Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Holokost qurbanlarının anım günü

II Dünya Müharibəsində alman faşistləri 6 milyondan çox yəhudini soyqırıma məruz qoyub

II Dünya Müharibəsində alman faşistləri 6 milyondan çox yəhudini soyqırıma məruz qoyub

27.01.2010
Yanvarın 27-də dünyanın bir çox yerlərindən insanlar Polşada yerləşən faşistlərin ölüm düşərgəsi Osvensimə toplaşırlar. İndi muzey kompleksi olan düşərgədə Osvensimin azad olunmasının 65 illiyi qeyd olunur. Bu düşərgənin azad olunması tarixi müasir təqvimdə «Holokost qurbanlarının anım» günü kimi xatırlanır.

Osvensim həbs düşərgəsi 1940-cı illərdə yaradılıb. Bu düşərgədə ilk öncə faşist hərəkatına müqavimət göstərən polyaklar qətlə yetirilib. Sonra isə bura yəhudilərin kütləvi qırğın yeri olub. Burda bir milyondan çox yəhudi, qaraçı, polyak, sovet hərbi əsirləri öldürülüb.

ÖLÜM SAÇAN MƏKAN

«Rvenburq konslagerinin keçmiş məhbusları» beynəlxalq komitəsinin üzvü Nadejda Kalniçkaya II Dünya Müharibəsi zamanı Osvensim həbs düşərgəsindəki qaz kamerasında təmizləyici işləyib:

«Məni krematoriyaya soba təmizləməyə göndərdilər. Bu, cəhənnəm işidir. Meyitləri yandıranda onlar qıvrılırdılar, sanki kömək istəyirdilər. Burda işləyənlər Allahdan ölüm istəyirdilər ki, hər gün bu dəhşəti görməsinlər. Üstəlik biz özümüz də o meyitlərə oxşayırdıq, bilirdik ki, belə bir gün bizim üçün də var. Meyitlər yandırılandan sonra biz sobanı insan saçından və sümüyündən təmizləməliydik. Sonra onları torbalara yığırdıq. Alman fermerləri onlarla zəmiləri gübrələyirdilər».

Həyat hekayətini rus jurnalistlərinə danışan Nadejda Kalinçkaya onu da xatırlayır ki, 1944-cü ildə o, yatalaq xəstəliyinə yoluxub.
Osvensim
Bu isə artıq onun diri-diri ölüm kamerasına göndərilməsi demək idi. Çünki alman faşistləri yaralı və xəstələrlə bu cür davranırdılar. Amma Nadejdanın bəxti gətirir, sovet əsgərləri düşərgəni azad edir.

HƏR AXŞAM BİR NEÇƏSİNİ DƏRƏYƏ APARIB GÜLLƏLƏYİRMİŞLƏR


Bakıda yaşayan Lev Şvarçın isə bəxti əvvəldən gətirib, o, ölüm düşərgələrini görməyib, Ukrayna yaxınlığında «gete» deyilən bağlı ərazidə saxlanıb. Müharibə başlayanda o, altı aylıq olub. Ailləlikcə alman faşistlərinin cənginə keçməsələr də, rumın əsgərləri başqa yəhudilərlə birgə onları həbs edib bir mehmanxanaya yığıblar. Hər axşam «düşmən» adı altında bir neçəsini dərəyə aparıb güllələyirmişlər:

«Belə olanda mənim ailəm yığışıb müzakirə elədi ki, necə sağ qalsınlar. Amma çıxış yolu yox idi. Qərara alırlar ki, özlərini öldürsünlər. Amma babam deyir ki, onun balaca körpəyə ölüm hökmü vermək səlahiyyəti yoxdur. Deyir ki, onları güllələməyə aparanda ilk atəşdə yerə yıxılıb qalxmasınlar. Rumıniyalı əsgərlər insaflıydılar, gülləni havaya atırdılar. Biz də beləcə sağ qala bildik».

YEVDA ABRAMOV DEYİR Kİ…


Ancaq onun həyat hekayəti «getə»də davam edir, burda o necə deyərlər Allah ümidinə - aclıq, isti pal-paltar, yatacaq olmadan böyüyür, ta sovet əsgərləri onları xilas edənə qədər...

Azərbaycanlı millət vəkili Yevda Abramov isə nə ölüm düşərgəsi, nə «gete», nə də müharibə görüb, amma o deyir ki, uşaqlıqdan bu cür xatirələri toplayıb:

Osvensimdə anma mərasimi, 27 yanvar 2010
«Biz məktəbli olandı «qırmızı ləpirçilər» dərnəyi var idi. Gedirdik müharibə veteranlarının xatirələrini dinləyirdik. Elələri varıydı danışırdı ki, onları ölümdən azərbaycanlılar qurtarıb. Onlara «kəlmeyi-şəhadəti», İslamın bəzi rituallarını öyrədib, bununla da onlar əsir düşəndə yəhudi olmalarını gizlədə biliblər. Guya ki müsəlmandırlar.

