov 1 il 4 ay əvvəl hərbi xidmətə çağırılıb. Oğlunun bağırsaq xəstəliyi ilə əlaqədar olaraq o, bir valideyn kimi Müdafiə və Səhiyyə nazirliklərinə müraciət edib ki, həmin qurumlar əsgər oğlunun müalicəsinə köməklik etsinlər.

Əsgər anası deyir ki, bu müraciətlərinin nəticəsi olaraq əvvəlcə oğlu Mərkəzi Hərbi Kliniki Hospitalda müayinədən keçirilib. Hərbi xidmətə yararlı sayılıb və son hadisələri ilə gündəmdə olan Daşkəsəndəki N saylı hərbi hissəyə göndərilib. Hərbi hissəyə gəldiyi ilk günlərdən başlayaraq baş leytenant Rövşən Ələkbərov tərəfindən incidilib.

«BAŞ LEYTENANT ONU SÖYÜB, OĞLUM HUŞUNU İTİRİB»


Əsgər anası: «Oğlum əl-üzünü yuyub əsgərlərlə yemək yeməyə gedəndə baş leytenant onu söyüb. Oğlum cavab qaytara bilməyib, dili qatlanıb, huşunu itirib. Qərargah rəisi oğlumu çağırıb ki, səni kim bu vəziyyətə salıb? Oğlum da baş verənləri qərargah rəisinə danışıb».

Zəminə Hüseynova deyir ki, baş leytenant barədə raport yazılıb, cəzalandırılıb. Hər şey də bundan sonra başlanıb. Zabit əsgərə söz verib ki, cəzalandırılmasının intiqamını onda qoymayacaq:

«İMKAN VERMƏYƏCƏYƏM Kİ, SƏN ƏSGƏRLİKDƏN EVƏ GEDƏSƏN»


Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov
«Rövşən Ələkbərov deyib ki, sən məndən şikayət eləmisən, mən imkan verməyəcəyəm ki, sən əsgərlikdən evə gedəsən».

Valideynin sözlərinə görə, 6 ay əvvəl hərbi hissədə iki əsgər arasında münaqişə baş verib, əsgərlərdən birinə bellə xəsarət yetirilib. Baş leytenant Rövşən Ələkbərov əsgər Mərhəmət Hüseynova da təklif edib ki, şahid qismində Gəncə şəhər Hərbi Prokurorluğunda ifadə versin. Mərhəmət Hüseynov əvvəlcə şahid qismində dindirilib, lakin günlərin bir günü dalaşan əsgərlər həbsdən buraxılıb, onların yerinə Mərhəmət Əsgərov həbs edilib.

Əsgər anası: «Rövşən Ələkbərova dedim ki, sən mənim uşağımı nəyə görə heç nədən ilişdirdin? Dedi ki, yadındadır, mənə deyirdin səndən şikayət edəcəyəm? Sən özün öz uşağının başına torba saldın».

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, əsgər, yaxud onun valideyni nədənsə şikayətçidirsə, həmin əsgərin günü qaradır:

«ƏSGƏRLƏR DƏRDLƏRİNİ DEMƏYƏ ADAM TAPMIRLAR»


«Ya valideyn, ya əsgər, hərbi xidmətin ilk vaxtlarında üzləşdiyi çətinliklərlə əgər yuxarı instansiyalara şikayət ediblərsə, ondan sonra onlara qarşı bu cür addımlar atılır. Son vaxtlardasa görürük ki, belə əsgərlər saxta ittihamlarla həbsə atılırlar. Əsgərlər öz dərdlərini deməyə adam tapmırlar. Onun nəticəsidir ki, qapanma əmələ gəlir, əsgərdə psixoloji gərginlik yaranır, gətirib belə bədbəxt hadisələrə çıxarır».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Eldar Sabiroğlu
Eldar Sabiroğlu isə deyir ki, məsələnin araşdırılmasına ehtiyac var:

«ƏGƏR HƏQİQƏTƏN DƏ ONUN DEDİYİ KİMİDİRSƏ…»


«Mən o valideynin vəziyyətini başa düşürəm. Eyni zamanda, onu da dərk edirəm ki, heç bir valideyn uşağının günahı olsa da, o günahı övladında görmür. İradları ilə, tənbehləri ilə istiqaməti başqasına yönəldir. Ərizə ilə müraciət eləsin, baxaq, araşdıraq, nə imkan varsa kömək göstərək. Əgər həqiqətən də onun dediyi kimidirsə, bu başqa məsələ, əks halda uşaq cəzasını çəkməlidir».

