Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:52

Bloqlar / Hüseynbala Səlimov

Bir bəstəkar vardı...

Adam bəstəkar Vaqif Mustafazadəni 70 yaşında təsəvvür edə bilmir
x
Adam bəstəkar Vaqif Mustafazadəni 70 yaşında təsəvvür edə bilmir
Şriftin ölçüsünü dəyiş - +
İllər də yel qanadlı olub, ilin bir əvvəlin görürsən, bir də axırın. İllər var ki, unutdurur, illər də var ki, qiymətə mindirir, yenidən dəyərləndirir. Adam bəstəkar Vaqif Mustafazadəni 70 yaşında təsəvvür edə bilmir. Amma bu gerçəklikdir. Bu yaxınlarda bəstəkarın 70 illik yubileyi qeyd olunacaq, artıq nə qədər təəccüblü olsa da, sərəncam da var. Ona görə təəccüblüdür ki, bu hakimiyyətin öz işlərindən ayrılıb əbədi olanlar haqqında fikirləşməsi çox da inandırıcı görünmür. İnana bilmirsən ki, böyük məbləğlərə yöndəmsiz körpülər tikən, təhvil verilməsi ilə təmirə verilməsi eyni vaxta təsadüf edən yollar çəkən bu hakimiyyət incəsənət haqqında fikirləşsin. Nə isə, onsuz da bunlar ötəri problemlər və qayğılardır. Əbədi olanlar isə musiqi və bir də bəstəçilərdir, eləcə də Vaqif Mustafazadədir.

ALLAHIN SEVİMLİLƏRİ

Deyilənə görə, Allahın sevimli və istedadlı bəndələri bu dünyada çox da yaşamırlar. Allah onları tez bir müddətdə haqq dünyasına aparır... İndi deyirlər ki, o vaxtında doğulmamışdı, bir az tez gəlmişdi bu dünyaya. Amma kim bilir? Bəlkə də o vaxt doğulmasaydı bəlkə də heç Vaqif Mustafazadə olmayacaqdı. Çox qəribədir.

Diktaturaların də xeyri olur. Yasaqlar sənətdə çox incə və zərif deyim, ifa, eləcə də ifadə tərzləri yaradır. Sənətkar yasaq deyilən çəpərləri aşmaq istəyərkən özü də böyüyür. Sovet diktaturası və caz. Uyuşmur deyilmi? Amma bu olub. Burada bir detalı xüsusi qeyd etmək lazımdır. Biz hər şeyi sovet diktaturası ilə əlaqələndirməyi sevirik. Böyük hesabla bu, doğrudur. Amma bir qədər insaflı olsaq etiraf etmək lazım gələr ki, hər yerdə diktatura idi. Fəqət, Azərbaycanda bir mühit vardı, digər yerdə başqa mühit. İndi sovetlər vaxtında Azərbaycanda «çox sağlam mühit»in olduğunu deyirlər. Ancaq belə idimi?
O hətta xarici görünüşünə görə sovet rejimi ilə uyuşmurdu. «Diplomu olmadığına görə» onu Bəstəkarlar İttifaqına da qəbul etməmişdilər. Amma nə qədər diplomlu bəstəkar var ki, Vaqif Mustafazadə kimi ucalıqda olmağı hətta arzulaya bilmir!..


Təbii ki, yox. Daha doğrusu, əksinə idi. «Keçici qırmızı bayraqlar» dövründən demokratiya və azadlıq dövrü kimi danışmağa dəyməz. Bu daha çox qul əməyi ilə ərsəyə gələn pambıq və neft dövrü idi. Mahiyyətcə indi də çox az şey dəyişib. Elə bu səbəbdən indiki hakimiyyətin musiqiyə və caza sevgisi ancaq ironiya doğura bilər. Bəlkə də Vaqif Mustafazadə indi yaşasaydı buralarda qalmazdı, çıxıb başqa ölkəyə gedərdi. Məmurlarla bir cərgədə, bir yerdə musiqi bəstələməyi özünə yaraşdırmazdı. Yeri gəlmişkən, bəlkə də dünyada bizim məmurlar qədər «istedadlı» insanlar yoxdur. Bunlar «böyük dövlət işləri»nə də vaxt tapır, yaradıcılığa da! Vaqif onların sırasında necə görünərdi? Təsəvvür etmək olmur.

