Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:53

Cəmiyyət

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub
x
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub

Multimedia

Səs
  • Məhəmməd Əmin Rəsulzadənin 28 may İstiqlal bayramı münasibəti ilə Azərbaycan xalqına MÜRACİƏTİ

Şriftin ölçüsünü dəyiş - +
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.

Onun «Müxəmməs» adlı ilk ədəbi əsəri 1903-cü ildə «Şərqi-Rus» qəzetində dərc olunub.

1902-ci ildə 18 yaşlı M.Ə.Rəsulzadə ilk siyasi təşkilatı «Müsəlman gənclik təşkilatını» yaradır.

O, həmçinin Müsavat partiyasının ilk sədridir.

M.Ə.Rəsulzadə Azərbaycanın istiqlalını elən edən Milli Şuranın da ilk sədri olub.
Azərbaycanın sovet ordusu tərəfindən işğalından sonra ölkəni tərk etməyə məcbur olur və bir sıra Avropa dövlətlərində Azərbaycanın istiqlal savaşını davam etdirir.

1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə «Azərbaycan» jurnalı nəşr edilməyə başlayır. «Amerikanın səsi», «Azadlıq» radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edir.

Məhəmməd Əmin Rəsulzadənin 28 may İstiqlal bayramı münasibəti ilə Azərbaycan xalqına MÜRACİƏTİ
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: TÜRK OĞLU Haradan: BAKI
02.02.2010 15:12
SƏNƏ OLAN SEVGİMİZ, QƏLBİMİZDƏ ELƏ MÖHTƏŞƏM HEYKƏL UCALDİB Kİ,ONU HEÇ KİM SÖKƏ BİLMƏZ...SƏN BİZƏ SƏMİMİ A_D_R SEVGİSİNİN NECƏ OLDUĞUNU ANLATDIN..RUHUN QARŞISINDA BAŞ ƏYİRİK ,ƏZİZ RƏSULZADƏ...YAŞASIN A_D_R!!!...

Kimdən: Elşən Haradan: Bakı
02.02.2010 11:01
Məmməd Əmin Rəsulzadənin heykəli ürəklərimizdədir! Saxta heykəlciklərə onun ehtiyacı yoxdur.

Kimdən: Azər Haradan: Şirvan
01.02.2010 22:39
Allah rəhmət eləsin ulu öndər Məhəmməd Əmin Rəsulzadəyə

Kimdən: Vetendaş Haradan: Dunyadan
01.02.2010 21:56
Yaşayacagsan daim üreylerde seni unutmag münkün deyil .

Kimdən: Hikmet Haradan: Goychay
01.02.2010 21:23
Allah sene min rehmet etsin dahi sexsiyyet senin fikirlerin ne oldu nee bitti ne mehv oldu o yasayir sen qelbimizde yasadiqcada yasayacaqdir o bakidir

Kimdən: Freedom Haradan: Baki
01.02.2010 13:55
Allah Sene rehmet elesin.zaman gelecek Azerbaycanda goyulan butun lazimsiz heykellerin yerine bu dahi vetenperver shexsin heykelleri goyulacag.

Kimdən: Rufet Haradan: Baki
01.02.2010 12:16
ALLAH ona rehmet etsin.Belkede bu gun azad 1olke olmagimizin sebebi UCA YARADANDAN sonra Mehemmed Emin Resulzadedir...

Kimdən: Nahid Haradan: Baki
01.02.2010 11:04
Dahi liderimiz ulu öndermiz MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ, allah sənə rəhmət eləsin...
Sən bizi yox olmaqdan qurtardın..sən bizə "azadlıq verilmir, alınır özü də qan bahasına alınır" ideyasını öyretdin...Sən bizə əsl hürriyət və istibdaddan qurtuluş yollarını təlqin etdin...Sən həqiqətən də dahi ulu öndərsən...Bu gün əlbəttə ki səni bizə unutdurmaq üçün nəqədər dəridən qabıqdan çıxan insanlar var..nə təəsüf ki var...bu gün biz rəzil, məzlum, demokratik dəyərlərdən çox-çox uzaq düşmüş bir xalqıq..nə təəssüf ki, biz beləyik...Sən dövlət yaratdın...Azərbaycan dövlətini bizə bəxş etdin..sən necə yaşaaq mədəniyyətini, necə mübarizə aparmaq, islamlaşmaq, türkləşmək,bütövləşmək daim bir olmaq məsləyini təbliğ etdin...amma nə təəssüf ki, bütün bunları başımızda duran "Kəkilbəyovlar" bizə unutdurdu....aman biz necə də məzlum olduq..
tam pessimist danışmaq istəmirəm., ey mənim ulu öndərim...mən böyük bir ümidlə sənin bəxş etdiyin dəyərləri geri qaytaracağımıza inanıram..və hətta qürur hissi də keçiririəm ki, səni ideyalarını hələ də yaşatmaq hissi ilə alışan və parlayan cüzi də insanlar var...və inanıram ki, müvəqqəti kölə halına salınmış olduğumuz bu vəziyyət bitəcək ..və biz sənin azadlıq və hürriyyət sərhədlərini də aşacağıq...
Sən daim bizim qəlbimizdəsən...ruhun şad olsun!!

Kimdən: Şahin
01.02.2010 09:29
Rəhmətlik Öndərin sözləri hələ də reallıq kimi səslənir. Sanki Sovet hakimiyyəti artıq 20 ildir ki arxada qalmayıb. Sanki Sovet əsarəti hələ də davam edir. Bizlər hələ də öz vətənimizdə azadlığı dada bilmirik, nə qədər acınacaqlıdır, deyilmi?

Kimdən: Orxan Haradan: Gence
01.02.2010 00:35
Guc heqiqetdedir,ne qeder indiki rejim onu ort-basdir etse de,evvel axir uze cixacaq!Yasha cox yasha Ulu Onder Mehemmed Emin bey Resulzade!!!