Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Qarabağ

ABŞ Azərbaycanın etiraz notasına cavab verdi

Cavab notasında ABŞ administrasiyasının Dağlıq Qarabağ adında qurumu tanımadığı bir daha bəyan edilir

Cavab notasında ABŞ administrasiyasının Dağlıq Qarabağ adında qurumu tanımadığı bir daha bəyan edilir

28.01.2010
ABŞ Dövlət Departamenti Amerika Konqresinin birbaşa Dağlıq Qarabağa maliyyə yardım etməsi ilə bağlı Azərbaycanın etiraz notasına cavabını Azərbaycanın bu ölkədəki səfirliyinə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun AzadliqRadiosuna verdiyi məlumata görə, yanvarın 26-da Azərbaycan səfirliynə verilən cavab notasında ABŞ administrasiyasının Dağlıq Qarabağ adında qurumu tanımadığı bir daha bəyan edilir.

Elxan Poluxov: «Sənəddə bildirilir ki, ABŞ tərəfi Dağlıq Qarabağda keçirilən bütün proqramlarla bağlı Azərbaycan tərəfini açıq və şəffaf formada məlumatlandırmaq prinsipinə sadiq qalır».

Azərbaycan ABŞ-ın 2010-cu il üçün birbaşa Dağlıq Qarabağa 8 milyon dollarlıq yardım ayırmasına etiraz olaraq bu ölkəyə nota vermişdi.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: RAMIL,
08.02.2010 22:42
sebebi deqiq bilmeden nese yazmaq duzgun deyil.forumdaki insanlara aiddi.cunki idare edeni de idare edirler.

Kimdən: Qafqazli Şəhər: Qafqaz
30.01.2010 01:40
Buda Amerikasayagi Demokratiya. Sizin erazi butovluyunuzu taniyiriq lakin sizin torpaqlarinizi isgal edenlere bir balaca yardim edirik ki, zept etikleri Qarabagda ozlerine serait yaratsinlar. Cunki biz ermenilerin orani bosaltmasinda maraqli deyilik. Turk ancaq Turke guvenmelidir.

Kimdən: Zaur Şəhər: sankt-peterburg
29.01.2010 16:43
Bu xalgi gova-gova necada cilizlashdiriblar...Azerbaycanda 20 min ermeni yashadigini bile bile daglig garabag adlanan gondarma hokumete maddi yardim gosterilmesine goresen Azerbaycan hokumeti hansi hagla etiraz edir?

Kimdən: celil Şəhər: Baki
29.01.2010 12:21
Nə qədər ki belə məsələlərə bizim reaksiyamız sadəcə etiraz etmək olacaq bu vəziyyət dahada gərginləşəcək. Yəni 8.000.000 $ gələn il 18.000.000 $ olacaq.Buda onu göstərir ki Amerika Rusya Fransa həmişə olduğu kimi bu hiyləgər mövqeyindən əl çəkməyəcəklək.Unutmayaq belə bir söz var TÜRKÜN TÜRKDƏN başqa dostu yoxdur.

Kimdən: türkün fədaisi
29.01.2010 12:19
Bəziləri hökumətin yararsız siyasətini malalamaq üçün xristian həmrəyliyindən yazır ümüdü tək olan allahda axtarırlar.
1-cisi unudurlar ki, xristianlarda tək allaha inanırlar.
2-cisi biz öz ölkəmizdə adi insan hüquqlarını teləb etmək , Qarabağı işğaldan azad etmək əvəzinə İslamı təhrif edərək bu günümüzədə bu günümüzə şükür edərək Allahın bizi bu bəlalardan xilas edəcəyinə ümüd edirik. Amma hansı əsasla?
3-cüsü Biz özümüz mümüsəlman adlandırırıq və guya xristianlar bizi sıxır. Amma ölkədə bütün normal məscidlərin bağlanmasına, telekanallarımızdan əxlaqsızlığın təbliğınə, dini liderimizin din pərdəsi altında milyonllarla sərvəti mənimsəməsinə, banan və xalça manapolyaçısı olmasına bütpərəstliyi təbliğ etməsinə susuruq.
4-cüsü Hər bir normal ölkənin rəhbərliyi xalqının rifahının yaxşılaşdırılması üçün calışır, bizim hakimiyyət isə xalqın rəzil olması sayəsində ciblərini doldurur. Biz isə susuruq.
5-cisi Amerikada müsəlman dinin təbliğatında və özünü şəxsi azadlığının təminatında daha azaddır bizdə isə müsəlmanın saqqalı qırxılır.
6-ci 20 yanvar faciəsinin rusların törətdiyini hami bilir amma 20 yanavr günü Fətəli xanın sonda sevincə ruslar gəldi və Qacaq Nəbi filmləri göstərilərək şəhidlərin ruhu təhqir olunur. Biz isə susuruq.
7-ci Azərbaycan dövləti son 18 ildə xalqının rifahıni fikirləşən siyasət yürütsəydi neft bir yana xalqa azad bizneslə məşğul olmağa şərait yaratsaydı Qarabağ erməniləri özləri yalvara yalvara Azərbaycana birləşmişdilər.
8-ci Bu gedişlə maxsimum 30ildən sonra müstəqilliyimizidə itirəcəyik.

Kimdən: ande
29.01.2010 12:18
prizdentmiz alacaq qarabaqi.birazda kezsin kefin ceksin.imza.bir tike cöreye köre diderkin duwmuw Azeribaycanli

Kimdən: YAKAMOZ Şəhər: Ukrayna
29.01.2010 12:15
Maraqlidi, ABS-a daha "neyimizi"
versek bu hakimiyyetin dediyini eder.

Kimdən: Şahin
29.01.2010 11:52
Hər çalınan havaya oynadanın etirazını yatırmağın ən asan yolu çırtma çalmaqdır. ABŞ da bizimkilər üçün iki əli ilə çırtma çalır, bizimkilər də nə süzür... BƏHBƏHBƏH

Kimdən: Xetai Şəhər: Azerbaycan
29.01.2010 11:51
Azerbaycanda olarin maraqina faliyet kosteren shirketleri
TAVANA OTUZDURMAQ LAZIMDI..
BIZIM PULUMUZU aparib ermeni diqasina vermesin..!!


Kimdən: F15 Şəhər: Baki
29.01.2010 03:56
И что??? Суть вопроса осталась без ответа. Наверно наши ноту на аз. языке отправили, а американцы смогли перевести только слово "Карабах" :)))
    Növbəti 
Səhifə (2)