Yevda Avromov deyir ki, II Dünya Müharibəsi elə bir yəhudi ailəsi yoxdur ki, ona zərər vurmasın. Onun fikrincə, « Holokost günü» dünyada insanlığa qarşı dayananlara mesajdır:

«Milli mənsubiyyətinə görə adamları qırmaq, onun soy kökünü, nəslini kəsmək həm səmavi qanunlara, həm də dövlət qanunlarına görə ziddir, yolverilməzdir».

YENİ ANTİSEMİTİZM

İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem isə AzadlıqRadiosuna deyir ki, yeddi il əvvəl BMT-nin bu günü «Holokost qurbanlarının» anım mərasimi kimi keçirilməsinə qərar verməsi antisemitizmin yeni formalarına cavabdır:

«Uzağa getmək lazım deyil. Yaxınlıqdakı İrana nəzər salaq. İranın prezidenti Holokostu inkar edir. Biz bunu çox ciddi qəbul edirik. Təkcə biz yox, bütün ictimaiyyət ciddi qəbul edir. Bütün dünya ictimaiyyəti Holokostun inkarına qarşı çıxış edir. Ancaq İran hökuməti inkarı dilinə gətirir. Hətta İsrailin mövcudluğuna qarşıdır. Bu, yeni antisemitizmdir».

Ümumilikdə II Dünya Müharibəsində alman faşistləri 6 milyondan çox yəhudini soyqırıma məruz qoyub.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: kırlanqıç
01.02.2010 20:15
Buları görsünler de,
Görsünler, faşistliyin ne cur olduğunu başa tüşsünler!
Oxumuyan, dünyeden beyxeber bir nesil yetişir, kaş hemeşe bu xeberler verile, insanlar aydınlana, ayıla...
Teşekkürler...

Kimdən: Anonymous
28.01.2010 19:53
Neden 2 Dunya Muharibesin qurbanlari yalniz yahudileri yad edirler ki? Meger Sovet respublikalarinda yasayan her bir aileye bu toxunmayib? Bes polyaklar, fransizlar ve s? Besti insanlarin beyinlerini yediz-artiq sizin siyasetin hec bir xeyri yox. Bes Iraqda qetle yetirilen 2 milyon insan haqda neden sohbet acmirsiz? Ozu de ki bizim zemanede.Yoxsa sizce erebler buna layiq deyil? Bes Felestinde her gun qetle yetirilenler (ozude ki, 2 D. Muharibesinde zerer ceken yahudilerin neveleri terefinden)? Dunyanin hec bir olkesinde demokratiya yoxdur-xususile sizin radio olan olkede.

Kimdən: Yasir Şəhər: Almanya
28.01.2010 01:13
Moderator,menim serhimi burax..Yoxsa size de dogrulari eshitmek aci verir?
Yoxsa sizde onlara gullug edenlerdensiniz?Bizleri günahlandirirsiz kiminse ve yaxud da bir dövletin sistemin teblig edirik,amma özünüzden xeberiniz yoxdur,siz kimlere xidmet edirsiniz.Siz negerde haqqi gizletsez de o sizin düshündüyünüzden de güclü olacag.Bir gün, gün üzüne cixib serh olacag.Garanliglarda gizletdiyiniz ,aydinliga cixacag.Shübheniz olmasin.Ölümden yaxamizi gurtara bilmediyimiz ücün,haqqdan da gacib gurtara bilmeyeceyik.

Kimdən: Wah Ismayil Şəhər: Sank Peterburq
27.01.2010 23:10
Bu bir dehwetdir ki,var.Ve ne qeder dunya var,bu fawistliyi eleyenler lenetle xatirlanacaq.Cox teessufler ki, XX esrin axirlarinda baw veren Xocali soyqirimina dunya bigane qaldi.Hec bir milletin,o biri milletden ustunluyu yoxdur.Her bir kesi oldugu kimi,her bir milletide Yaradan yaradib.Butun bu eybecerlikler,edaletsizlikler,ayriseckilik,menem-menemlik Ali Sami Yildirimin dediyi kimi:"Beweriyyet "yaradilani Yaradandan otru sevmek" prinsipi ile her cur problemlerden ve konfliktlerden qurtula biler.Vessalam.