Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:55

Cəmiyyət

Vəkil jurnalisti niyə müdafiə etmədi?

Şriftin ölçüsünü dəyiş - +
Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyevin «Yeni Müsavat» qəzetinin redaktoru Azər Ayxana qarşı qaldırdığı məhkəmə iddiası üzrə hazırlıq iclası fevralın 8-də davam edəcək.

Xəbəri AzadlıqRadiosuna Azər Ayxan verib. O bildirib ki, buna səbəb müdafiəçisinin prosesə qatılmamasıdır:

«Hakim Ziya Əliyev bildirdi ki, dövlətin mənim hüquqlarımı qorumaq üçün təyin etdiyi vəkil prosesə heç bir səbəb göstərmədən gəlməyib. Vəkil axtarışı üçün mənə bir həftə möhlət verilməsi haqda vəsatət qaldırdım. Hakim vəsatəti təmin etdi».

A.Ayxan C.Əliyevin qaldırdığı iddia üzrə özünü təqsirli bilmədiyini də deyir. Onun sözlərinə görə, yazıda heç bir təhqir elementi yoxdur:

«Yazıda göstərilib ki, «Gənclik» hoteli, «Bakı» mehmanxanası, Ayna Sultanovanın heykəlinin yaxınlığındakı tikintisi başa çatmamış bina Cəlal Əliyevindir. Akademik də düşünür ki, bununla ona böhtan atmışam. Azərbaycan jurnalistlərinin ən böyük problemi rəsmi şəxslər, tanınan insanlarla əlaqə yarada bilməməkdir. Cəlal Əliyev faktları təkzib etmək istəyirdisə, biz onun mövqeyini qəzetdə verməyə hazır idik. Görünür, o, bizimlə məhkəmə yolu ilə hesablaşmağı üstün tutub».

Proses fevralın 8-i saat 14.30-da Nizami rayon Məhkəməsində davam edəcək.

Akademik Cəlal Əliyev «Yeni Müsavat» qəzetinin redaktoru Azər Ayxanı və yazının müəllifi Qoşqar Bakılını «Yeni Müsavat» qəzetində yanvarın 5-də dərc olunan «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, «Bakı» mehmanxanası Cəlal Əliyevin imiş» başlıqlı məqaləyə görə məhkəməyə verib.

Cəlal Əliyev ona böhtan atıldığını, məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirir.

Akademik A.Ayxanın həbsini istəyir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ramid Haradan: Gence
05.02.2010 08:37
Men istemeremki men olenden sonra menim goruma soysunler..bu millete kim ezab verirse ALLAH bilsin onunla .kimse kiminse haqqini yeye bilmez. INSHALLAH redaktor udar mehkemeni.eger demokratiya azda olsa varsada

Kimdən: Zamiq Haradan: Praqa
02.02.2010 16:17
Hörmetli Akademik, sher böhtandan danishir, bes özü niye parlamet kürsüsünden jurnalistlere agzina geleni deyird, onlari küce söyüshleri ile tehqir edirdi?
Onun sheher leyaqeti var, bashqalarinin yoxdu? Bu ne yanashma terzidir?...Onsuz da bütün ölke bunlarin elindedir, her shey bunlarin shexsi mülkiyyetidir, sade vetendashlari bele öz shexsi mülkiyyetleri ve qullari hesab edirler...Feodal düshünce terzinden qurtulmadilar ki qurtulmadilar!!!
"Deli nezerem, bele gezerem" prinsipi ile uzaga getmek olmaz, vaxt geler hakimiyyet bu veya bashqa formada deyisher, xalqin intiqami daha beter olur..
Özlerine düshmen qazanmaqdan yorulmadilar...

Kimdən: Meherrem Haradan: Ishxal edilmish Bakidan
02.02.2010 13:49
Butov bakini aliblar da.Guye o birleri geri qalir?xeyr

Kimdən: Demokrat Haradan: Musteqil Azerbaycan
02.02.2010 01:30
Sag olsun Celal muellim.Yeqin bundan sonra tez-tez "etibarli menbe","Moteber menbe"....."adinin bilinmesini istemeyen hakimiyyetdeki menbemiz" ve s "menbelere" istinad edib ona buna bohtan atanlarin sayi azalar.
Olmazdi ki yazini yazmamisdan qabaq akademikle elaqe saxlayardilar? Deyecekler ki, zeng vurduq cavab vermedi. Mektubla muraciet ederdiniz,sorgu gondererdiniz emlak komitesine deqiqlesdirerdiniz gorek obyekler kime mexsusdur? Olmazdi? Ona gore de akademik duz edir,ugurlar Celal muellim....

Kimdən: Falçi Haradan: Hindistan
02.02.2010 00:11
... Azer, berk dur!

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
01.02.2010 18:12
Nə deyəsən, insan var ki, bu dünyaya xeyir əməl üçün gəlib, ondan ətrafına işıq yayılır, insan da var bütün varlığından şər, yamanlıq, qramat yağır.

Azər bəy, sən cəmiyyətdə kifayət qədər müsbət imicə malik bir qələm sahibisən. Möhkəm dur. Bütün sağlam düşüncəli, namuslu insanlar səni müdafiə edəcək!