Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Panorama

Orduda haqq-ədalət qorunmayanda əsgərlər özləri haqq-hesab çəkməyə başlayır…

Emin Həsənli və Ələkbər Məmmədov

Emin Həsənli və Ələkbər Məmmədov

30.01.2010
Yanvarın 28-də Azərbaycandakı hərbi hissələrin birində silahlı toqquşma baş verdi. İlkin məlumatlara görə, iki əsgər 4 hərbiçini qətlə yetirib, ikisini isə ağır yaralayıb. Sonra da həmin iki əsgər də özünü qətlə yetirib.

Budəfəki «Panorama» verilişində silahlı qüvvələrə ictimai nəzarəti həyata keçirən iki QHT təmsilçisi bu olayı fərqli baxışlardan təhlil ediblər.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov:

«Mən bu hadisədə ölən bütün hərbçiləri qurban sayıram. Azərbaycanda yüksək çinli məmurlar orduya öz övladlarını vermir, onları xaricə göndərirlər. Onlar bir-birlərinə orden-medal paylamaqla məşğuldurlar. Orduda kasıb təbəqədən çıxan insanlar isə dözülməz şəraitdə saxlanılır. Zabit heyəti tez-tez nizamnaməni pozur, sıravi heyətə qarşı zor, işgəncə halları baş alıb gedir. Azərbaycan ordusunda korrupsiya artıq çiçəklənib. Kim şikayət edirsə, sonradan təqiblə üzləşir. Ona görə də bütün bu hadisələr baş verir…».

Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzinin sədri Emin Həsənli:

«Mən isə Ələkbər Məmmədovun fikirləri ilə razılaşmıram. Dünyanın istənilən ordusunda belə hallara rast gəlmək olar. Bir neçə zabitin, komandirin əməllərinə görə də bütün orduya qara yaxmaq olmaz. Orduda baş verən bütün qanunsuzluqlar araşdırılır və təqsirkarlar tapılıb ədalətin mühakiməsinə verilir. Əksinə, Ələkbər Məmmədov kimi insanlar da sonradan belələrinin müdafiəsinə qalxırlar. Hay-küy qaldırırlar ki, insan hüquqları pozulub»…
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Anonymous
09.02.2010 20:38
Ələkbər Məmmədov tamamilə düzünü deyir. Nə qədər ki, haqq-ədalət yoxdur, belə hadisələr baş verməkdə davam edəcəkdir. Emin Həsənli ədalət məhkəməsi dedikdə görəsən hansı ədalət məhkəməsini deyir? Doğrudan da bizim Respublikada ədalətli hökm verən məhkəmə varmı?

Kimdən: ARZUDAN Şəhər: BAKI
01.02.2010 14:01
Hadisələrin baş vermə səbəblərinin bir ucu hərbi prokurorluqların və hərbi məhkəmələrin günahı ucbatındandır.Çünki onlar işləmir sadəcə olaraq "işi yoluna qoyur" yaxudda özlərinə sərf edən istiqamətdə aparırlar.Hadisənin baş vermə səbəblərini araşdırmırlar yüksək rütbəli zabitlərin əlinə baxırlar.

Kimdən: Şahin
01.02.2010 10:39
Emin məllim, malades, siz düz deyirsən. Ancaq gələn dəfə kalstok taxmaq lazımdı, bax gör Ələkbər bəy necə səliqəli geyinib...

Kimdən: Senan
31.01.2010 22:31
Burdaki fikirlerin coxsuyla raziyam. Amma ele tesevvur yaranmasin zabitler orduda esgerlere iwgence vermekcun movcuddur. Esla bele deyil. Bir zabit,esgeri intizamli,qanacaqli ogul ve ya kicik qardaw yerinde gormek isteyir. Ne ise . . . Hamimiz bu cirkaba bulawmiwiq. Gunah bu cirkabi yaradanlardadi.