BİZİM DİSSİDENTLƏR

Bəzən deyirlər ki, sovetlər vaxtında Azərbaycanda dissident olmayıb. Bu müəyyən qədər doğrudur. O vaxt da siyasi rejim indiki kimi sərt olub. Amma burada kiçik bir düzəlişə ehtiyac var. Dissident deyəndə biz adətən siyasətlə əlaqəli insanları nəzərdə tuturuq. Belələri demək olar ki, olmayıb və yaxud həddən ziyadə az olub. Amma elə adamlar olub ki, dünyagörüşünə, həyat tərzinə görə sovet rejiminə zidd olublar. Onlar «ümumxalq yalanı»na qoşulmayıblar, özlərini və başqalarını aldatmayıblar.

O vaxt belələri olub. Onlar indi də var. Böyük uğurla Vaqif Mustafazadəni bu cərgəyə aid etmək olar. O hətta xarici görünüşünə görə sovet rejimi ilə uyuşmurdu. «Diplomu olmadığına görə» onu Bəstəkarlar İttifaqına da qəbul etməmişdilər. Amma nə qədər diplomlu bəstəkar var ki, Vaqif Mustafazadə kimi ucalıqda olmağı hətta arzulaya bilmir!..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: NEZAKET Haradan: BAKI
22.02.2010 17:42
BIZ ONA GORE VARIQ KI, ONA GORE OZUMUZU VETENDASH HISS EDIRIK KI, VAQIF KIMI SHEXSIYYETLERIMIZ VAR. DAMARIMIZDA TARIX BOYU VAR OLMUSH BELA DAHILERIN GENETIK KODLARI VAR.

Kimdən: Telli Haradan: Baki
12.02.2010 22:07
yaratdığı eserler insan ruhuna nece de yaxın ve doğmadır

Kimdən: Qızılüzən Haradan: Bakı
05.02.2010 16:54
Hə, Düşüncə, əlbəttə, şedevr əsər. Necə olur ki, insan belə yarada bilir?

Kimdən: kəmsavad
03.02.2010 23:32
@qızılüzən,

"Bakı gecələri" ni demirsən bəs.

əvvəl "Düşüncə" yə qula asıb sonra "Fantaziya" ya qulaq asmaq lap ləzzət edir. passivlikdən aktivliyə götürür adamı.

"Bakı gecələri" isə desertir, can dərmanıdır.




Kimdən: Qızılüzən Haradan: Bakı
03.02.2010 18:35
Təkcə "Fantaziya" nəyə desən dəyər. Allah onun kimiləri bizə çox görməsin

Kimdən: kəmsavad
02.02.2010 16:22
@Hüseynbala Səlimov
" Amma nə qədər diplomlu bəstəkar var ki, Vaqif Mustafazadə kimi ucalıqda olmağı hətta arzulaya bilmir!.."

Vaqif haqqında şərhinizin ən axırıncı bu cümləsi bəs edərdi.


@Zaur,

Vaqifin musiqisinə qulaq asanda siyasət və siyasətçilər onun barmaqlarından nə qədər zəif, nə qədər kiçik, nə qədər mənasız görünür.
İnanmırsan aşağıdakı linkə "youtube" qulaq as.

http://www.youtube.com/watch?v=XlTxzElSJ7I


Kimdən: Zaur Haradan: sankt-peterburg
02.02.2010 14:09
Men azadlig radiosunun bu internet sehifesini ona gore seva seva oxuyuramki,burada cox vaxt yada dushmeyen shexsiyyetler hagda melumatlar derc edilir.Eyni zamanda Azerbaycanin unudulmaz shair,edib ve taninmishlari barede burada vaxtashiri megaleler derc olunur.Men temiz semimiyyetle deyiremki,indiki Eliyevler hakimiyyetinin xalgimiza garshi idareciliyinin neticesidir ki,indiki genclerimiz Azerbaycanin meshhur shexsiyyetlerini tanimirlar.Her sheyi sovetlar dovrunun yasaglari uzerine atmag olmaz.Unutmamaliyigki,Heyder Eliyev ela bir hakimiyyet komndasi ile xalgimizi uz uze goyduki,taninmish xalg dushmenleri Mircefer Bagirovlar,Stalinler,Beryalar bunlarin yaninda cilizlashidilar.Men gozel anlayiramki,merhum Vagif Mustafazade indi yashasaydi onun ucun negeder acinacagli olardi heyat,yaradicilig.Allah sene rehmet etsin.