Əsgər Mərhəmət Hüseynov hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqda təqsirləndirilir. İstintaq Gəncə şəhər Hərbi Prokurorluğu tərəfindən aparılır. Əgər o, məhkəmədə özünü müdafiə edə bilməsə, onu 5 ilədək həbs cəzası gözləyir.

Onun hərbi xidmətdə olduğu N saylı hərbi hissədə ötən həftə qanlı hadisə baş verib. İki əsgər dörd hərbçini öldürüb, ikisini yaralayıb, rəsmi məlumata görə, sonra da özlərini güllələyibər. Baş Prokuror Zakir Qaralov hadisəyə görə iki vəzifəli hərbçinin həbs olunduğunu deyib.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (3)
Kimdən: Emin Şəhər: Dasesenden
15.02.2010 16:37
Allah ölen herbi qulluqcularmiza rehmet elsin tesüf ki bizde bu adi hal deyil artiq cox hərbi hisselermiz bele bazar sekilindedir........ALLAH REHMET ELƏSİN ....................AMİN

Kimdən: Irade
15.02.2010 15:45
Oxuduqlarimdan dehsete gelirem amma eyni zamanda teeccublene de bilmirem.Cunki cevremde olan herbi xidmerden qayidanlarin neler danisdiqlarini esitmisem.Ne deyeceyimi bilmirem.Amma once onu deyim ki Daskesende ozlerini olduren 2 esgerin hec bir gunahi olmadigindan eminem,hette dusunurem ki onler ozlerini oldurmeyib belke de onleri oldurubler ki hadise haqqda onlari kimse dindirse heqiqetleri qcib danisa bilmesinler.Bir de onu demek isteyirem ki herbi hisselerdiki vehsilikler bir yana hem de acliq da hokm surur,xususile on cebhe de olan herbi hisselerde.Esgerlere yemek vaxyinda catdirilmadigindan hette axsam yemeyini gece 3 de verirler,bezen de hec olmur.Butun bunlari goresen lazimi qurumlar niye gormur ve goresen ne esasen bele eminlikle deyirik ki "Bizim Guclu Ordumuz var"?

Kimdən: zake Şəhər: New York
14.02.2010 18:04
Ne gadar ki,Aliiv kimi komandan var,ordumuzda bele hadiceler davam edajak.

Kimdən: Asgar anasi Şəhər: Bakidan
09.02.2010 06:24
Manim ushagim bir aydir ki asgarliya chagirilib. 20 gundan sonra eshitdim ki onun badanini bit tamam basib va allergiya verib, butun badani kopash kopash olub. Gedib ushagimla gorushanda gozlarima inanmadim. Ushaq ayaqusta gucla durur, ariq idi indi daha chox ariqlayib, dodaqlari qabiqlayib va gomgoy olub, sasi gucla chixirdi. Oglumu bu halda gorarkan bir ana kimi nalar chakdiyimi demaya ehtiyac yoxdur. Ushagin paltarini tamizlamak onu hakima aparmaq ucun zabitlara yalvardim, sag olsunlar icaza vedilar. Amma bunun axiri neca olacaq man bilmiram. Yemaklari olduqca pis, yatdiqlari yer soyuq va rutubatdir. Manim turkiyali rafiqam deyir ki, Turkiyada ushaqlari 21 yashindan sonra asgar aparirlar ve Turkiyada askarlarin qaldigi yer Turkiyanin an yaxshi xastaxanasindan da tamizdir. O manim ushagim barada danishdiqlarimi dinladikca dahshata galirdi. Shikayat de eda da bilmiram chunki aminam ki, bundan sonra onu daha da incidarlar hatda oldura bilarlar... Allah gostarmasin! Ondansa ela bit ichinda ac susuz olmagi yaxshi deyilmi?