Kimdən: Qarabagli Şəhər: Talan Olmuw Yurd
31.01.2010 15:21
Men wekillere baxanda Emin beyin ureyinden kecen sozleri diline getire bilmemesine gore yazigim gelir.Emin bey Elekber muellime baxib ureyinde deyir:"Niynim ey axi,menim de coreyim bele cixir".Emin kiwi, alti ailede faciye baw verib.O ailede veziyyet necedir,ozunuzu onlarin yerine qoyun.Neye gore yuksek rutbeli zabitlerin seriwtesiz iwleri haqqanda bir kelmede olsun daniwmadiniz.

Kimdən: Qarabagli Şəhər: Talan Olmuw Yurd
31.01.2010 15:02
Ne etmeli.Kimdir gunahkar.Niye cavanlarimizi doyuwde duwmen yox,oxumuzunkuler oldurur.Ne vaxta qeder bu cur wok xeberler ewideceyik.Emin Hesenle deyir ki,dunyanin istenilen ordusunda bu kimi hadiseler olur.Bes neye gore demir ki,bu cur hadiselere gore en boyuk rutbeli zabitler,iwlerindeki seriwtesizliye gore vezifelerinden azad olurlar.Elekber Memmedov kimi insanlara:" hay-kuy qaldirir" demek,en azi insafsizliqdir.Azerbaycanda yawayan her bir kes,ordudaki veziyyetin ne cur oldugunu cox gozel bilir.Butun bunlara gore tezelikce"Shohret"ordeni alan nazir Sefer Ebiyev mesuliyyet dawiyir.Men bu hakimiyyetin yerine olsaydim,Mudafiye Nazirini istefaya gondermekle,itirilmiw nufuzumu bir qeder qaytarardim.Elekber Memmedova apardigi haqq iwinde ugurlar dileyirem.

Kimdən: Aliqulu Şəhər: Baki
31.01.2010 12:47
Hörmətli Ağsaqqal! Sizcə Müdafiə Naziri Naxçıvandan və ya Gərbi Azərbaycandandır?Əcəba 3 gün bundan əvvəl Daşkəsəndə əsgərlərin gülləbaran etdiyi zabitlərdəmi Naxçıvasnlı və Gərblidilərmi?Yaxud bütün tenderlərdə qlib gələn Abid Şərifov. milyardların arxasına keçən Nəqliyyat nazirir, Bankadan Kamaz maşınla pulları oğurlanan Milli Bankın Sədri, Qaçqınlara ayrılan milyonlarla pulları mənimsəyən Qaçkınkoçun sədri. millətin hüquqlarını qoruyan Ombusdman, millətin başını aldadan Müsavat paertiyası sədri. baş nazir və müavinləri və bütün bankların sədri , bir dənə də olsun qanunu arayışı böyük məbləğdğ pul almadan verməyən Əmlak komitəsinin sədrı və sairə və sairələrdəmi oralıdırlar?? Belə psixologiya olduqca yanlışdır Naxçıvan və Gərbi Azərbaycan cammatının ən mənfur simalarını seçib işə qoyublar neceki azərbaycanın bu və ya digər rayonlarından ən mənfurları seçiliblər.Bu xüsusi bir siyasətdir! Həmin siyasəyin min illik bir tarixi var! Ona görədə hakimiyyət onları sevir və onlara arxayindir!! Burada yerliliyin heç bir rolu yoxdur!!
Cavab

Kimdən: xalq Şəhər: Baki
03.02.2010 11:40
Musavatda senin ne ishin var?duz deyir de devlet strukturu deyil ki.Yazanda biraz fikirlesh sonra yaz.
Cavab

Kimdən: Cavid Şəhər: Terter
31.01.2010 20:52
O siyasetin min illik tarixi yoxdu.Azerbaycanda o siyasetin esasi devlet siyaseti seviyesinde 1969-cu ilden qoyulub.Tayfa millete qarshi qoyulub ve qoyulmaqda davam edir
Cavab

