Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Rəsulzadə Novxanıda anıldı

Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi

Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi

31.01.2010
Yanvarın 31-də müxalifət partiyaları və vətəndaş cəmiyyətinin fəalları Məhəmməd Əmin Rəsulzadənin doğum tarixi ilə bağlı onun Novxanıdakı abidəsini ziyarət ediblər.

Tədbirdə Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti anılıb. Tarixçilər və Rəsulzadənin nəvəsi Rəis Rəsuzadənin çıxışları olub.

Çıxışlarda AXC banisinə bu gün layiqi qiymət verilmədiyi vurğulanıb. Tədbir iştirakçıları Rəsulzadənin ailəsinin Novxanı kəndindəki qəbirlərini də ziyarət ediblər.

Tədbir polisin nəzarəti altında keçirilib, heç bir qarşıdurma yaranmayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1955-ci il martın 6-da isə Türkiyənin Ankara şəhərində vəfat edib.

HƏMÇİNİN BAX

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti

Gənclər Rəsulzadənin ad günündə aksiya keçirdilər
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Lufthansa Şəhər: Baku
14.02.2010 20:03
Ey Azərbaycanın sərvətlərini həyasızcasına mənimsəyənlər ! Bax Novxanıda qoyulan bu daş heykəldən qorxursunuz...Bu heykəl yuxularınıza girəndə belə yuxudan təlaş içində hövələng ayılıb su istəyirsiniz...Bir gün gələcək bu bir stəkan su yanğınızı söndürməyəcək...Baxın bu daş heykələ...SİZ ONUN KÖLGƏSİNDƏN QORXURSUNUZ...

Kimdən: Qarabagli Şəhər: Talan Olmuw Yurd
01.02.2010 14:28
Bax Boyuk Onder.Yaxwi bax.Sen Novxanida turk ailesinde anadan oldun.Dogulan gunu tek ailenin ve novxanilariniydin.Ancaq hec kim bilmirdi ki,bir vaxt gelecek,Sen butun Turk dunyasinin olacaqsan.Bax Boyuk Kiwi.Noivxanida bir abidenle butun Azerbaycani,butun Turk dunyasin,butun dunyani gorursen.Her yerde heykelleri olan,wekilleri butun tehsil ocaqlarin,idare ve xiyabanlari buruyen,her yerde muzeyleri olanlar Senin kimi gore bilmir,ne Azerbaycani,Ne Turk dunyasin,ne de dunyani.Bax Boyuk Wexsiyyet,gor Qarabag ne haldadir.Dur ayaga BABAM menim,gor genclik ne haldadir.Azerbaycanimizi xestelendiribler.Sene etuyacimiz coxdur.

Kimdən: Nahid Şəhər: Baki
01.02.2010 11:43
Nə təəssüflər ki, biz bu gündə Məhəmməd Əmin Rəsulzadə dəyərini canlandıra bilmirik.....Bəzi kanallar cox cüzi məlumat verməklə bu tarix üzərindən elə məharətlə ötüb keçdilər ki, vallah nə deyəcəyimi bilmirəm...Heydər Əliyevin doğum gününə ən azı 4-5 gün qalmiş televiziya məkanında onun barəsində verilişlərin sayı saniyəbəsaniyə artmağa başlayır...amma Nə təəssüf ki, ANS məkanında da bu hadisəyə qorxu cərcivəsində kiçik bir veriliş hazırlamaqla nöqtə vurdular...M.Ə.Rəsulzadə yoxdan Azərbaycan yaratdı,amma H.Əliyev isə onu bərpa etdi....düzdür mən şişirdilmiş Əliyev dövrünü heç də dəstəkləmirəm....mənim düşüncəm 1918-ci ildemokratik dəyərlərin yenidən bərpasıdır...amma Heydər əfəndimiz onu yarada bildimi??? əsla yox...
Ey mənim ulu öndərim Məhəmməd Əmin Rəsulzadə bu gün sənin qarşında baş əyirəm...sən həqiqətən dahi və çox mükəmməl bir dövlət xadimisən...İnanıram ,inanıram ki, yaxın gələcəkdə sənin qurduğun demokratik dəyərləri dövlətimizə yenidən qaytara biləcəyik...mən inanıram ki, biz gənclər sənin bərpa etmək istədiyin haqq-ədalət , azadlıq və hürriyyət kimi mənəvi dəyərləri dövlətimizə bəxdş edə biləcəyik...Səni sevməyənlər,zorla səni yaddaşımızdan silənlər qoy utanlb tarixin acı səhifələrində xatirələrdə qalsın ki, yeni və müasir gənclər onları anıb bir daha bucür rəzil və xcalət gətirən hadisələrə və yollara üz tutmasınlar....
Sən daim bizim qəlbimizdəsən...sən bizimləsən..nəqədər ki canımız və bədəndə axan qanimız var...sən heç zaman unudulmayacaqsan...Qəbrin nurla dolsun...allah rəhmət eləsin...başın sağ və gözün aydın olsun ey Vətən!!!!!

Kimdən: Vetendaş Şəhər: Ustü açıg ölke
01.02.2010 09:38
Sovet çekistine bu geder heykeller goyulur Resulzadeye goyulmur niye .

Kimdən: Sərxan Şəhər: Bakı
01.02.2010 01:47
ALLAH RƏHMƏT ELƏSİN !!! CAN EY BÖYÜK AZƏRBAYCANIN TÜRK OĞLU. sən bizimsən, bizim, ürəklərdə can - yaşa, yaşa çox yaşa Ey Şanlı Aərbaycan!!!!

Kimdən: Fuad Aziz Şəhər: USA
31.01.2010 23:31
ALLAH qeni qeni rehmet elesin.Hechden 1 dovlet yaradib getdi ulu boyuk onderimiz.
Saygilarimizla:

Kimdən: Pensiyacinin pulunu yeyen Şəhər: IEO-den
31.01.2010 23:02
Orada olanlar yeqin parkin (park demek olarsa) sheraitini gordulerde.Heqiqeten insan bu qeder qorxaq olar,hec olmasa o boyda neft pulunun cox cuzi qismini ayirib parka el gezdirmek olmazdi.Duz parka paralel mektebin heyeti o cur duzledilmishdiki amma parka pul xerclemeye pul yoxduda.Ele bilki heykelin yerleshdiyi torpaq bashqa olkenin idi.Orda olan Azerbaycan bayragida ne gunde idi..Adamlar dagilishan kimi bayragida goturduler.Olmazdi ki qalsin bu gun bayraq orda..Bayraq o gunde idi ki inanmiram kimse neyinse xetrine gelib onu ograyar.Yenede gelenlere minnetdaram
Yasha Yasha ey Shanli AZERBAYCAn...

Kimdən: Naıle Şəhər: Bakı
31.01.2010 22:03
Polissiz kecinmek mumkun olmazdi. Hakimiyyetdekilerin neden qorxduqlarini basa dusmemek cetin deyil.

Kimdən: Cahangir Şəhər: Baki
31.01.2010 19:09
Dogum gunun kutlu olsun!