Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 19:52

Siyasət

Gənclər Rəsulzadənin ad günündə aksiya keçirdilər

Yanvarın 31-də «Dalğa» gənclər hərəkatının üzvləri Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı aksiya keçiriblər
x
Yanvarın 31-də «Dalğa» gənclər hərəkatının üzvləri Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı aksiya keçiriblər
Şriftin ölçüsünü dəyiş - +
Yanvarın 31-də «Dalğa» gənclər hərəkatının üzvləri Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı aksiya keçiriblər.

Gənclər Əziz Əliyev küçəsindəki (Kukla teatrının qarşısında) parkda sakinlərə üzərində şam olan pirojnalar paylayıblar. Polis aksiyaya müdaxilə edib. İştirakçı Vüsal Bacar saxlanılıb, amma elə hadisə yerində şifahi izahatdan sonra buraxılıb.

Həmin parkda indi yerləşən fəvvarənin yerində Məhəmməd Əmin Rəsulzadənin heykəli qoyulmalı idi. 2007-ci ildə heykəlin qoyulması ilə bağlı xatirə lövhəsi götürülüb, yerində fəvvarə tikilib. Bu addım ictimaiyyətin etirazına səbəb olub. Hər il Rəsulzadənin doğum günündə gənclər həmin yerdə aksiya keçirirlər. Həmin fəvvarə gənclər arasında “Rəsulzadə fontanı” kimi tanınır.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: teymur Haradan: weki. aran kendi
02.02.2010 00:10
Mammad Emine allah rehmet elesin.ulu onder dedikleri wexse belkede 1000 heykel qoyublar. olmazdimiki esil ulu onderede abide qoyaydi bu hakimiyyet bu iktidar bu dinsizler ve imansizlar

Kimdən: MUrik Haradan: Baki
01.02.2010 23:02
Men elbette ki aksiya keciren gencleri destekleyirem, amma menasi nedir bu aksiyalarin? 2-3 neferle beyem aksiya olar? Aksiya kecirmek ucun miletin 80 faizi galxsa, onda belke neyese nail olmaq olar. Indiki halde ise eziyyeti aksiya kecirenler cekir, hec milletin maraqinda yoxdur , hami corek pulun dalinca gacir.

Kimdən: Bahar Haradan: Baki
01.02.2010 19:23
Resulzade danilmasi mumkun olmayan gercek shexsiyyetdir!!!
Ona ve onunla birlesib Azerbaycan dovletini yaradanlarin hamisina Allah rehmet elesin.

Kimdən: Qarabagli Haradan: Talan Olmuw Yurd
01.02.2010 13:12
Gelin bir az telesmeyek.O wiwman polisimiz,oz iwinin mesuliyyetin cox gozel anlayir.Ne ,deyirsiniz "qogal"-in bu iwe ne dexli var?Var ezizlerim var.Belke o gencler "qogalin"icerisine bomba yerlewdirmiwler.Gorursunuz xeberiniz yoxuymuw.Wanli polislerimiz,bayram gunu "terrorun" qarwisin nece almiwlar."Ehsen" sizlere.Qarabagi da bu cur goz-bebeyi kimi "qorumusunuz".

Kimdən: Mustafa Haradan: Ankaradan
01.02.2010 12:33
Dahi adam. 'Ulu onder' Resulzadeye Bakida niye heykel qoyulmadigini soruşan Süleyman Demirele demişdi ki, onun heykeline de tab getire bilmirem.Azerbaycan qeydsiz-şertsiz Resulzadenin eseridir.Bu sözleri özünüz müqayise edin:'İnsanlara hürriyyet,milletlere istiqlal!' . 'Körpü yolun bir hissesidir'. 'Bir kere yükselen bayraq bir daha enmez!' . 'Qadınsız heyat yoxdur'. Onun Ankaradakı mezarından dünya durduqca nur yağacaq.Heç kim narahat olmasın-tarix onu yaşadacaq- ölkeni soyqunxanaya çevirenleri yox. Cavanları ürekden tebrik edirem.

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
01.02.2010 12:17
Azərbaycan Xalqının şəriksiz Milli Öndəri Məmmədəmin Rəsulzadəyə və onun qoyduğu yolun həqiqi davamçılarına eşq olsun! Rəsulzadə işığından qorxub gizlənən, onun işığını inkar edən YARASALARA lənət olsun! Azərbaycan Xalqı var olduqca Rəsulzadə var olacaq və YARASALAR bu gün olduğu kimi həmişə on un işığından gizlənməyə yer axtaracaqlar!

Kimdən: Vətəndaş Haradan: Bakı
01.02.2010 09:54
Rəsulzadə həqiqətən biz bildiyimizdən böyük şəsxiyyət olub. Təkcə "Əsrimizin Siyavuşu" onun dərin təfəkkürünü göstərməyə kifayətdir. O siyasətdə nə qədər böyükdürsə, ədəbiyyatda da o qədər böyükdür. Onun haqda nə qədər yazılsa, azdır. Haqqını verə bilmərik. Ona da, silahdaşlarına, həmkarlarına da Allah rəhmət eləsin. Günəşdən gizlənmək istəyənlərə də Allah ağıl versin.

Kimdən: Vetendaş Haradan: Dünyadan
01.02.2010 08:52
Allah nelet etsin hagsızlara.

Kimdən: Sefiller padshahi
31.01.2010 17:05
Dogum gunu bele qeyd olunar, yadda qalan bir shey kimi. Yoxsa Heyderin dogum gununen milyonlar xercleyib, sonra da ele hemin gun de yaddan chixir. Bunda camaat bilir neyi qeyd edir, ancaq "Gul bayrami"nda ise hech bilmirler. Ehsen gencler. Allah qeni qeni rehmet elesin esl Ulu Onderimiz Memmed Emin Resulzadeye.

Kimdən: Jonilər Kralı Haradan: Jonistan
31.01.2010 15:47
Liderlər gəldi-gedərdi. Amma RƏSULZADƏ və onun silahdaşları bir gəliblər bir də çətin gələlər... Allah rəhmət etsin....İnsallah sənin uğurlarının davamı gələr...
Səhifə (2)
    Növbəti