Kimdən: Robin Şəhər: Ada
31.01.2010 18:39
Aliqulu,Musavat ne vaxtdan devlet strukturu olub ki,onun bashqaninin harali olmagi da maraq kesb etsin?Sizin sherhinize qeyri yerlilerinizin sigishmagina baxma ,vezifede olan naxcivanli,ermenistanli memurlarin adini bura bashlayib yazsam menim sherh imkanlarima sigmaz.Birce onu xatirladiram ki,Konstitusiya gore olkenin birinci,ikinci,ucuncu shexsleri (yani prezident,bash nazir,spiker) melum bolgenin numayendeleridi.Sonra,admnistrasiya rehberi,MTN,Adliye,FHN,ARDNSH Herbi prokuror, Kend Teserrufati,Diaspora komitesi, Baki meri,AzTv,icra bashcilari,rektorlar,deputatlar,daha neler,kimler.Ayibiniza kor olun ,hec olmazsa...
Cavab

Kimdən: xalq Şəhər: Baki
03.02.2010 11:14
Robin sherhle yazan sende onlarnan qohumluq yarada biseydin,sende boyuk shtahle tayfani deyishib cevirilib Naxcivanli yaxud ermenistanliyem deyerdin.Nece adamlari taniyirem o furseti elden qacirmeyib,buna ise yaltaqliq deyirler.Birde bu fikrini yazmaqla ne demek istiyirsen Azerbaycani yeniden parcalayaq ermenilere paylayaq.Men shexsen hec bir partiyanin uzvu deyilem,olmagada fikrim yoxdur,cunki indi Azerbaycanda xalqa ucun namuslu,vicdanli ve qudretli devlete ceviran hec bir lider gormurem.Qelecekde ise bilmirem.

Kimdən: Раминь.. Şəhər: не дехли вар..
31.01.2010 02:37
гози кор гулагы кар миллет...хамы билдийи бир шейи ..алдадырыг бир- биримизи......ахырымыз недже олачаг....аллах билир...хер йерде олдугу кими ...хербиде де ...анархия..!

Kimdən: Vuqar Şəhər: Moskva
31.01.2010 02:25
Emin Hesenli kimiler insan deyeri ne oldugunu bilmezler. Dunyanin hech bir ordusunda bele qetliyamlar olmur. Ermeni saytlari oz sevincini qizletmirler. Adam bunlari oxuyanda utanc hissi kechirir. Ve bizler bu ordunun bu hala dushmesine, mehs Ilham Aliyeve borcluyuk. Ichimden bu hakimyete nefretle dolu sozler qelir. Bu xalqin Erdogan ve Putin kimi bashchiya ehtiyaci var...
Cavab

Kimdən: sade vetendas
31.01.2010 13:46
Vuqar seninle tam raziyam Emin bey deyir ki her olkede bele seyler olur yalan deyir. and icirem allaha ordunun skladinda isleyen adam taniyiram erzaqi tek yese qurtarmaz qohum eqrabalarida dolanir. hec bir olkede bele edaletsizlik yoxdur

Kimdən: Elçin Namazov (vəkil) Şəhər: Bakı
31.01.2010 01:41
Mən hərbi xidməti Daşkəsəndə keçmişəm. Dəhşət dərəcədə soyuq, olduqca çətin şəraitdi. Qışda ümumiyyətlə yemək, yanacaq problemdi. Ancaq orada ermənilərdən təhlükə yoxdu. Çünki ərazi keçilməz qarlı dərələr, sıldırım qayalardan ibarətdir. Məncə bu hadisəyə zabitlərin əsgərlərə zorakılıq etməsi tərəfindən yanaşılmalıdır. Bu ona görə edilməlidir ki, ümumiyyətlə həmin ərazidə hansı əsgərin yerində olub, hansının olmamasını dəqiqləşdirmək mümkün olmadığı üçün əsgərlərin pul müqabilində evlərinə buraxılmasına yol verilir. Əgər həmin əsgərlər evlərində az əvvəl olublarsa mütləq səbəb bu olacaq.
Cavab

Kimdən: sade vetendas
31.01.2010 13:53
ELCIN tamamile doqru deyirsen. hakimiyyet qorxmalidir ki , silahi werib esgerin eline qarni ac, soyuqda qalan insanlarda ozune qarsi nifret yaradib. sabah o esgerler silahi bunlara qarsi cevirende gorek ne olacaq
    Növbəti 
Səhifə (2)