Kimdən: Nizam Şəhər: Baki
08.02.2010 15:52
ILK ONCE BASVERMISH FACIEDE HEYATINI ITIRMISH ESGERLERE ALLAHDAN REHMET, YAXINLARINA SEBR DILEYIREM. BU MESELEDE GUNAHKAR ISE YUXARI INSTANSIYALAR, ELAQEDAR QURUMLARDIR. HERBIYE CIDDI NEZERAT OLSA, ZABITLERIN OZBASHINALIGINA SON QOYULSA, TEBII KI BELE HADISELER OLMAZ. ESGERI I TEHQIR, SOYUSH VE D. YOLLARLA INCIDENDEN SONRA HANSI VETENPERVERLIKDEN, "QARABAQDAN" SOHBET GEDE BILER???

Kimdən: Anonymous
07.02.2010 09:29
Məgər ali baş komandanı maraqlandırır ki, əsgərlər necə qidalanır, hamamları varmı, alt paltarları neçə gündən bir dəyişdirilir, harada yatırlar, nə üçün bütün orduda belə hadisələr baş verir?

Kimdən: zabit Şəhər: buralardan
05.02.2010 18:52
СЛУЖБА-Самым Лучшим Уроком Жизни Была Армия!
Армия-ето большая семья, многие прослужившие год или год с половиной становяться друзьями на всю жизнь, многие из моих бывших солдат до сих пор звонят, приезжают ко мне! Просто в семье не без урода, нельзя обвинять всех из-за некоторых!

Kimdən: drum - a - tourg
03.02.2010 23:04
baliq basindan iylener...

Kimdən: El Oqlu Şəhər: Baki
03.02.2010 22:16
Baxin bura yazanlar icerisinde xidmetde olanlarda var olmayanlarda bura yazanlar icerisinde bu milleti sevenlerde var sevmeyenlerde ve bunlari oxuyanlar icerisinde hemcinin...Bu Dovletde bu Milletde bu Orduda bizimdi bizim dostlarimizdan cox dushmenlerimiz var ve burani dushmenlrimizde oxuyur ona gore hamidan xaish ediremki ureyinden geleni bura yazmasin fikirleshin her terefli sonra yazsin...Bu Ordu bizimdi pisde olsa yaxshida olsa bu gun biz bu ordunun hesabina bu gun burdayiq cebhe xettinde xidmet eden qardashlar bilirki orda bir gun dayanan olmasa Ermeni kucukleri bakiya qeder geler ona gore burda ancaq neqativ danishmaq lazim deyil...Orduda qeyri qanuni xidmet herbi qulluqcular var ister esker olsun ister zabit heyyeti beleleri var bunu danmaq olmaz amma bunu burda bele danishmaqnan hell elemek olmaz bunun ucun 3 shey lazimdi Savadli,millet,dovlet dushunen zabit,xidmete tam yararli ister fiziki ister pisxaloji esker,birde sherait hansiki normal esker normal xidmet etsin....bunlarin olmasi ucun elimizden geleni etmeliyik her birimiz......
Cavab

Kimdən: Firudin Şəhər: Keshlaburg
04.02.2010 01:54
"əlimizdən gələni?"
Sizin əlinizdən nə gəlir ki? Nə edə bilərsiniz?

Kimdən: Qızılüzən Şəhər: Bakı
03.02.2010 19:47
Bizim hərbi hissə də elə bu gündə idi. Təkcə bizim çağırışdan 2 nəfər özünü vurmuşdu. 18 yaşlı ana uşaqlarına baxanda elə bilirdin ayaq üstə ölüblər. Xüsusən ali təhsili olmayanların 80 faizi psixi travma ilə qayıdırdı. Fiziki travmadan danışmağa dəyməz, təbii ki. Ancaq başqa hərbi hissələrdə vəziyyət xeyli fərqli idi. Məncə, orduda vəziyyət getdikcə yaxşılaşmağa doğru gedir. Ancaq bu proses o qədər ləng gedir ki, belə faciələr hələ çox baş verəcək demək istəməsəm də, bundan qorxuram
    Növbəti 
Səhifə (3)