Dinlə

Canlı efir

Növbəti veriliş

Yeni təmirdən çıxan Bakı səkisi
Bakıda yeni düzəldilmiş «28 May» küçəsi
Göndərən: Çingiz

SİZDƏ DƏ MARAQLI VİDEO, FOTO VƏ YA SƏS YAZISI VARSA, BİZƏ GÖNDƏRİN.

Top-10

«BİR QIZ QALASI QALIB, ONU DA SÖKSÜNLƏR, BƏLKƏ, HACIBALANIN ÜRƏYİ SOYUYAR...» – oxucularımızın yazdıqları

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət və korrupsiyanın kökündə nə dayanır?

Siyasət

Yoxa çıxan bənanyarlı tapıldı

Culfa rayonunun Bənənyar kəndində Aşura mərasimində iştirak edən şəxslər sonradan polis tərəfindən saxlanılıb, kənddə axtarış aparılıb, sakinlər təzyiqlərə məruz qalıblar

28.01.2010
Naxçıvanın Bənanyar kəndində baş verən hadisələrdən sonra Bakıdakı evindən aparılan əslən bənanyarlı İbrahim Ələkbərov artıq azadlıqdadır.

Yanvarın 28-də AzadlıqRadiosunun müxbirilə söhbətində o, hazırda evində olduğunu deyib. Amma indiyə qədər harda saxlandığı, onu evdən kimlərin apardığı barədə suallara cavab verməkdən imtina edib.

Hadisələr baş verəndən sonra Bakıdakı kənd sakinlərinin bir qrupu mətbuat konfransı keçirib, beynəlxalq təşkilatların nümayəndəliklərinə öz narahatlıqlarını çatdırmışdılar.

Bir neçə gün sonra fəallıq göstərən kənd sakinlərindən İbrahim Ələkbərov da daxil olmaqla dörd nəfərin polislər tərfindən Naxçıvana aparıldığı barədə məlumat yayılmışdı.

Naxçıvanın hüquq-mühafizə orqanları yayılan məlumatlarla bağlı indiyə qədər hər hansı açıqlama verməyiblər.

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi isə İbrahim Ələkbərovun itkin düşməsi ilə bağlı onun ailə üzvlərinin iddiasını əsassız adlandırmışdı.

Bir müddət sonra dörd nəfərdən üçü sərbəst buraxılsa da, İbrahim Ələkbərovun taleyi barədə xəbər yox idi.

Amma əvvəl buraxılanlardan biri Bakıda polis tərəfindən saxlandıqlarını və sonradan Naxçıvana aparıldıqlarını etiraf etmişdi.

Culfa rayonunun Bənənyar kəndində Aşura mərasimində iştirak edən şəxslər sonradan polis tərəfindən saxlanılıb, kənddə axtarış aparılıb, sakinlər təzyiqlərə məruz qalıblar.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: ele oralardan.
28.01.2010 18:50
daxili isler naziri deyir ki,Azerbaycanda krimonagen durum yoxdur ay camaat demeli siz yuxuda gormusunuz ki gunun gunorta caqi dord neferi oqurlayiblar . Yaxsi ki naxcivan numayendeliyi var yoxsa siz her gece yatib her seher durub bir sey uydurarsiniz. ne etmek olar yuxarilarda bizi basa dussunler issiz gucsuz avara adamlariq bu cure sohbetlerle ac qarinlarimizi doyururuq. yaxsi ki hemise siz bizim yalanlarimizi tutursunuz herden vicdanlarimiz oyanir ki, ayibdi yalan danismayaq. bele bele isler ay menim ezizlerim siz bizim yuxulara cox da inanmayin yuxarilar deyirse biz deliyik demeli deliyik, yuxu goruruk demeli yuxu goruruk . amma herden fikirlesirem ki bunlar axi biz delilere niye bele fikir verirler qoysunlar danisaq da ureyimiz istiyen qeder axi deli delidi delinin sozune fikir vermezler. aqlim hele de mesquldur goresen bunlar niye gul kimi vaxtlarini serf edir delilerin yalanini cixartmaqa? elqerez,xulase bize gosterdiyi diqqete gore butun DELILER adindan naxcivan numayendeliyine tesekkurlerimizi bildiririk
     
Şriftin ölçüsünü dəyiş - +