Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Bənənyarlıları həbsdən də azad etdilər, işdən də…

Bənənyar kəndi

Bənənyar kəndi

26.01.2010
Bənənyar kəndində baş verən son hadisələrdən sonra işdən çıxarılanlar var.

Bu barədə AzadlıqRadiosuna məlumat verən adının çəkilməsini istəməyən kənd sakini deyir ki, həm rayon mərkəzində, həm də Bənənyarın özündə, orta məktəbdə işləyən bir neçə müəllim və texniki işçi tutduğu vəzifədən uzaqlaşdırılıb:

«Səbəb budu ki, niyə uşaqlarınız və ya qohumlarınız bu hadisələrdə olub. Buna görə işdən çıxarılıblar».

İŞDƏN ÇIXARILANLAR XOF İÇİNDƏDİR?

İşdən çıxarıldığı bildirilən müəllimlərin bəziləri danışmaqdan imtina etdilər, digəri isə məlumatın yalan olduğunu söylədi. Amma onlardan biri dedi ki, üç müəllim, iki texniki işçi olmaqla onları məktəbə buraxmırlar:

- Deyiblər ki, məktəbə gəlməyin. Biz də getmirik. Buraxmırlar bizi.

- Əmrinizi veriblər?

- Yox, verməyiblər. Mən şikayətçi deyiləm. Nə eləyiblərsə... qorxuram, danışmaq istəmirəm.

RƏSMİLƏR TƏKZİB EDİR…

Naxçıvan Muxtar Respublikanın Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçi Mayıl Bayramov isə onlarda belə məlumat olmadığını söylədi və bizi əmin etdi ki, məsul əməkdaşlara bu haqda məruzə edəcək.

Naxçıvan Ombudsman Aparatının əməkdaşı Babək Hacıyev də dedi ki, məsələdən xəbərsizdilər. O, işdən çıxarılanların taleyi ilə maraqlanacaqlarını söylədi:

- Bizə niyə özləri şikayət eləmirlər?

- Qorxurlar. Heç kimə şikayət eləmirlər.

- Biz bu məsələni araşdırarıq…

Sülh və Demokratiya İnstitutunuun rəhbəri Leyla Yunus isə işdən çıxarılanların hələ də qorxu içərsində gözləmələrini düzgün saymır:

«Gərək hər kəs öz hüququnu müdafiə eləsin ki, hüquq müdafiə təşkilatları da ona dəstək versinlər. Əgər adam qorxursa, biz neyləyə bilərik. Biz uzaqbaşı onların adlarını hesabatlarımıza salacağıq».

Leyla Yunus təklif edir ki, işdən çıxarılanlar məhkəməyə, ombudsmana müraciət etsinlər və mətbuat konfransı keçirməklə öz problemlərini ictimailəşdirsinlər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Eldar Şəhər: Rusiya
28.01.2010 01:46
Tək əldən səs çıxmaz deyib atalar. Hakimiyyətin qanuna zidd hərəkətlərinə, insan haqlarının pozulmzsına göz yummasına və buna şərait yaratmasına etiraz kütləvi hal almasa az-çox özündə təpər tapıb etiraz edənin gözünü tez qorxudub səsini tez batıracaqlar. Bunun üçün isə normal müxalifət və onların birliyi lazımdır. Təssüf ki, bu hələ yoxdur. Hətta müxalifətin nəyə və kimə xidmət etdiyi tam məlum deyil. Ulu tanrı millətimizi milli qürurunun sınmasından hifz eləsin, sapı özümüzdən olan baltalardan (yəni vəzifəni, pulu hər şeydən üstün tutanlardan) qorusun.

Kimdən: Ele oralardan......
27.01.2010 11:46
Beneniyar kendi qorxaq kend olmadigi ucun ele ordan basladilar.Fikirlesibler ki,Beneniyarin gozunu qorxudsaq O biri kendlerin agzi nedir...Beneniyarlilarda eleme tenbellik alemi qatdilar bir-birine.Acildi sandiq tokuldu pambiq.Doyulduler,soyulduler,isden qovuldular,5-yanvari qan yaddaslarina kocurduler.Amma onlari bu hala salanlar unutdular ki,BU KENDIN ADI BENENIYARDIR...

Kimdən: Musavatcidan Şəhər: Musavatdan
26.01.2010 23:40
Naxcivanli Ramiz dostumuz,Wuwa iwgal edilenden sonra saqqal saxlayir.Ve deyir ki,Wuwa alinandan sonra bu iwe baxariq.Cox merd oglandir.2003-cu ilin oktyabrinda amansizcasina "wanli"polislerimiz terefinden aylarla"mukafatlandirilmiwdir".Onun dilinden hec vaxt qorxu sozu nedir ewitmemiwik.Dostumuz deyir ki,Naxcivanin havasi kimi insanlarida qeribedir.Naxcivanda yay dehwetli isti,qiwda da sert soyuq olur.Insanlarida ya yaxwi,ya da pis,ya qorxmaz,ya da qorxaq olurlar.Men daniwmaga qorxan muellime demek isteyirem ki,qaradan artiq reng yoxdur.Ramiz kimi esl VETENPERVER merd ogullardan numune goturun.Bunlarin qarwisindan ne qeder qacilsa bir o qeder qeddarlawacaqlar.Vasif Talibova xan deye-deye onun qoltugunun altina qarpiz vermiw olursunuz.Elbet xaninda taxtdan duwen vaxtin gorerik,Inwallah.

Kimdən: home Şəhər: latviya
26.01.2010 20:57
Duzunu desm man azarbaycanda bela seylarin bas vermasina hec subha etmiram.vasif Xanligigida isa xalg feodal dovrunu yasayir bu belada olmalidir.(Dunya manim Dunya sanin deyanlar) hec cima galmayacag.Axirat dunyasinda ruhunuza Lanat yox raxmat gazanin ey cozu doymayan Xanlarimiz.